Bilinən və görünməyən həyatı ilə Priqojin necə yadda qaldı? FOTO


Dünya 24 Avq 2023 09:03:00 224 0

Bilinən və görünməyən həyatı ilə  Priqojin necə yadda qaldı?  FOTO

Xəbər verdiyimiz kimi, ötən gün "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi var. 

Son.az "qafqazinfo"ya istinadən Priqojin barədə xarici mətbuata istinadən əldə etdiyi məlumatları təqdim edir:

O, 1961-cı ildə Sankt-Peterburqda (Leninqrad) doğulub. Atasını erkən yaşlarında itirən Piqojinin anası həkim, ögey atası isə xizək tədqiqatçısı olub. O, ögey oğluna xizək sürməyi ən yaxşı formada öyrətsə də, balaca Priqojin 4 ildən sonra bu idman növündən tamamən uzaqlaşır.

1979-cu ildə Priqojin oğurluğa görə iki il cəza alsa da, 1981-ci ildə xuliqanlıq maddəsi ilə 12 il müddətinə yenidən azadlıqdan məhrum edilir. Gələcəyin məşhur iş adamı ilk sahibkarlıq fəaliyyətinə məhz həbsxanada olarkən başlayır. O, suvenirlər hazırlaya bilən məhbusla birlikdə şirkət qurur. Bununla da "içəri"də hörmətli insanlardan biri olmağı bacarır. Priqojin vaxtından əvvəl, 1990-cı ildə azad edilir.

Həmin illərdə Leninqrad Kimya və Əczaçılıq İnstitutunun əczaçı ixtisasına daxil olur. Lakin o, müxtəlif janrda çoxlu kitablar oxusa da, təhsilini başa vura bilmir.

Priqojin həmin vaxtlar nə işlə məşğul idi?

Ögey atası hot-doq hazırlanan bir neçə dükanın sahibi idi, Priqojin də həmin yerlərə nəzarət edirdi. Onun sinif yoldaşı 1993-cü ildə Priqojini supermarketlər şəbəkəsinin meneceri işləməyə çağırır və ona bu işdə 15% verir. Sonra ard-arda bir neçə restoranın sahibi olmağa başlayan iş adamının əsl uğuru "New Island" adlı suda  restoran açması olur. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin orada Fransanın rəhbəri Jak Şirakla, bir ildən sonra Prezident Corc Buşla nahar edib. Hətta 2003-cü ildə Putin doğum gününü orada qeyd edib.

Sonradan "Konkord" şirkətlər qrupunun rəhbəri və sahibi olan Piqojin sahibkarlıq işində heç vaxt uduzmur, əksinə Kremldəki qəbullara və ya prezidentin rəsmi mərasimlərində xidmət etməyə başlayır.

Priqojin və "Vaqner"

Bir vaxtlar PMC ilə əlaqələrini qəti şəkildə təkzib etsə də, 2022-ci ilin payızında bunun onun layihəsi olduğunu etiraf edir və keçmişdə bu faktın inkar edilməsini konspirativ zərurət adlandırır. Priqojin hətta 2014-cü ildə şəxsən Donbasa getdiyini və rusları qoruyacaq bir qrup toplamaq üçün pul xərcləməyə çalışdığını açıqlayır: "Amma tez başa düşdüm ki, hər şeyi özümün qurması daha faydalıdır".

Priqojin üsyanı

İyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın "məsələni aydınlaşdırmağa" hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun "Vaqner" qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Priqojin mütəmadi olaraq videolar çəksə də, uzun müddət bu ritualını icra etmirdi. Onun qiyamdan sonrakı ilk görüntüləri 3 gün öncə çəkilmişdi.

Evli olan Priqojinin iki övladı var - Polina və Pavel. O, 2003-cü ildə övladları ilə birlikdə "İndraquzik" nağıl kitabını yazaraq 1000 tirajla nəşr etdirib.

Priqojinin içində öldüyü "Embraer 600" RA02795 təyyarəsi barədə MƏLUMATLAR  FOTO like
  • 24 Avq 08:56  
Dünya Priqojinin içində öldüyü "Embraer 600" RA02795 təyyarəsi barədə MƏLUMATLAR FOTO

23 avqust 2023-cü ildə Tver vilayətində baş vermiş "Embraer Legacy 60

arrow Ətraflı
Güllər, şamlar və bannerlər...  FOTO like
  • 24 Avq 08:49  
Dünya Güllər, şamlar və bannerlər... FOTO

"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin tə

arrow Ətraflı
“Vaqner” hədələdi: Biz başlayırıq, gözləyin! like
  • 24 Avq 08:43  
Dünya “Vaqner” hədələdi: Biz başlayırıq, gözləyin!

"Vaqner" rəhbəri Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçan

arrow Ətraflı
“Yalı çapkını”nda daha bir ayrılıq like
  • 24 Avq 08:29  
Digərləri “Yalı çapkını”nda daha bir ayrılıq

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanıb.

arrow Ətraflı
Yanğına görə 5 nəfər həbs edildi like
  • 24 Avq 08:22  
Dünya Yanğına görə 5 nəfər həbs edildi

Yunanıstanda meşələri yandıran 5 nəfər həbs edilib.

arrow Ətraflı
11 müəssisədə nöqsanlar aşkarlanıb like
  • 24 Avq 08:15  
Digərləri 11 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmç

arrow Ətraflı
Bayden ailəsi ilə pilates dərsinə qatıldı like
  • 24 Avq 08:08  
Dünya Bayden ailəsi ilə pilates dərsinə qatıldı

ABŞ Prezidenti Co Bayden ailəsi ilə birlikdə pilates dərsinə qatılıb.

arrow Ətraflı
Belqorod üzərində daha iki PUA vuruldu like
  • 24 Avq 08:01  
Dünya Belqorod üzərində daha iki PUA vuruldu

Rusiyanın Belqorod vilayəti üzərində iki PUA aşkar edilərək məhv edilib

arrow Ətraflı
Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək  Hakan Fidan like
  • 24 Avq 07:54  
Dünya Türkiyənin Türkmənlərə dəstəyi davam edəcək Hakan Fidan

Türkiyənin türkmənlərə dəstəyi davam edəcək.

arrow Ətraflı
Putin gecə ilə Kremlə qayıtdı like
  • 24 Avq 07:47  
Dünya Putin gecə ilə Kremlə qayıtdı

Rusiya Prezidenti Vladimir Putin Kurskdan Moskvaya qayıdıb və birbaşa Kreml�

arrow Ətraflı
Priqojinin tələsik Afrikadan Rusiyaya qayıtmasının səbəbləri məlum oldu like
  • 24 Avq 07:40  
Dünya Priqojinin tələsik Afrikadan Rusiyaya qayıtmasının səbəbləri məlum oldu

Sonuncu dəfə Afrika qitəsində etdiyi çıxışla yadda qalan Yevgeni Priqoji

arrow Ətraflı
Priqojinin öldüyü qəzanın görüntüləri: fakt üzə çıxdı  FOTO like
  • 24 Avq 07:34  
Dünya Priqojinin öldüyü qəzanın görüntüləri: fakt üzə çıxdı FOTO

Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi

arrow Ətraflı
Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb  Ərdoğan like
  • 24 Avq 07:27  
Dünya Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb Ərdoğan

Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb.

arrow Ətraflı
Hind qadınlarının sirri  Karri ədviyyatının like
  • 24 Avq 07:14  
Digərləri Hind qadınlarının sirri Karri ədviyyatının

Hindistanda demək olar ki, bütün yeməklərdə üstünlük verilən karri əd

arrow Ətraflı
İlin ən böyük Super Ayı  Bu tarixdə görünəcək like
  • 24 Avq 07:07  
Digərləri İlin ən böyük Super Ayı Bu tarixdə görünəcək

Avqust ayının 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadis�

arrow Ətraflı