Heydər Əliyev Sarayında “Muğam aləmi” 6cı Beynəlxalq Musiqi Festivalının açılışı olub
Kriminal 19 İyn 2023 13:00:00 332 0
İyunun 18-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən "Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalının açılışı olub.
Bu xəbəri də oxu: Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlandı
Son.az Trend-ə istinadən bildirir ki, festival iyunun 25-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsində Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları keçirilir. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və qorumaq məqsədi daşıyır.
Festivalın açılışı ənənəvi olaraq böyük maraq doğurub. Qonaqlar arasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, yaradıcı ziyalılar və gənclər, diplomatik missiyaların nümayəndələri yer alıb.
Açılış "Alim Qasımov və qonaqları" adlı konsert proqramı ilə yadda qalıb. Dünya şöhrətli muğam ifaçısı, Azərbaycanın Xalq artisti Alim Qasımov, onun qızı, Əməkdar artist, xanəndə Fərqanə Qasımova, əfqan rübabı və hind sarodunun dünyaca məşhur ifaçısı Daud Xan Sadozai (Əfqanıstan), Kraliça Elizabet tərəfindən "Rəqs sənətinə töhfəsinə görə" almaz yubiley medalı ilə təltif olunmuş Əlirza Saşar Zərif (Kanada, İran) və xalq musiqisinin məşhur ifaçısı Sənəm Akdemirin (Türkiyə) çıxışı tamaşaşıların alqışları ilə müşayiət olunub. Gecədə tamaşaçılar musiqiçilərin ustalığından zövq alıblar, dünya xalqları mədəniyyətlərinin bənzərsizliyinin Azərbaycan muğamı ilə sintezi isə xüsusi maraq doğurub.
Milli Konservatoriyada həmçinin Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.
Qeyd edək ki, müsabiqədə ölkəmizi milli muğam müsabiqəsinin qalibləri - birinci yer tutmuş Mirəli Sarızadə ("xanəndə" nominasiyası) və Vaqif Təhməzov ("instrumental ifa" nominasiyası) təmsil edəcəklər. Festival çərçivəsində Bakının müxtəlif mədəniyyət ocaqlarında, habelə Şuşa şəhərinin tarixi meydanlarında müxtəlif tədbirlər - müsabiqələr, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil olunacaq.
İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək.
İyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin öz yaradıcılıqlarını nümayiş etdirəcəklər.
İyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən "Cadenza" Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyev çıxış edəcək.
İyunun 22-də Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və "Asil" ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan "En Chordais" ansamblı səhnəyə çıxacaq.
İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.
Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada "Muğam saatı" təşkil olunacaq.
İyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Muğam aləmi"nin bağlanış mərasimi olacaq. "Xanəndə" və "instrumental ifaçılıq" nominasiyaları üzrə 1, 2 və 3-cü yerləri tutan qalibləri, həmçinin Qran-pri sahibini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyə nümayəndələrindən ibarət münsiflər heyəti müəyyən edəcək. Qaliblərin mükafatlandırılmasından sonra konsert proqramı təqdim olunacaq.
Festivalın Bakıda keçiriləcək konsertlərinə biletləri iTicket.az saytından və kassalardan əldə etmək mümkün olacaq.
Son.az
2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat�
Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10
"Bu gün sənin işlətdiyin telefona saatlarla baxmışam, sonra öz telef
Bakıda pedofil uşağı qorxudub.
"Avtomobil nəqliyyatı haqqında" qanuna və digər qanunlara sərni�
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlar
Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb.
Əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə müsahibəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
"Sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq regio
Azərbaycanın tanınmış meyxanaçıları Vüqar Əbdülov, Oqtay Kamil, Mehma
"Norm" ASC "Best Managed Companies Azerbaijan" layihəsinin
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisind
Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl