XİN Fransa səfirinə etiraz notası verdi
Siyasət 31 Avq 2023 11:19:00 301 0
31 avqust 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu xəbəri də oxu: Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə şikayət etdi
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "humanitar yük" adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.
Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.
Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Malayziyanın XVI Ali Baş
Almaniya kansleri Olaf Şols və Fransa Prezidenti Emmanuel Makron anlaya bilmir
Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avr
Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri gene
"Yarqı" serialının üçüncü mövsümünün yayım tarixi bəlli o
Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb
Filippinin paytaxtı Manilada yaşayış binasında baş verən yanğın nətic�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndə
Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında
Almaniyada 32 yaşlı kişi cinsi orqan böyütmə əməliyyatından sonra ölü
Balakəndə 19 yaşlı qız intihara cəhd edib.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Dövlət Statistika Komitəsinin 7 aylıq hesabatına əsasən, bu ilin yanvar-i