Çeçen döyüşçülər "Vaqner"çilərə qarşı vuruşmağa yollanıb
Dünya 24 İyn 2023 14:10:00 389 0
Çeçen döyüşçüləri və Çeçenistandakı rus döyüşçüləri Rusiya Silahlı Qüvvələri ilə "Vaqner" muzdlu hərbi təşkilatı arasında gərginlik davam edən əraziyə yollanıblar.
Bu xəbəri də oxu: Taysona qalib gəldi indi də Makqreqora
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov deyib.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Son.az
Moskvadan cənub istiqamətində gedən bütün magistral yollar bağlanıb.
Son dövrlər investisiya dedikdə, insanların ağlına ilk olaraq daşınmaz �
Son günlər Bakı-Sumqayıt arası sərnişindaşınmada Metrobus təşkili bar
Rusiyanın paytaxtı Moskva və iki bölgədə Vaqner böhranı səbəbindən &q
Separatçı rejimin maliyyləşdirilməsinə son qoyulması, eləcə də Azərba
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Luka
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçınd
Hazırda Voronejdə "Vaqner" və Rusiya ordusu arasında şiddətli d�
Meyxanaçı Vüqar Əbdülov aparıcılar Mətanət Əliverdiyeva və İslam Meh
180 rus hərbçisi Buqayevka sərhəd-keçid məntəqəsində "Vaqner"
Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident,
Rusiya Prezidenti Vladimir Putin üçün "Vaqner" muzdlu hərbi təşk
"Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlə