Avtomobili yoxdur, amma 800 manat cəriməsi var
Digərləri 05 Yan 2025 21:34:00 85 0
Avtomobili olmayan vətəndaşın ünvanına cərimə protokolları gəlib.
Bu xəbəri də oxu: Soğanı belə yeyin 1001 dərdə dəva imiş
Son.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, belə bir vəziyyətlə Biləsuvar sakini Amid Əliyev üzləşib.
O, sürücü kimi cəmi 10 gün işləyib. Lakin 2 gün əvvəl ona tanımadığı avtomobilin cərimələri gəlməyə başlayıb.
Taksi fəaliyyəti göstərmək üçün sürücülük vəsiqəsi alan vətəndaş deyir ki, ünvanına gələn cərimələrin heç biri ona aid deyil. Bir müddət əvvəl taksi şirkətində işləsə də, indi gələn cərimələr o avtomobilə də aid deyil.
Amid Əliyevin sözlərinə görə, cərimələr eyni gün və eyni saatda ard-arda gəlib. Hazırda ona 800 manat və 8 cərimə balı yazılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, vətəndaş problemlə əlaqədar quruma yazılı şəkildə müraciət etməlidir. Sonra vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün qanuna uyğun tədbirlər görüləcək.
Ətraflı süjetdə: Son.az
Rusiya Silahlı Qüvvələri Kuraxov şəhərinin qərb kənarında bayrağını
Aktyor Elşən Orucov bu gün vəfat edən dostu Azər Baxşəliyevlə fotosunu
5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Ra
Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhif
Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc
Məşhur görücü Vanqa nənənin 2025-ci il üçün bürclər üzrə kəhanət
Avstraliyanın NSW Mid North Coast bölgəsində yüngül təyyarə qəzaya uğr
"Azərin ürəyi çox təmiz idi, heç kimə pislik etməzdi".
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.