Qırmızı Ürəklərin iştirakı ilə Şabranda 4 hektar meşəlik ərazi təmizlənib
Digərləri 24 İyn 2023 11:34:00 422 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən növbəti təmizlik aksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşulub. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət fondunun könüllüləri Şabranda 4 hektar meşəlik ərazinin tullantılardan təmizlənməsində iştirak edib.
Bu xəbəri də oxu: Qəzadan sonra azı 6 nəfər sağ qalıb
Bakı-Quba avtomobil yolunun kənarındakı meşə zolağında təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ETSN-in, yerli icra orqanlarının əməkdaşları və könüllülər iştirak edib. Aksiya zamanı toplanan plastik və digər tullantılar qablaşdırılaraq aidiyyəti üzrə daşınıb.
Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı müsahibəsində bildirib ki, təmizlik aksiyasının keçirilməsində məqsəd meşə ərazilərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, meşə zolağında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır. O həmçinin bildirib ki, Qırmızı Ürəklər Fondu ətraf mühitlə bağlı il boyu çay və dəniz sahillərində, meşə zolaqlarında könüllülərin iştirakı ilə müxtəlif təmizlik aksiyaları həyata keçirir.
Qeyd edək ki, "Qırmızı Ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Xəbər verdiyimiz kimi, dünən saat 04 radələrində Bakıda moped sürücüs
"Vaqner"in ələ keçirdiyi ərazilərin ilk xəritəsi yayılıb.
Rusiya Prezidenti Vladimir Putin Vaqner rəhbəri Yevgeni Priqojinin əməlləri
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam e
Rusiyanın Moskva və Voronej şəhərlərində bütün kütləvi tədbirlər l�
"Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür".
Xəbər verdiyimiz kimi, Rusiyanın Rostov şəhəri tam olaraq "Vaqner&qu
Rusiya Müdafiə Nazirliyi "Vaqner" döyüşçülərinə müraciət ed
"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin üs
"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri ələ keçirdikl
"Vaqner"in nəzarətindəki kanallar iddia edirlər ki, Rusiya Silahl�
Rusiyada vəziyyət gərginləşməkdə davam edir. Son.az xəbər verir ki,�
Mayın 24-də Baku Ritz-Carlton otelindəki Şuşa ziyafət zalında, "Bosc
Böyük Britaniya Milli Polisinin Rəislər Şurası "Android 12"də s