Qərbi Azərbaycan mövzusu ilə bağlı yazılı bəyannamə AŞPAnın rəsmi sənədi kimi dərc olunub


Siyasət 20 İyn 2023 13:00:00 333 0

Qərbi Azərbaycan mövzusu ilə bağlı yazılı bəyannamə AŞPAnın rəsmi sənədi kimi dərc olunub

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.

Bu barədə Son.az-a Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.

10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır. Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.

Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.

Yazılı bəyannamənin tam mətni aşağıdakı kimidir:

"Başlıq: Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalətin təmin edilməsi

Biz, bu sənədi imzalayanlar olaraq, etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların məruz qaldığı haqsızlıqlardan dərin narahatlıq hissi keçirərək,

Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət orqanları tərəfindən sistemli şəkildə həyata keçirildiyini nəzərə alaraq,

Azərbaycan mədəni irsinin Ermənistanda sistemli şəkildə məhv edilməsindən dərin narahatlığı ifadə edərək və bu ölkəyə faktaraşdırıcı missiya göndərməsi istiqamətində YUNESKO-ya çağırışları xatırladaraq;

Geri qayıtmaq hüququnun Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edildiyini vurğulayaraq,

1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasını (İcma) öz doğma torpaqlarından qovulmuş azərbaycanlıları təmsil edən birləşdirici səs kimi tanıyaraq,

İcmanın Ermənistana dialoq təklifini alqışlayaraq,

İcmanın dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləməsini təqdir edərək,

İcmanın öz evlərinə qayıtdıqdan sonra ermənilərlə dinc yanaşı yaşamaq istəyini də yüksək qiymətləndirərək,

Biz,

Avropa Şurasını Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq,

Avropa Şurası Parlament Assambleyasının məruzəçilərini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırırıq,

İcmanın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış edirik."

Heydər Əliyev Mərkəzində caz günləri başlayır like
  • 20 İyn 12:52  
Kriminal Heydər Əliyev Mərkəzində caz günləri başlayır

İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək

arrow Ətraflı
Naxçıvanda daha bir vəzifəli şəxs like
  • 20 İyn 12:51  
Digərləri Naxçıvanda daha bir vəzifəli şəxs

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən aza

arrow Ətraflı
Nikol Paşinyan 44 günlük müharibə zamanı Putinlə 60 dəfə telefonla danışıb like
  • 20 İyn 12:40  
Siyasət Nikol Paşinyan 44 günlük müharibə zamanı Putinlə 60 dəfə telefonla danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Rusiya

arrow Ətraflı
Qurbanlıq heyvanların QİYMƏTİ neçəyə olacaq? like
  • 20 İyn 12:29  
Digərləri Qurbanlıq heyvanların QİYMƏTİ neçəyə olacaq?

İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.

arrow Ətraflı
Bakıda əsasən yağmursuz, rayonlarda isə... like
  • 20 İyn 12:26  
Digərləri Bakıda əsasən yağmursuz, rayonlarda isə...

İyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi tətbiq olunacaq like
  • 20 İyn 12:18  
Digərləri Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi tətbiq olunacaq

Tezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək

arrow Ətraflı
Paşinyan 9 noyabr bəyanatını necə imzalamasından danışdı: "Şuşanın əldən çıxması..." like
  • 20 İyn 12:13  
Siyasət Paşinyan 9 noyabr bəyanatını necə imzalamasından danışdı: "Şuşanın əldən çıxması..."

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtləri

arrow Ətraflı
Anası xalq artisti Röyadan niyə 7000 dollar istəyib? like
  • 20 İyn 12:07  
Şou-biznes Anası xalq artisti Röyadan niyə 7000 dollar istəyib?

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə c�

arrow Ətraflı
Türkiyə əlavə iki döyüş təyyarəsinin istehsalına başlayıb like
  • 20 İyn 11:56  
Digərləri Türkiyə əlavə iki döyüş təyyarəsinin istehsalına başlayıb

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad

arrow Ətraflı
Bunu etsəniz, 3 il həbs olunacaqsınız like
  • 20 İyn 11:51  
Digərləri Bunu etsəniz, 3 il həbs olunacaqsınız

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edili

arrow Ətraflı
Ermənilərdən özlərini aşağılayan QƏRAR  Paşinyanın yeni “xoxan” yaratmaq planı like
  • 20 İyn 11:48  
Siyasət Ermənilərdən özlərini aşağılayan QƏRAR Paşinyanın yeni “xoxan” yaratmaq planı

Arazdəyəndə inşa edilməkdə olan metallurgiya zavodunda Birləşmiş Ştatl

arrow Ətraflı
İtən qayıqdan paylaşım etdi  “Xilasediciləri gözləyirik” like
  • 20 İyn 11:44  
Dünya İtən qayıqdan paylaşım etdi “Xilasediciləri gözləyirik”

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə

arrow Ətraflı
Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq like
  • 20 İyn 11:37  
Digərləri Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq

Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olaca

arrow Ətraflı
Yanvarmay aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daşınıb like
  • 20 İyn 11:33  
Digərləri Yanvarmay aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daşınıb

Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daş

arrow Ətraflı
Qərbi Azərbaycan İcması: "Ermənistan barışıq çağırışlarımıza cavab vermir" like
  • 20 İyn 11:30  
Siyasət Qərbi Azərbaycan İcması: "Ermənistan barışıq çağırışlarımıza cavab vermir"

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat

arrow Ətraflı