Azərbaycanda bu şəxslərə 600 manat veriləcək
Digərləri 31 Avq 2023 10:20:00 397 0
Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb
Bu xəbəri də oxu: Qızıl əvəzinə gəlinə
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkədə yazıb.
O bildirib ki, bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir.
Belə ki, "Əmək Məcəlləsinə" edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.
Yəni, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmız aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
600 manat birdəfəlik müavinət kimlərə şamil olunur?
Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.
Necə müraciət etməli?
Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər. Hansı sənədlər tələb olunur?
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir.
Müraciətdən neçə gün sonra vəsait ödənilir?
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa ən geci 10 günə vəsait onun hesabına köçürüləcək.
Son.az
Filippinin paytaxtı Manilada yaşayış binasında baş verən yanğın nətic�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndə
Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında
Almaniyada 32 yaşlı kişi cinsi orqan böyütmə əməliyyatından sonra ölü
Balakəndə 19 yaşlı qız intihara cəhd edib.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Dövlət Statistika Komitəsinin 7 aylıq hesabatına əsasən, bu ilin yanvar-i
8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində iki yol-nəq
Bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji s
Yaxın zamanda Türkiyədə yayımlanması planlaşdırılan və baş rolların�
Alimlər alkoqolizmə qarşı yeni dərmanı sınaqdan keçiriblər.
Rusiyanın Saratov şəhərində sərnişin avtobusu ilə yük maşını toqquş
Məzuniyyət zamanı işləmək üçün dünyanın ən yaxşı şəhərləri rey