Ukrayna DİN: "Putinin Priqojini öldürməkdən başqa yolu yoxdur"
Dünya 24 İyn 2023 12:47:00 340 0
Rusiya Prezidenti Vladimir Putin üçün "Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojini fiziki olaraq aradan qaldırmaqdan başqa yol qalmayıb.
Bu xəbəri də oxu: Paşinyan XİNin avtomobil parkını ixtisar etdi
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko tviterdə yazıb.
Onun sözlərinə görə, V.Priqojinin həbsi mümkün deyil: "Çünki, bu, daha çox problem yarada bilər".
A.Gereşenko qeyd edib ki, V.Putin kompromislərlə kifayətlənməyəcək: "O, üsyanı məğlub etməyə çalışacaq".
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Son.az
"Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlə
İsmayıllıda iki gün əvvəl həyat yoldaşı ölən kişi intihara cəd edib
İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bö
"Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hə
"Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Ru
"Vaqner" Putinin xalqa müraciətnə cavab olaraq bəyanat yayıb.
Sərnişindaşıma və yükdaşıma sektorunda xidmət keyfiyyətinin artırılm
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə
Xəbər verdiyimiz kimi, dünən saat 04 radələrində Bakıda moped sürücüs
"Vaqner"in ələ keçirdiyi ərazilərin ilk xəritəsi yayılıb.
Rusiya Prezidenti Vladimir Putin Vaqner rəhbəri Yevgeni Priqojinin əməlləri
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam e