Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib FOTO


Digərləri 30 Avq 2023 21:43:50 169 0

Bakıda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd edilib  FOTO

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İstiqlal marşı səsləndirildikdən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin yeni 100 ilə inamla qədəm qoyduğunu bildirib. Türkiyənin son illər inkişaf edərək dünyada böyük güc mərkəzinə və söz sahibinə çevrildiyini vurğulayan diplomat ölkəsinin mühüm beynəlxalq məsələlərin həllində fəal iştirak etdiyini qeyd edib.

Cahit Bağçı Türkiyənin getdikcə gücləndiyini, müdafiə sənayesi sahəsində inkişafının 80 faizə çatdığını və dünyada böyük söz sahibinə çevrildiyini diqqətə çatdırıb. "İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir. Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanmasını dəstəkləyir. Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır", -deyə türkiyəli diplomat vurğulayıb.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Zəfər bayramı münasibətilə təbrik edərək, bu möhtəşəm qələbənin Türkiyənin şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan general-polkovnik əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib.

Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələrin hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Kərim Vəliyev bildirib ki, iki ölkə orduları arasında Baş qərargahlar səviyyəsində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetinin iştirakı ilə keçirilən təlim, döyüş hazırlığı, hərbi təhsil və digər tədbirlərin sayının artırılması nəzərdə tutulub.

Türkiyənin Zəfər bayramının qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən Kərim Vəliyev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdıran general-polkovnik deyib: "Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".

Sonda Zəfər bayramı münasibətilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin təbrik məktubu və film nümayiş olunub.

Belə "dava" görülmədi: 120 ton pomidoru birbirinə atdılar  Fotolar like
  • 30 Avq 21:35  
Dünya Belə "dava" görülmədi: 120 ton pomidoru birbirinə atdılar Fotolar

İspaniyanın şərqindəki Valensiya şəhərinin Bunol qəsəbəsində 1945-ci

arrow Ətraflı
Sabah çimərliklərdə hava necə olacaq? like
  • 30 Avq 21:27  
Digərləri Sabah çimərliklərdə hava necə olacaq?

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı mə

arrow Ətraflı
Azərbaycan Fransanın “humanitar yükü”nü sərhəddən buraxmadı like
  • 30 Avq 21:19  
Siyasət Azərbaycan Fransanın “humanitar yükü”nü sərhəddən buraxmadı

Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa &qu

arrow Ətraflı
Məşhur aparıcı ölkəni tərk etdi  FOTO like
  • 30 Avq 21:12  
Şou-biznes Məşhur aparıcı ölkəni tərk etdi FOTO

Uzun müddət Azərbaycan teleməkanında xəbər aparıcı kimi fəaliyyət gö

arrow Ətraflı
Bu bürclər ideal cütlük ola bilirlər  Onlar birbiri üçün yaradılıblar like
  • 30 Avq 21:00  
Digərləri Bu bürclər ideal cütlük ola bilirlər Onlar birbiri üçün yaradılıblar

Bəzi bürclər demək olar ki, bir-biri üçün yaradılıb. Onlar fərqli davr

arrow Ətraflı
ABŞın neft ehtiyatları azaldı like
  • 30 Avq 20:52  
Digərləri ABŞın neft ehtiyatları azaldı

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 10,6 milyon barel azalara

arrow Ətraflı
Ögey qızına təcavüz edən ata saxlanıldı like
  • 30 Avq 20:45  
Digərləri Ögey qızına təcavüz edən ata saxlanıldı

Moskva yaxınlığındakı Puşkinoda ögey qızına 6 il təcavüz edən pedofi

arrow Ətraflı
Ukraynada müharibədə ölən jurnalistlərin sayı açıqlanıb like
  • 30 Avq 20:38  
Siyasət Ukraynada müharibədə ölən jurnalistlərin sayı açıqlanıb

"Təəssüf ki, Ukraynada gedən genişmiqyaslı müharibə dövründə 70-

arrow Ətraflı
Özünüzü xoşbəxt hiss etmir, yorğun və əsəbisinizsə, OXUYUN! like
  • 30 Avq 20:30  
Digərləri Özünüzü xoşbəxt hiss etmir, yorğun və əsəbisinizsə, OXUYUN!

Sağlam bədəndə sağlam ruh olar. Orqanizminiz xoşbəxtlik hormonlarını ç

arrow Ətraflı
QAC Qarabağda yaşayan erməni əhalinin ehtiyaclarının qiymətləndirilməsini apara bilər like
  • 30 Avq 20:22  
Siyasət QAC Qarabağda yaşayan erməni əhalinin ehtiyaclarının qiymətləndirilməsini apara bilər

Qarabağ iqtisadi zonasında yaşayan erməni əhalinin vəziyyəti və ehtiyacl

arrow Ətraflı
“Eşşəkdə olan şərəf bu alçaqda yoxdur!” – like
  • 30 Avq 20:15  
Digərləri “Eşşəkdə olan şərəf bu alçaqda yoxdur!” –

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı eşşəyə qarşı amansız rəft

arrow Ətraflı
Keçmiş məhkum sevgilisinin üzərinə “kislota” tökdü like
  • 30 Avq 20:08  
Digərləri Keçmiş məhkum sevgilisinin üzərinə “kislota” tökdü

Keçmiş məhkum sevgilisinin üzərinə "kislota" töküb.

arrow Ətraflı
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLDİ  FOTO like
  • 30 Avq 20:00  
Digərləri Azərbaycanda məşhur şirkət LƏĞV EDİLDİ FOTO

"Gilan Holding"in adının dəyişdirilməsi ilə yaradılmış "

arrow Ətraflı
Hakan Fidan Rusiyaya gedir  Lavrov ilə BU MƏSƏLƏLƏRİ müzakirə edəcək like
  • 30 Avq 19:52  
Dünya Hakan Fidan Rusiyaya gedir Lavrov ilə BU MƏSƏLƏLƏRİ müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan F

arrow Ətraflı
Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində  FOTO like
  • 30 Avq 19:45  
Siyasət Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı