Zaxarova ilə erməni jurnalist arasında sözlü qarşıdurma yaşanıb


Siyasət 30 Avq 2023 17:43:00 233 0

Zaxarova ilə erməni jurnalist arasında sözlü qarşıdurma yaşanıb

Artıq birinci dəfə deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Rusiya erməni təxribatçı jurnalistlər arasında sözlü qarşıdurma yaşandığının şahidi oluruq. Belə ki, bu təxribatçılar Rusiya qurumlarının nümayəndələrinin Azərbaycan əleyhinə hər hansı fikir səsləndirməsi üçün dəridən-qabıqdan çıxırlar.

Bu cür sözlü qarşıdurmalar xüsusən ənənəvi olaraq Rusiya Xarici İşlər Nazirliyinin brifinqlərində müşahidə olunur. Bu gün də istisna olmadı.

Son.az Trend-ə istinadən bildirir ki, erməni təbliğatçı-jurnalist gözlərində təşviş ifadəsi ilə bir-birinin ardınca təxribatçı suallar verərək, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı Azərbaycana qarşı bəyanat səsləndirməyə vadar etməyə çalışıb, lakin səyləri boşa çıxıb.

Belə ki, psevdo-jurnalist bu yaxında Azərbaycan bayrağını təhqir edən üç erməninin "Laçın" sərhəd-buraxılış məntəqəsi yaxınlığında saxlanılması ilə bağlı sual verərək, eyni zamanda, rus sülhməramlılarını müdaxilə etməməkdə qınayıb və bildirib ki, "insanlar onlara etibar ediblər". Zaxarova isə cavab olaraq bildirib ki, bu kontekstdə məsuliyyəti rus sülhməramlı kontingentin üzərinə atmaq yersiz və yanlışdır.

"Yerinə otuzdurulan" erməni təxribatçı bu dəfə Rusiyanın Azərbaycan nümayəndələri ilə Azərbaycanın Qarabağ ərazisindəki erməni əhali arasında görüş keçirmək təklifi ilə bağlı sual verərək, bu zaman erməni azlığın nümayəndələrinin saxlanılmayacağına zəmanət məsələsini qaldırıb. Zaxarova bildirib ki, razılaşmaların icrası bunun təminatıdır.

"İnterpretasiya ilə, yeni konstruksiyalar icad etməklə, üçüncü tərəfləri cəlb etməklə məşğul olmaq lazım deyil", - deyə o əlavə edib.

Onun sözlərinə görə, razılaşmaların icrasında qeyri-dürüstlük olduqda artıq zəmanət barədə düşünmək olmur. Hiddətlənmiş erməni jurnalist Zaxarovadan Ermənistanın məhz hansı razılaşmaları pozduğunu soruşub. Zaxarova isə cavabında bildirib ki, pozuntudan bəhs etmir, sadəcə, razılaşma şərtlərini icra etməyin lazım olduğunu deyir. Zaxarova İrəvan üçün mühüm məsələ ilə bağlı Ermənistanın mövqeyinin əsaslı şəkildə dəyişdiyini qeyd edib. Son.az 

ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib  FOTO like
  • 30 Avq 17:34  
Digərləri ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib FOTO

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Mars

arrow Ətraflı
Maaş və pensiyalarla bağlı MÜJDƏ: Oktyabr – noyabr aylarında... like
  • 30 Avq 17:30  
Digərləri Maaş və pensiyalarla bağlı MÜJDƏ: Oktyabr – noyabr aylarında...

Bəzi ekspertlərin fikrincə, ölkədə inflyasiya faizləri aşağı salınmas

arrow Ətraflı
İsrail Türkiyə vasitəsilə Avropaya qaz nəql edəcək like
  • 30 Avq 17:22  
Dünya İsrail Türkiyə vasitəsilə Avropaya qaz nəql edəcək

İsrail Leviathan təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini plan

arrow Ətraflı
İTVnin aparıcısı əri ilə tətil görüntülərini yaydı like
  • 30 Avq 17:13  
Şou-biznes İTVnin aparıcısı əri ilə tətil görüntülərini yaydı

İTV-nin aparıcısı Nərmin Salmanova Türkiyədəki tətilindən olan video

arrow Ətraflı
Müharibənin 553cü günündə Rusiya like
  • 30 Avq 17:11  
Digərləri Müharibənin 553cü günündə Rusiya

Ukrayna müharibənin 553-cü günü üçün Rusiya ordusunun itkiləri haqda m�

arrow Ətraflı
TEKNOFEST yenidən Bakıda keçirilə bilər like
  • 30 Avq 17:04  
Digərləri TEKNOFEST yenidən Bakıda keçirilə bilər

Bakıda yenidən TEKNOFEST keçirə bilərik.

arrow Ətraflı
Aktrisadan etiraz: like
  • 30 Avq 16:54  
Şou-biznes Aktrisadan etiraz:

"Bu ölkədə ancaq 20-27 yaş arası olanlar sevişir? Ancaq onlar eşq ya

arrow Ətraflı
Məktəbli formaları ilə bağlı xəbərdarlıq like
  • 30 Avq 16:48  
Digərləri Məktəbli formaları ilə bağlı xəbərdarlıq

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü t�

arrow Ətraflı
İstanbulda 600 min ev yaşayış üçün təhlükəlidir like
  • 30 Avq 16:43  
Digərləri İstanbulda 600 min ev yaşayış üçün təhlükəlidir

İstanbulda təxminən 600 mindən çox ev yaşayış üçün təhlükəli sayı

arrow Ətraflı
Tanınmış aktrisa bu şəklinə görə işdən qovuldu like
  • 30 Avq 16:36  
Şou-biznes Tanınmış aktrisa bu şəklinə görə işdən qovuldu

TRT üçün serialları hazırlayan "Aklı Film" yeni mövsümdə &quo

arrow Ətraflı
Rusiya XİN Fransanı Azərbaycanın mövqeyini nəzərə almağa çağırdı like
  • 30 Avq 16:25  
Siyasət Rusiya XİN Fransanı Azərbaycanın mövqeyini nəzərə almağa çağırdı

Fransa Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə vasitəçilik s

arrow Ətraflı
Bloqer “Niva” ilə bir binanın damından digərinə “uçmaq” istəsə də, alınmadı like
  • 30 Avq 16:21  
Digərləri Bloqer “Niva” ilə bir binanın damından digərinə “uçmaq” istəsə də, alınmadı

Rostovlu kaskadyor Yevgeni Çebotaryov avtomobillə bir binanın damından digə

arrow Ətraflı
Dünya fəlakətin astanasındadır  BMT like
  • 30 Avq 16:10  
Dünya Dünya fəlakətin astanasındadır BMT

Dünya qlobal fəlakətə həmişə olduğundan daha yaxındır. Nüvə silahın

arrow Ətraflı
Müəllimə 19 il həbs verildi like
  • 30 Avq 16:04  
Kriminal Müəllimə 19 il həbs verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qohumunu qətlə yetirərə

arrow Ətraflı