Sülhə gedən yolda çəkişmə:
Siyasət 22 İyn 2023 19:36:00 315 0
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesində vasitəçilik etmək istəyən dövlətlər və təşkilatlar arasında amansız rəqabət başlanıb. Tərəflərdən hər biri lider olmaq istəyir, amma istəklərin məzmunu və məqsədi nədir? - Maraqlı məsələdir...
Bu xəbəri də oxu: Milorad Dodik İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi nəzərdə tutulub. Sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə ABŞ-ın israrla və təkidlə reallaşdırmağa çalışdığı format çərçivəsində növbəti mərhələ olacaq müzakirələrdə bir sıra məsələlər nəzərdən keçiriləcək.
Onların arasında Azərbaycan və Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyası, nəqliyyat və infrastruktur kommunikasiyalarının bərpası, qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası, hazırda Ermənistanın işğalında olan 8 kəndimizin azad edilməsi, Zəngəzur nəqliyyat dəhlizi layihəsi və s. var.
Sülh sazişi məsələsində Rusiya Federasiyasını və xüsusilə də, Avropa İttifaqının təşəbbüslərini diqqətlə izləyən Birləşmiş Ştatlar Cənubi Qafqazda təsir imkanlarını və geosiyasi mövcudluq məqamlarını gücləndirmək məqsədilə danışıqların alternativ formatlarını kölgədə qoymaq niyyətindədir.
Vaşinqtonun aktivliyi ilk baxışdan qəribə təsir bağışlasa da, bunu pan-Avropa strukturlarının razılaşdırılmamış fəaliyyəti, ələlxüsus da bəzi avropalı siyasətçilərin qərəzli, subyektiv və əsassız bəyanatları gücləndirir.
Məsələn, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Loiseau bəyan edib: "Mənim şəxsi anlayışım odur ki, qeydə alınmış hərbi insidentlər yalnız bir tərəfdə baş verir. Hərbi təxribatların Ermənistan tərəfindən törədildiyi barədə Azərbaycanın səsləndirdiyi ittihamları təsdiq edəcək heç bir sübut yoxdur. Bu da təəccüblü deyil, çünki Ermənistan sülh istəyir".
Ermənistanı "sülh istəyən" dövlət kimi təqdim edən Loiseau deyəsən, rəsmi İrəvanın ciddi şəkildə silahlanmağa başlamasından, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra hədsiz zəifləyən və imkanlarını bütünlüklə itirən Silahlı Qüvvələrini "bərpa" etməyə çalışmasından, Fransa və Hindistandan silahla hərbi texnika almağa hazırlaşmasından xəbərsizdir.
Ermənistan cəmiyyətində revanşizm təmayülləri pik həddə çatıb, Baş nazir Nikol Paşinyana müxalif olan qüvvələr az qala yeni müharibə tələblərini səsləndirir və Azərbaycanla hər hansı formada sülh sazişinin yolverilməz olduğunu vurğulayırlar.
Eyni zamanda, Ermənistan cəmiyyəti Qarabağın Azərbaycanın tərkib hissəsi olması gerçəyini adekvat qəbul etməyə hazır deyil. Tam əksinə, qarabağlı erməniləri ayrıca "xalq" sayan və bu azmış kimi Xankəndindəki separatçı rejimi "müstəqil dövlət" qismində qəbul edən ermənilərin sayı Ermənistanın vəziyyətini olduğu kimi dəyərləndirməyi bacaran ermənilərlə müqayisədə dəfələrlə çoxdur.
Ermənistan cəmiyyətində və ümumiyyətlə, ermənilər arasında olan yanlışların sayı hədsizdir, amma onların arasında ermənilər üçün subetnos qismində ölümcül təhlükəliləri də var.
Məsələn, ermənilərin sürəkli olaraq ərazi iddiaları ilə çıxış etmələri onları itirilmiş dövlətçiliklə üzbəüz qoya bilər.
Əfsuslar olsun ki, yekun sülh sazişinin imzalanması prosesində əsas vasitəçiliklə lider moderatorluq mövqelərinə yiyələnmək uğrunda mübarizə aparan tərəflər "önəmsiz" saydıqları belə məqamlar barədə ciddi düşünmək istəmirlər. Tam əksinə, prosesdə ətalət meyllərinin duyulduğunu vurğulayan tərəflər rəqibi üstələməyə və alınarsa, prosesdən kənarlaşdırmağa can atır.
Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrovun son açıqlamalarından biri bəhs etdiyimiz məqamları tam illüstrasiya edir. Onun sözlərinə görə, hazırda ABŞ və Avropa İttifaqının vasitəçilik səyləri prosesin "əleyhinə yönəlib".
"Əsas məsələ vasitəçilik cəhdlərinin məqsədinin Azərbaycan və Ermənistan dövlətlərinin, xalqlarının maraqlarının balansını nəzərə almaq, indiyədək əldə edilmiş anlaşmaların təmin edilməsi olsun. Əfsuslar olsun ki, hazırda ABŞ və Avropa İttifaqının fəaliyyətində tərəflərin anlaşmasını təmin etmək yox, daha çox regiona sirayət etmək, Rusiyanın qanuni maraqlarını məhdudlaşdırmaq və orada özünü az qala həlledici qüvvə qismində bərqərar etmək istəkləri görürük. Qərb ölkələri NATO-nun və Avropa İttifaqının sərhədlərindən çox uzaq regionlarda möhkəmlənməyə çalışırlar. Təbii ki, bütün bunların vəziyyəti stabilləşdirməklə heç bir əlaqəsi yoxdur. Ümid edirik ki, Bakı və İrəvandakı tərəfdaşlarımız dediklərimi anlayırlar. Hər halda baş verənləri onlarla açıq müzakirə edirik", - S.Lavrov söyləyib.
O bəyan edib ki, "yekun sülh sazişinin əldə edilməsi yalnız Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli anlaşmaların tam riayət edilməsi çərçivəsində mümkündür".
Göründüyü kimi, S.Lavrov Azərbaycan-Ermənistan müzakirələrinin və danışıqlarının Moskva trekindən savayı, yəni Vaşinqton və Brüssel formatlarında aparılmasını qeyri-effektiv, hətta "təhlükəli" hesab edir.
Vaşinqton və Moskvadan fərqli olaraq, Brüssel nizamlanma prosesində ən effektiv formatın Brüsseldə aparılan danışıqlar olduğunu vurğulayır. Əslində danışıqların üç trekdə (Vaşinqton, Brüssel və Moskva) aparılması nizamlanma prosesini sürətləndirib, amma geosiyasi güclər arasındakı qarşıdurma səngiməzsə, tərəflərdən hər biri məhz öz dividentlərini əldə etmək üçün məqbul bildiyi vasitələri işə salacaq.
Vasitəçilik etmək istəyən tərəflər arasında rəqabət güclənir.
Bunun nəticəsi nə olacaq?
Yaxın zamanlarda görəcəyik.
Elçin Alıoğlu TREND
Dünya şöhrətli futbolçu Neymar ikinci dəfə hamilə olan sevgilisi Bruna B
Həftənin hansı gününün həyat üçün daha təhlükəli olduğu üzə çı
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa həyat yoldaşı Aysel İ
Bakıda və Abşeron yarımadasında küləyin sürəti güclənəcək.
Vətəndaş Qiyas İbrahimov inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib
Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Tə�
Müğənni Elşad Qarayev canlı efirdə Şəbnəm Tapdığı ələ salıb.
Təəssüflər olsun ki, sərhəddə vəziyyət gərginləşib. Bir tərəfdən
Azərbaycanla münasibətlərdə gərginliyin artması Ermənistanın iqtisadi g
İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçulu
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı iş adamı və vide
İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayram
İyunun 22-də "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı ç�