“Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır” – Qalmaqallı AÇIQLAMA
Digərləri 28 İyn 2023 08:38:00 348 0
"Əvvəllər bu hallar az-az müşahidə olunsa da texnologiyanın ildırım sürətilə inkişafı xəyanətlərin də sayını artırıb".
Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm olmağı bacaran psixoloq Samirə Bağırova bu fikirdədir.
Son.az bizim.media-ya istinadən xəbər verir ki, sayta açıqlamasında psixoloq bildirib ki, burada ən başlıca səbəb evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmamasıdır.
"Xəyanətə aparan yolun ən başlıca səbəbi cütlüklərin bir-birlərinə qarşı olan pərdəli davranışlarıdır. Hansı ki, evlilikdən sonra ər-arvad bir-birlərinə cinsi həyatları haqqında açıq etiraf edə bilmirlər, istəklərini boğurlar. Bu da onların arasında müəyyən problemlər yaradır və son yol xəyanət olur. Bundan başqa səbəblər kiçik nüanslardır".
Psixoloq deyir ki, Bakıda hazırda o qədər ailə var ki, xəyanətlərini bilə-bilə rəsmi nikahlarını pozmadan yaşayırlar:
"Bəzən cütlüklər sevgiləri bitsə də evliliklərini kağız üzərində saxlayırlar. Həm ər, həm də arvad ayrılıqda öz həyatlarını yaşayır. Onu da qeyd edim ki, hazırda bu Bakıda çox geniş yayılmış dəbdir. Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli" olanlar var. Hər ikisi bilir ki, həyat yoldaşının sevgilisi var və rəsmi olaraq evliliklərini qoruyurlar".
Samirə Bağırova deyir ki, son zamanlar keçirdiyi seansların hamısının motivində xəyanət durur:
"İnanın son zamanlar seansların demək olar ki, yarıdan çoxu bu problemlə bağlıdır, şikayətlər eynidir:
"Ərim xəyanət edir və ya mən ərimə xəyanət edirəm". Həmin o pasientlərə sual verirəm ki, xəyanətə səbəb nədir? İnanın elə bir səbəb deyirlər ki, baxıram ki, hər iki tərəfin səbəbləri haqlıdır".
Türkiyəli müğənni Ebru Polat avtomobildə oturarkən çəkdirdiyi fotosu il
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə BMT-nin baş katibi Antonio
Azərbaycanın məscidlərində bayram namazları qılınır.
Bakının Səbail rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən
ABŞ Dövlət Departamenti Qurban bayramı münasibətilə paylaşım edib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhə
Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.
Müğənni İbrahim Borçalı insanların süniləşməsindən gileylənib.
Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayr
Ermənistanın Azərbaycanın suveren ərazisi ilə bağlı bəyanatlar verməy�
Elmi araşdırmalara görə, qaynar çay içmək həyati təhlükəli bir məq
Tanınmış türkiyəli aktyor Anıl İlter evlənir.
Fitnes məşqçisi Belinda Norton pəhriz saxlamadan arıqlamağın sadə yollar
Həkimlər səhər yeməyi zamanı arıqlamağınıza mane olan səhvləri açı