Günün qoroskopu: Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz


Digərləri 23 Avq 2023 00:01:00 340 0

Günün qoroskopu: Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - uğura bel bağlamaq olar. Bu gün ağır problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İzafi, ifrat səylərə ehtiyac yoxdur. İşgüzar danışıqlar üçün əlverişli zamandır. İndiyədək əməkdaşlıq etmədiyiniz insanlarla təmasda olmaq zərurəti yaranır.

Günün ikinci yarısında şəxsi münasibətlərinizi və problemlərinizi kimsə ilə müzakirə etməyin. Yaxınlarınızla münasibətlərlə bağlı istənilən qərarı müstəqil qəbul edin. Dürüst olun, sonradan sizdə təəssüf hissi yarada biləcək addımlar atmayın.

Buğa - gün problemlər və nöqsanlardan xali olmasa da, pis deyil. Qarşınıza qoyduğunuz məqsədlərə sürətlə çatmaq mümkün deyil. Ruhdan düşməyin. Peşəkar fəaliyyət sahəsində yeniliklər etmək olar. Adi, rutin məsələlərin həllində yeni yollar və metodlar arayın.

Günün ikinci yarısında müttəfiqlər, tərəfdaşlarla fikir ayrılıqları yarana bilər. Güzəştlərə meylli olun, anlaşılmazlığı aradan qaldırın.

Səhhətinizin qeydinə qalın. Profilaktiki prosedurları unutmayın. Onlar effektiv olmalıdır. İmicdə dəyişikliklər etmək olar.

Əkizlər - istənilən yenilik və novasiya ehtiyatlı davranış tələb edir. Sərvaxt, punktual olun. Detallara fikir versəniz, bir sıra çətinliklərdən qurtula bilərsiniz. Təcrübəli insandan məsləhət almaqdan çəkinməyin. Belə olarsa, dəyərli kəlmələr eşidə bilərsiniz.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağır fiziki işi minimuma endirin. İfrata varmaq əsla məsləhət deyil. Sümük və oynaqlarda xroniki ağrılar varsa, fiziki işdən, ümumiyyətlə, imtina edin.

Xərçəng - gün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarla təmasları aktivləşdirin. Belədə işgüzar baxımdan əlverişli əlaqələr qura bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə səhvlərə yol verməyin.

Günün ikinci yarısında həmfikir və tərəfdaşlar arayın. Möhkəm işgüzar və dostluq əlaqələri yarana bilər.

Şəxsi münasibətlərdə də müsbət təmayüllərin təsiri artır. Yeni romantik tanışlıq ehtimalı çox azdır.

Axşam saatlarında normal istirahət edin.

Şir - yeni işlərə cəsarətlə başlaya bilərsiniz. Görüləsi işin mürəkkəbliyi və ya miqyasından çəkinməyin. Problemi qısa müddətdə, effektiv həll edə bilərsiniz.

Yeni münasibətlərə başlamaq olar. Uzun müddətə müttəfiqinizə çevriləcək insanla qarşılaşmaq ehimalı var.

Günün ikinci yarısında ailə problemlərindən birini çözə biləcəksiniz. Kəsilmiş əlaqələri bərpa etmək, sizdən soyumuş insanın rəğbətini qazanmaq şansı var.

Qız - risk etməyin. Ehtiyatlı və sayıq olsanız, mənfi təmayüllərin təsirini minimallaşdıra bilərsiniz. İndiyədək sizə xəyanət etməmiş insanlara güvənin. Hadisələrin gözlədiyiniz kimi inkişaf etməyəcəyi zaman təəccüblənməyin.

Günün ikinci yarısında alış-verişdə qənaətcil olun. Praktik olmayan, bahalı əşyalar almayın. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.

Tərəzi - ciddi dəyişikliklər olmayacaq. Stabillik sizi narahat etməyəcək, əksinə, sevindirəcək. Real fəaliyyətdən daha çox düşüncələr və təhlillər olacaq. Gələcəklə bağlı planlarınızın praqmat, effektiv olmasına çalışın. Bütün amilləri nəzərə alın. Başqalarının fikir vermədikləri xırdalıqları nəzərdən qaçırmayın.

Günün ikinci yarısı rahat ünsiyyət və xoş təmaslar vəd edir. İstənilən miqyasda və önəmdə problemləri sakit müzakirə etmək olar. Şəxsi münasibətlərinizdəki məqamla bağlı qərarı həyata keçirin.

Əqrəb - istənilən formada rəqabətdən çəkinin. İfrat zərurət yoxdursa, qarşıdurmaya başlamayın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi qorumağa çalışın. İndiyədək sizə ancaq yaxşılıq etmiş insan indi zərbə vura bilər.

Günün ikinci yarısı müstəqil fəaliyyət, yaradıcılıq, təxəyyül tələb edən işlər üçün əlverişlidir. Qərarlarınız orijinal, davranışınız qeyri-adi ola bilər. Zahiri görkəminizə fikir verin. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanmağa başlayacaqlar.

Oxatan - günün ilk yarısı sakit olmayacaq. Emosional fon stabil deyid. Əhvalınız pisləşə bilər. Buna yol verməmək üçün emosiyalarınıza hakim olun. Münasibətlərdə yaranmış problemləri müzakirə ilə həll etmək olar. Adi günlərlə müqayisədə ixtilaflar və fikir ayrılıqlarının sayı çoxdur.

Günün ikinci yarısında tarıma çəkilmiş əsəbləri sakitləşdirin. Dəyər verdiyiniz insanlar barədə sərt və aqressiv danışmayın. İradlarla tənqidlərin sayını azaldın.

Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Maraqlı iş tapmaq olar. Qeyri-adi, maraqlı işlər tapa bilərsiniz.

Qohumlarınız və sevdiyiniz insanla bağlı xəbərlər sizi sevindirəcək.

Oğlaq - yeni işə başlamazdan əvvəl həmin problemi müstəqil həll edə biləcəyinizə əmin olun. Sizə dəstək və yardım vəd etsələr də, ən çətin, ağır problemləri təkbaşına həll etmək məcburiyyətində qalacaqsınız. İşdə rəhbərlik və həmkarlarla münasibətləri gərməyin. İşgüzar tərəfdaşlarla əlaqələrdə sərinlik yaranmasına imkan verməyin.

Günün ikinci yarısında yaşlı qohumlarla ixtilaflara səbəbkar olmayın.

Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Böyük məbləğlər tələb edən proseslərdən uzaq durun. Axşam saatlarını dost və ya dəyər verdiyiniz insanla keçirə bilərsiniz.

Dolça - indiyədək sizi əla anlayan insanlarla təmaslarda ciddi problemlər, fikir ayrılıqları yarana bilər. Eqoist davranmayın. Yaxın ətrafınızdakı insanlardan niyyətlərinizin dərhal reallaşmasını tələb etməyin. Güzəştə getməyi bacarın. Yaşananlarla bağlı narazılığınızı açıq şəkildə izhar etməyin.

Günün ikinci yarısında anlayacaqsınız ki, planların əksəriyyətini həyata keçirmək asan deyil. Nikbinliyi itirməyin, bədbinliyə qapılmayın.

Axşam saatlarına yaxın əhvalınız düzələcək.

Balıqlar - əhvalınızı ən xırda məsələlər, mənasız detallar korlamasın. Yaşananları ürəyinizə salmayın. Belədə gününüz korlanacaq. Bu gün formalaşan problemlərin o qədər də ciddi olmadığını anlayın.

Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz.

Günün ikinci yarısında gəlirlər və hədiyyələr istisna deyil. Xərclər artıq olmayacaq. Nə isə almaq qərarına gəlsəniz, fikrinizdən vaz keçməyin.

Səfər və ya səyahət pis keçməyəcək.

Axşam saatlarında aktiv istirahət və dostlarla ünsiyyəti seçin.

İmiclə eksperimentlər uğurla ola bilər.  

Son.az

Bu tarixdə ilin ən böyük like
  • 22 Avq 23:55  
Digərləri Bu tarixdə ilin ən böyük

Avqust ayının 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadis�

arrow Ətraflı
Aygün Kazımovanın yeni görünüşünə tərif yazdı like
  • 22 Avq 23:48  
Şou-biznes Aygün Kazımovanın yeni görünüşünə tərif yazdı

Xalq artisti Aygün Kazımovanın bu günlərdə yayımladığı video Rusiyanı

arrow Ətraflı
Sabirabad sakini intihar edib like
  • 22 Avq 23:45  
Digərləri Sabirabad sakini intihar edib

Sabirabad sakini intihar edib.

arrow Ətraflı
Türkiyədə üç azərbaycanlı zabit rütbəsi alıb  FOTO like
  • 22 Avq 23:35  
Siyasət Türkiyədə üç azərbaycanlı zabit rütbəsi alıb FOTO

Türkiyədə üç azərbaycanlı Jandarm və Sahil Mühafizə Akademiyasının m

arrow Ətraflı
Ayça da estetik etdirdi like
  • 22 Avq 23:30  
Şou-biznes Ayça da estetik etdirdi

"Fox" telekanalının "Kader bağları" filminin çəkilişl

arrow Ətraflı
Şirvan sakini yaşadığı binadan yıxıldı və... like
  • 22 Avq 23:24  
Digərləri Şirvan sakini yaşadığı binadan yıxıldı və...

Şirvan sakini yaşadığı binadan yıxılaraq ağır xəsarət alıb

arrow Ətraflı
Vəfat edən sevgilisinə xüsusi vida: like
  • 22 Avq 23:17  
Şou-biznes Vəfat edən sevgilisinə xüsusi vida:

Bir neçə həftə əvvəl amerikalı aktrisa Sandra Bullokun sevgilisi 57 yaşl

arrow Ətraflı
Bakıda BİABIRÇILIQ  Unitazın yanında çörək bişirirlər like
  • 22 Avq 23:05  
Digərləri Bakıda BİABIRÇILIQ Unitazın yanında çörək bişirirlər

Bakı şəhəri, Səbail rayonu, Ə.Gülbalayev küçəsi, 9 ünvanında fəaliy

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ  Sabah saat 09:00dan... like
  • 22 Avq 22:56  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ Sabah saat 09:00dan...

Sabah Abşeron, İsmayıllı və Samux rayonlarının, həmçinin Gəncə şəh�

arrow Ətraflı
"Avroviziya"da ifa etdikləri gitaranı satışa çıxardılar  Foto like
  • 22 Avq 22:50  
Şou-biznes "Avroviziya"da ifa etdikləri gitaranı satışa çıxardılar Foto

"Avroviziya" təmsilçilərimizdən olan Tural və Turan Bağmanov qar

arrow Ətraflı
Özbəkistan Prezidenti: Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir like
  • 22 Avq 22:42  
Siyasət Özbəkistan Prezidenti: Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir

Əgər biz bu gün razılaşdığımız hər şeyi yerinə yetirsək, onlar həy

arrow Ətraflı
Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqladı like
  • 22 Avq 22:26  
Kriminal Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda v�

arrow Ətraflı