Priqojinin təyyarəsi qəzadan əvvəl necə uçub?
Dünya 24 Avq 2023 09:57:00 358 0
Tver vilayətində qəzaya uğrayan iş adamı Yevgeni Priqojinə məxsus "Embraer Legacy 600" təyyarəsi səkkiz kilometrdən çox qalxıb, bundan sonra sürətlə hündürlüyünü itirməyə başlayıb.
Bu xəbəri də oxu: Siciliya su altında qaldı VİDEO
Son.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Flightradar24" uçuş izləmə xidmətinin hesabatında deyilir.
Nəqliyyatın yeri haqqında məlumat ötürməməsinə baxmayaraq, "Flightradar24" uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib. Belə ki, biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir.
Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb.
"Flightradar24"ün sözçüsü Yan Petçenik bildirib ki, "Embraer Legacy" uçuşun 30 saniyəsində 2,4 kilometr yüksəklik itirib.
Son.az
Bakıda 15 yaşlı oğlan itkin düşüb.
Dünyada koronavirusun yeni alt variantları sürətlə yayılmağa başlayıb.
"ABŞ Türkiyəyə qarşı sözsüz və elan edilməmiş müharibə vəziyy
Türkiyəli müğənni Işın Karaca sevgilisi Can Yapıcıoğlu ilə çimərlik
Xəbər verdiyimiz kimi, ötən gün "Vaqner" özəl hərbi şirkətin
23 avqust 2023-cü ildə Tver vilayətində baş vermiş "Embraer Legacy 60
"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin tə
"Vaqner" rəhbəri Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçan
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmç
ABŞ Prezidenti Co Bayden ailəsi ilə birlikdə pilates dərsinə qatılıb.
Rusiyanın Belqorod vilayəti üzərində iki PUA aşkar edilərək məhv edilib
Türkiyənin türkmənlərə dəstəyi davam edəcək.
Rusiya Prezidenti Vladimir Putin Kurskdan Moskvaya qayıdıb və birbaşa Kreml�