“Priqojin ya könüllü təslim olmalı, ya da müqavimət göstərməli idi”
Dünya 24 İyn 2023 10:19:00 316 0
"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin üsyana sağ qalmaq cəhdi kimi baxır".
Bu xəbəri də oxu: Quterreş Azərbaycana başsağlığı verdi
Son.az "report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.
Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyinin "Vaqner"i tamamilə özünü tabe etmək istiqamətindəki səyləri Priqojinin bu təşkilata nəzarəti tamamilə itirməsinə səbəb ola bilərdi: "Yevgen Priqojin ya könüllü təslim olmalı, ya da Müdafiə Nazirliyinə müqavimət göstərməli idi. O, həlledici qərar verməyə məcbur idi. Görünür, "Vaqner" rəhbərliyi ikinci variantı seçib".
Amerikalı analitiklərin fikrincə, Y.Priqojin yüksək rütbəli rus zabitlərinin və hərbi qulluqçularının etimadını qazanmaq istəyirdi: "Ordu generalı Sergey Surovikin isə onun hərəkətlərini pislədi. Bu, onu deməyə əsas verir ki, "Vaqner" rəhbəri məqsədinə çata bilməyəcək".
ABŞ institutu xatırladıb ki, Y.Priqojin bütün Rusiya ordusunu "Vaqner"ə qoşulmağa çağırıb: "O, müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu on minlərlə rus əsgərinin əbəs yerə ölümündə günahlandırıb. Y. Priqojin, çox güman "Vaqner"ə verilən dəstəklə bağlı yanılıb. Çünki "Vaqner"in əsas müttəfiqlərindən biri olan S. Surovikin belə "Vaqner"in şəxsi heyətini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb".
Bildirilib ki, "Vaqner" in açıq-aşkar təhdidlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyində ciddi dəyişikliklərin olacağı gözlənilmir: "S. Şoyqu və V. Gerasimov Prezident Vladimir Putinə sadiq kadrlardır. Odur ki, V. Putin ehtimal edilən dəyişlikliyə imkan verməz".
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir. Son.az
"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri ələ keçirdikl
"Vaqner"in nəzarətindəki kanallar iddia edirlər ki, Rusiya Silahl�
Rusiyada vəziyyət gərginləşməkdə davam edir. Son.az xəbər verir ki,�
Mayın 24-də Baku Ritz-Carlton otelindəki Şuşa ziyafət zalında, "Bosc
Böyük Britaniya Milli Polisinin Rəislər Şurası "Android 12"də s
Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtına raketlərlə hücum edib.
Parisdəki "Bonhams-Cornette de Saint Cyr" hərrac evində fransız ak
Rusiyanın Rostov şəhəri "Vaqnerçi"lər tərəfindən ələ keçi
ABŞ kəşfiyyatında Çinin Vuhan Virusologiya İnstitutunda (WIV) baş verən
Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən
Aparıcı-aktyor Sərxan Kərəmoğlu çəkilən filmlərdən narazılıq edib.
"Vaqner" özəl hərbi dəstəsi Moskva şossesində onlara hücum ed�
Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb.
Musiqi ilə hər cür qarşılıqlı əlaqə orqanizm üçün faydalıdır - din