Türkiyə əlavə iki döyüş təyyarəsinin istehsalına başlayıb
Digərləri 20 İyn 2023 11:56:00 346 0
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-dan daha iki ədəd istehsal ediləcək.
Bu xəbəri də oxu: Tibbdə ilk: Anasız körpə doğuldu
Son.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə TUSAŞ-ın Baş direktoru Temel Kotil məlumat verib.
"KAAN artıq uçuşa hazır vəziyyətdədir, lakin bəzi sınaqlar tamamlanmalıdır. 2028-ci ildə 20 ədəd KAAN döyüş təyyarəsini Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verməyi planlayırıq. Bu təyyarələr F-35-in alt, F16-nın üst seqmenti olacaq", - deyə o əlavə edib.
T.Kotil onu da bildirib ki, beşinci nəsil KAAN təyyarələri 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.
Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 may tarixində Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edili
Arazdəyəndə inşa edilməkdə olan metallurgiya zavodunda Birləşmiş Ştatl
Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə
Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olaca
Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daş
Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat
Sənədsiz obyektlərlə bağlı prosedur sadələşdirildikdə bundan 40 min sa
Biləsuvarda kafedə ağır cinayət olub.
Xüsusi xidmət orqanlarının ölkəmizin milli maraqlarını təhdid edən, ko
Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəql
"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı çərçivəsində
Rusiyalı aparıcı Vladimir Solovyov efirdə olarkən səyyar radio kompleksi v