Yerli "No War"çılar: xəyanətin


Siyasət 23 Avq 2023 00:42:00 342 0

Yerli "No War"çılar: xəyanətin

İkinci Qarabağ Müharibəsindən sonra bölgədəki vəziyyətin tam dəyişməsi, ermənilərin əsrlərdən bəri daşıyıcısı olduqları və fanatikcəsinə etiqad etdikləri ideologiyanın puç edilməsi təbii ki, Azərbaycanın güclənməsini qıcıqla qarşılayanlarını əndişəyə salıb.

Postsovet məkanı ilə yanaşı, dünyanın müxtəlif dövlətlərində indiyədək dəfələrlə gerçəkləşdilən, sınaqdan keçirilən və əksər hallarda özünü doğruldan "müharibəyə müqavimət" ideyasını Azərbaycanda reallaşdırmağa çalışırlar.

Proses 2016-cı ildə başlanmışdı. Aprel döyüşlərindən cəmi 46 saat (!) sonra Yunanıstan, Fransa və Hollandiyakı 11 beynəlxalq təşkilat "Azərbaycanda militarist təbliğatın, müharibə tərəfdarlığının təsirlərinin azaldılması, Ermənistanla münasibətlərin normallaşması və ermənilərlə birgəyaşamın təşviqi" formatında ideoloji bazada qeyri-hökumət təşkilatları (NCO), müxalifət strukturları, neoliberal və libertarian ruhlu fərdlər, xüsusilə də aktiv radikalllar vasitəsilə fəaliyyətə başlamağı zəruri saydılar.

Dörd il davam edən və 2020-ci ilin əvvəllərində xüsusilə aktivləşən prosesə Azərbaycanda yüzlərlə "vətəndaş cəmiyyəti fəalı", müxalifət düşərgəsindəki siyasətçilər, həddən ziyadə aqressiv mövqeləri ilə seçilən "liberal"lar, NGO nümayəndələri, habelə müxalifətin ən radikal siyasətçiləri və "müstəqil bloqerlər" cəlb edilmişdilər.

Polyak araşdırmaçı jurnalist Miloş Podnanski proseslə bağlı yazmışdı: "Azərbaycanla Ermənistan arasındakı münasibətlər müharibə həddindədir. Amma çox qəribədir ki, ərazilərinin təqribən 20 faizini ermənilərin ələ keçirərək nəzarətdə saxladıqları Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər əslində kollaborasionist və məğlubiyyətçi mövqelərdən çıxış edirlər".

Gürcüstanın "Rustavi-2" telekanalı Azərbaycandakı neoliberalların "NoWar" ("Müharibəyə yox") şüarı ilə pərdələnərək Corc Sorosun "açıq cəmiyyət" ideyalarını təbliğ etdiklərini vurğulayırdı.

İş o yerə çatmışdı ki, "ermənilərlə qardaşlıq və dostluq münasibətləri quraq" deyərək sosial şəbəkələrdə fasiləsiz çağırışlar edən yerli marionetləri elə ermənilər ələ salmağa başlamışdılar.

Məsələn, həmin dövrlərdə İrəvandakı "Hrapark", "Haykakan Jamanak", "Pastinfo" və "Mamul" media strukturları Azərbaycandakı "novar"çıları "çox qəribə məxluqlar" adlandırırdılar.

Yerli "əlehdarlar"ımızın fəal ünsiyyətdə olduqları erməni "həmkar"ları mühzakirələrdə müharibəyə, hərbi əməliyyatlara qarşı çıxdıqlarını, azərbaycanlılarla ermənilərin birgəyaşam yollarını aradıqlarını deyir, amma müzakirələr bitən kimi sosial qşəbəkələrdə Azərbaycanla müharibəyə, "Bakıya qədər irəliləməyə" çağırır, azərbaycanlıları "genetik qüsurlu biotullantı" adlandırır, "Böyük Ermənistan qurulmalıdır!" yazırdılar.

Onlar, yəni ermənilər, azərbaycanlı "liberallar"la ünsiyyətdə pasifizmdən, bəşəri dəyərlərdən danışsalar da, Azərbaycanın məhvi üçün hər şeyi edəcəklərini həmvətənlərinə açıq deyirdilər.

2020-ci ildə İkinci Qarabağ Savaşı və ya Vətən Müharibəsi başlayanda isə yerli "Nowar"çılarımız kütləvi şəkildə aktivləşdilər, müharibəni dərhal dayandırmağa çağırışları sıralamağa başladılar və hətta Azərbaycan Ordusunu qəddarlıqda suçlamaqdan da çəkinmədilər.

Ermənistanın işğalçı ordusuna və qarabağlı erməni separatçılarının terror dəstələrinə qarşı əks-hücum əməliyyatları başlayandan az sonra Azərbaycandakı "NoWar"çılar ermənilərlə birgə bəyanat yaydılar.

"Azərbaycanlıların müharibəyə qarşı bəyanatı" ("Anti War Statement of Azerbaijani Leftist Youth") adlı bu sənəd rəsmi Bakıdan hərbi əməliyyatların dərhal dayandırmağı, qoşunları geri çəkməyi və ermənilərlə danışıqlara başlamağı tələb edirdi.

Sənəd Corc Corosun "Açıq Cəmiyyət İnstitutu" və "Soros Fondu"un Türkiyədəki strukturlarından olan "Nor Zartonk"da hazırlanmışdı. 2004-cü ildə İstanbulda yaradılaraq adının mənası erməni dilində "Yeni Oyanış" olan "Nor Zartonk" kürdlərin "Xalqların Demokratik Partiyası"nın (HDP) birbaşa nəzarəti və dəstəyi ilə ermənilərin yaratdığı təşkilatdır.

"Nor Zartonk" 2020-ci ilin oktyabrın birində, Vətən Müharibəsinin başlanmasından 3 gün sonra xüsusi bəyanatla çıxış edərək Azərbaycanı "işğalçı dövlət" adlandırmış, "Türkiyə mediası susur, barbarlıq edən Azərbaycana dəstək verir, qarabağlı ermənilərin müstəqil dövlətinə hücumları dəstəkləyir" ifadələrini imperativ kimi təkrarlamışdı.

Eyni situasiya müharibədən sonra, 2022-ci ilin sentyabrın 12-13-ü tarixlərində Ermənistan Silahlı Qüvvələrinin xüsusi diversiya dəstəsi ərazilərimizə sızmağa çalışanda ələ keçməsindən sonra yaşandı.

Azərbaycandakı "NoWar"çılar dərhal ölkəmizi "Ermənistanın suveren ərazisinə soxulmaqda, Ermənistan ərazilərini işğal etməkdə və hərbi təcavüz"də ittiham etdilər.

Bir qədər keçdi, "Soros Foundation"un maliyyə və təşkilati dəstəyi ilə "PostsovietPeace" platforması yaradıldı: platformada Azərbaycan və Ermənistandan olan "siyasi-ictimai fəallar" birləşmişdilər.

Təqribən 200 üzvü olan platformadakı şəxslərin 86 nəfəri azərbaycanlılar, 73 nəfərisə ermənilər və digər xalqların nümayəndələridir.

"Müharibəyə yox" deyən psevdopasifistlərimizin fəallığı səngiməyib.

Bu günlər onların bir qrupu Bakıda "İştirak Evi" adlanan yeni strukturda "Liberallar Dərnəyinin aksiyası" kimi təqdim olunan "Niyə No War?" sloqanı ilə ictimai müzakirə də keçiriblər.

Tədbirin təşkilatçılaıi Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov idi.

Afiyəddin Məmmədov, Əli Məlikov, Qiyas İbrahimov, habelə AXCP "ulduzu" Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və Qubad İbadoğlunun qızı Jalə Bayramovanın da mənsub olduqları, özlərini "müharibə əleyhdarları" adlandıran saxta liberalların yer akdıqları yığnaqda olanlar "İştirak Evi"ndə maskalarını çıxarmış oldular.

Çünki...

"Müzakirələr" format, məzmun və mahiyyət etibarilə məğlubiyyətçilik, demaqogiya, patetik kollaborasionizm, Azərbaycan dövlətinin və xalqının ünvanına ittihamların sıralanması idi.

Məsələn, Aygül Cəfərova adlı gənc xanımın fikrincə, "Azərbayücan müharibədjə qalib gəldiyi üçün aqressiv, sərt və eqoist davranır".

Çinarə Hünərli adlı xanım "televizorda qazilərlə bağlı xəbərləri görən" şəhid anasını "lom" olmaqda suçlayıb.

Sənubər Heydərova isə əmindir ki, İkinci Qarabağ Müharibəsində ölkəmiz sadəcə, Şuşa ilə bağlı hərbi əməliyyatda uğura nail olub: "O biri yeddi rayon razılaşma əsasında verildi".

Bu şəxslər Azərbaycana qarşı çalışan təşkilatların çox ustalıqla manqurtlaşdırdığı cahillərdir. Onlar liberal düşüncəli fərdlər, Qərb dəyərlərinin və ümumbəşəri yaşam prinsiplərinin daşıyıcısı olduqlarını fasiləsiz vurğulayırlar.

Lakin şüurlarında əməlli xaos var: nihilizm kosmopolitizmə, məğlubiyyətçilik çıxış yolunu tapa bilməməyə, köpüklü libertarianlıq adi merkantilliyə qarışıb.

Onlar şüarlarla danışmağı sevirlər, lakin anlamırlar ki, postsovet məkanında "beyin yuyulması" əməliyyatına məruz qalmış "müharibə əleyhdarları"nın arqumentlərini sözbəsöz təkrarlayırlar.

Bu adamlar guya sülh istəyirlər.

Amma Azərbaycanın ələbaxan, zəif, asılı, Ermənistan qarşısında əzik, məğlubiyyətçi bir vəziyyətdə olacağı sülhü.

Təsadüfi deyil ki, yerli "müharibə əleyhdarları" qarabağlı erməni separatçılarını "hələ 1991-ci ildə müstəqiliklərini elan etmiş xalq" hesab edirlər.

Onlar üçün nə şəhidlər uca zirvə deyil, nə Vətən uğrunda can veriləsi anlam deyil, nə də xalq ən üstün bilinəcək məqam deyil.

Onlar üçün Vətən özlərini yaxşı hiss etdikləri məkandır sadəcə.

Bu isə nihilizmin ən iyrənc və ibtidai forması, vətənsizlik şüurunun çox pis formadakı təzahürüdür.

Onlar müharibə əleyhdarları deyil - dövləti və xalqı bəyənmirlər.

Bunu etiraf etmək istəməsələr də.

Maskaları düşsə də.

Elçin Alıoğlu Son.az

Qeydiyyat nişanını bu formada gizlədən GÖRÜLMƏYİB... like
  • 23 Avq 00:31  
Digərləri Qeydiyyat nişanını bu formada gizlədən GÖRÜLMƏYİB...

Avtomobili qanunsuz ərazidə park edir, məsuliyyətdən yayınmaq üçün isə

arrow Ətraflı
ABŞ hipersəs silahının prototipini yenidən sınaqdan keçirdi like
  • 23 Avq 00:14  
Dünya ABŞ hipersəs silahının prototipini yenidən sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələri "AGM-183" havadan atılan hipersəs rake

arrow Ətraflı
Günün qoroskopu: Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz like
  • 23 Avq 00:01  
Digərləri Günün qoroskopu: Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu tarixdə ilin ən böyük like
  • 22 Avq 23:55  
Digərləri Bu tarixdə ilin ən böyük

Avqust ayının 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadis�

arrow Ətraflı
Aygün Kazımovanın yeni görünüşünə tərif yazdı like
  • 22 Avq 23:48  
Şou-biznes Aygün Kazımovanın yeni görünüşünə tərif yazdı

Xalq artisti Aygün Kazımovanın bu günlərdə yayımladığı video Rusiyanı

arrow Ətraflı
Sabirabad sakini intihar edib like
  • 22 Avq 23:45  
Digərləri Sabirabad sakini intihar edib

Sabirabad sakini intihar edib.

arrow Ətraflı
Türkiyədə üç azərbaycanlı zabit rütbəsi alıb  FOTO like
  • 22 Avq 23:35  
Siyasət Türkiyədə üç azərbaycanlı zabit rütbəsi alıb FOTO

Türkiyədə üç azərbaycanlı Jandarm və Sahil Mühafizə Akademiyasının m

arrow Ətraflı
Ayça da estetik etdirdi like
  • 22 Avq 23:30  
Şou-biznes Ayça da estetik etdirdi

"Fox" telekanalının "Kader bağları" filminin çəkilişl

arrow Ətraflı
Şirvan sakini yaşadığı binadan yıxıldı və... like
  • 22 Avq 23:24  
Digərləri Şirvan sakini yaşadığı binadan yıxıldı və...

Şirvan sakini yaşadığı binadan yıxılaraq ağır xəsarət alıb

arrow Ətraflı
Vəfat edən sevgilisinə xüsusi vida: like
  • 22 Avq 23:17  
Şou-biznes Vəfat edən sevgilisinə xüsusi vida:

Bir neçə həftə əvvəl amerikalı aktrisa Sandra Bullokun sevgilisi 57 yaşl

arrow Ətraflı
Bakıda BİABIRÇILIQ  Unitazın yanında çörək bişirirlər like
  • 22 Avq 23:05  
Digərləri Bakıda BİABIRÇILIQ Unitazın yanında çörək bişirirlər

Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi, 9 ünvanında fəaliy

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ  Sabah saat 09:00dan... like
  • 22 Avq 22:56  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ Sabah saat 09:00dan...

Sabah Abşeron, İsmayıllı və Samux rayonlarının, həmçinin Gəncə şəh�

arrow Ətraflı
"Avroviziya"da ifa etdikləri gitaranı satışa çıxardılar  Foto like
  • 22 Avq 22:50  
Şou-biznes "Avroviziya"da ifa etdikləri gitaranı satışa çıxardılar Foto

"Avroviziya" təmsilçilərimizdən olan Tural və Turan Bağmanov qar

arrow Ətraflı