Dünəndən hamının danışdığı


Digərləri 16 İyn 2023 17:46:00 186 0

Dünəndən hamının danışdığı

Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil alan azərbaycanlı tələbə Abutalıb (Barış) Namazovun sosial şəbəkə hesabında Türkiyədə çalışan azərbaycanlı riyaziyyatçı alim Azər Kərimovla bağlı paylaşımı ötən gündən bəri müzakirələrə səbəb olub.

Son.az sfera.az-a istinadən bildirir ki, A.Namazov qeyd edib ki, təhsil aldığı ştatda tələbələrlə gəzintiyə çıxarkən ona yaxınlaşan türkiyəli şəxs azərbaycanlı alimlə bağlı xoş sözlər deyib, məhz bu alim sayəsində Azərbaycanı çox sevdiyini dilə gətirib. Azər Kərimovdan Türkiyədə Bilkent Universitetində dərs aldığını söyləyən gənc azərbaycanlı alimi çox ziyalı, alicənab, gözəl qəlbi olan, dürüst bir elm adamı kimi təqdim edib, Türkiyədə ondan dərs alan tələbələrin mühazirələrə qatılmaq üçün yenidən qeydiyyata düşdüklərini bildirib. O, həmçinin alimin Azərbaycanda o qədər də tanınmamasından təəssüf hissi keçirdiyini vurğulayıb.

Bəs Azərbaycanda o qədər də tanınmayan Azər Kərimov kimdir?

Fizika-riyaziyyat elmləri doktoru olan Azər Kərimov Türkiyədə İhsan Doğramacı adına Bilkent Üniversitetinin professorudur. Qardaş ölkədə yüzlərlə riyaziyyatçının yetişməsində əməyi olan alim, həm də Türkiyə Riyaziyyat Olimpiadaları Komitəsinin sədridir.

O, 1961-ci ildə şair Əli Kərimin ailəsində dünyaya gəlib. Orta təhsilini Moskvada fizika-riyaziyyat məktəbində alıb. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirib. 30 ildən çoxdur ki, Türkiyədə yaşayır və fəaliyyət göstərir.

Alim 2001-ci ildən bəri hər ay Bilkent Universitetinin veb saytında "Ayın riyazi problemi"ni yayımlayır. Onun bu ideyası dünyanın müxtəlif yerlərindən olan riyaziyyatçıların diqqətini cəlb edir. İndi hər ay bütün dünyada riyaziyyat həvəskarları A. Kərimovun hazırladığı riyazi məsələni həll etmək üçün bir-biri ilə yarışırlar.

Azərbaycanda o qədər də tanınmasa da, Türkiyə mətbuatında riyaziyyatçı alimlə bağlı məqalələrə rast gəlinir. Həmin materiallarda qeyd olunur ki, 1990-cı ildə Türkiyənin Beynəlxalq Riyaziyyat Olimpiadasındakı yeri qənaətbəxş deyildi. Bürünc medal alan məktəblilər uğurlu sayılırdı. Azərbaycanlı riyaziyyatçı alimin də ciddi dəstəyi sayəsində bu sahədə qısa müddətdə xeyli irəliləyiş olub. 1999-cu ildə qazanılmış ilk qızıl medaldan sonra Türkiyə komandası dünyanın sayılan komandaları sırasına daxil ola bilib.

16 kq arıqlayan Nurgül Yeşilçaydan bikinili FOTOlar like
  • 16 İyn 17:22  
Şou-biznes 16 kq arıqlayan Nurgül Yeşilçaydan bikinili FOTOlar

Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçayın xeyli çəki atması bar

arrow Ətraflı
Əlillik dərəcəsinin təyin olunmasından hansı hallarda like
  • 16 İyn 16:54  
Digərləri Əlillik dərəcəsinin təyin olunmasından hansı hallarda

Son dövürlər ən çox müzakirə olunan məsələlərdən biri də əlillik d

arrow Ətraflı
Sülh istəməyən kimlərdir? like
  • 16 İyn 16:52  
Siyasət Sülh istəməyən kimlərdir?

Dünən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, H

arrow Ətraflı
"Bir daha evlənməyəcəyəm" like
  • 16 İyn 16:42  
Şou-biznes "Bir daha evlənməyəcəyəm"

Türkiyəli müğənni Murad Dalkılıç verilişlərin birində keçmiş aktris

arrow Ətraflı
Ermənistan Azərbaycana qarşı yeni təhdidlər yaradır like
  • 16 İyn 16:30  
Digərləri Ermənistan Azərbaycana qarşı yeni təhdidlər yaradır

Azərbaycanla həmsərhəd zonası Arazdəyəndə iri metallurgiya zavodunun in�

arrow Ətraflı
Aygün Kazımovanın mahnısı “Qorqud”un ifası ilə yeni versiyada oxunub  VİDEO like
  • 16 İyn 16:25  
Şou-biznes Aygün Kazımovanın mahnısı “Qorqud”un ifası ilə yeni versiyada oxunub VİDEO

İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün K

arrow Ətraflı
İran davranışları ilə özünü tam ifşa edib  Deputat like
  • 16 İyn 16:22  
Digərləri İran davranışları ilə özünü tam ifşa edib Deputat

Azərbaycan Ordusu 2020-ci il 44 günlük Vətən Müharibəsində düşməni da

arrow Ətraflı
Azərbaycanda cütlüyün məsciddəki görüntüsü like
  • 16 İyn 16:18  
Digərləri Azərbaycanda cütlüyün məsciddəki görüntüsü

Azərbaycanda nikaha girən cütlük dini kəbinlə bağlı izdivaclarını məs

arrow Ətraflı
Türk serialında qalmaqallı səhnə  20 nəfər eyni anda lüt soyundu  FOTO like
  • 16 İyn 16:06  
Digərləri Türk serialında qalmaqallı səhnə 20 nəfər eyni anda lüt soyundu FOTO

Onlayn platformada yayımlanan serialın soyunma səhnəsi etiraz doğurub.

arrow Ətraflı
Bu qan qrupundan olan kişilər ən yaxşı sevgilidir like
  • 16 İyn 15:54  
Digərləri Bu qan qrupundan olan kişilər ən yaxşı sevgilidir

Kişilərin temperamenti və cinsiyyəti qan qrupundan asılı ola bilər.

arrow Ətraflı
Məmmədyarovun səhv başa düşdüyü açıqlaması gündəm oldu like
  • 16 İyn 15:42  
Digərləri Məmmədyarovun səhv başa düşdüyü açıqlaması gündəm oldu

AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədy

arrow Ətraflı
Çingizlə Günay 16 il sonra bunu etdi  VİDEO like
  • 16 İyn 15:30  
Şou-biznes Çingizlə Günay 16 il sonra bunu etdi VİDEO

Müğənnilər Çingiz Mustafayev və Günay İbrahimli illər sonra bir aray

arrow Ətraflı