Azərbaycan Prezidenti: "Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayırıq"
Siyasət 24 Avq 2023 11:16:00 314 0
"Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk".
Bu xəbəri də oxu: İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda yer alıb.
"Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.
Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik m�
"Vaqner"in yaradıcısı qəzada ölübsə, özəl hərbi şirkətin i
Tver vilayətində qəzaya uğrayan "Embraer" təyyarəsinin göyərt�
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş
Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçik
"Franklin" tropik qasırğası Haiti adası və Dominikan Respublikas�
Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqd
Tver vilayətində qəzaya uğrayan iş adamı Yevgeni Priqojinə məxsus "
Bakıda 15 yaşlı oğlan itkin düşüb.
Dünyada koronavirusun yeni alt variantları sürətlə yayılmağa başlayıb.
"ABŞ Türkiyəyə qarşı sözsüz və elan edilməmiş müharibə vəziyy
Türkiyəli müğənni Işın Karaca sevgilisi Can Yapıcıoğlu ilə çimərlik