Azərbaycanda cütlüyün məsciddəki görüntüsü


Digərləri 16 İyn 2023 16:18:00 197 0

Azərbaycanda cütlüyün məsciddəki görüntüsü

Azərbaycanda nikaha girən cütlük dini kəbinlə bağlı izdivaclarını məsciddə reallaşdırıb. Cütlük evli olduqları müddətdə bir-birlərinin şərəf və ləqayəqinə ləkə gətirməyəcəklərinə hər kəsin qarşısında and içiblər. Əjdərbəy məscidinin axundu Cavid Məmmədovun iştirakı ilə baş tutan dini kəbinlə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb.

Azərbaycanda geniş yayılmayan və adət halını almayan bu mərasim ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Son.az bildirir ki, bizim.media-ya bu barədə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə əslində bu cür kəbin xristian üsuludur:

"Kəbin kişinin və qadının razılığı, hər iki valideynin, yaxud da vəkillərin mütləq iştirakı ilə icra olunur. Bu, Britaniya şiəliyidir".

Sözügedən videogörüntüdə dini kəbini icra edən Cavid Məmmədov isə son vaxtlar bu cür mərasimlərin adət halını aldığını və icra etmək üçün restoranlara dəvət olunduğunu bildirib:

"Şəriətdə və dində, xüsusən kəbinin məsciddə kəsilməsi ilə bağlı hədis var. Peyğəmbərimiz buyurur ki, kəbini məsciddə kəsin. Sözügedən videoda bəylə gəlinin mərasimi sondan bir-iki parça paylaşılıb. Öncədən Quran oxunur və tədbir iştirakçıları həmin Qurandan faydalanır. Sonra bəylə gəlinin valideynlərindən halallıq və xeyir-dua istənilir.

Məsələ qızla oğlana gəlir. Onların fikri soruşulur. Bəlkə onlar məcburi evləndirilir. Çünki məcburi nikah dində qadağandır. Beləliklə cütlüyün şəriət izdivacına razılığını və vəkilliyni alıram. Nikaha aid ayələr oxunur və Peyğəmbərimizdən evlilik haqqında hədislər nəql olunur. Müqəddimat işləri bitəndən sonra kəbinə gəlinir. Şəriətdə bəylə gəlin əslində özü-özünün kəbinini kəsməlidir. Müsəlmanlar öz şəriət vəzifəsini bilmədiklərinə görə bir din xadimini vəkil edirlər.

Azərbaycanda bu, artıq adət olub. Beləliklə xüsusi şəriət cümlələri ilə kəbin kəsilir. Kəbin kəsiləndən sonra bəylə gəlinə ümumi dua və amin deyilir. Daha sonra birinci bəydən, sonra isə gəlindən ailə hüquqi haqqında bir-birinə söz verməsi tərəfimdən icra olunur.

Peyğəmbərdən gələn hədisləri nəsr halında bəylə gəlinə deyirəm, əgər qəbul etmirlərsə, bunu da bildirirlər. Olub ki, gəlin bəyə şərt qoyub ki, evli olduğu müddətdə başqa heç kəslə evliliyi olmayacaq. Bəy qəbul etməyib. Nadir hallarda olub ki, bəy gələcək həyat yoldaşı ilə evlilik bağını möhkəmləndirməyə razı olmayıb. İnsandır, özünə arxayın olmadığı üçün bu sözü vermək istəməyib. Amma ümumi hallarda hamı razılığını bildirib".

Cavid Məmmədov sözügedən işi niyə icra etdiyinə də aydınlıq gətirib. O, deyib ki, Azərbaycanda ailə bağlarını möhkəmləndirmək üçün bu işi öhdəsinə götürür:

"İstər-istəməz hər ailədə narahatlıq və problem yaranır. Kəbin şahidliyi tədbirdə iştirakdan və ya xeyir-dua verib getməkdən ibarət deyil. Bəylə gəlin arasında hər hansı narahatlıq yaransa və ona xəbər yetişsə, müdaxilə edib cütlük arasındakı soyuqluğu istiliyə çevirmək şəriət vəzifəsidir.

Bəylə gəlini niyə bir-birinin qarşısında söz verdirirəm? Ona görə ki, onların arasında sabah problem yaranacaq. Məsələn, oğlan qıza xəyanət edəcək, yaxud qız pis gündə oğlanı tərk edib anasının evinə gedəcək. O zaman mən müdaxilə edib söz verdikləri cümlələri onlara xatırladacağam. İstər-istəməz vicdanı olan insanda müəyyən qədər dəyişiklik olmalıdır. Mənim Azərbaycanda olan bütün axund və imamlardan fərqli olaraq bu addımları atmaqda məqsədim ailə bağlarını gücləndirməkdir".

Cavid Məmmədov dini kəbinlər üçün şadlıq saraylarına da getdiyini vurğulayıb:

"Özüm gedirəm və bəyə təklif edirəm ki, məscidə də gələ bilərlər. Bu, ömürdə bir dəfə olan bir şeydir. Çoxları məscidə getmir, amma məscid onların yanına gedir və 5-10 dəq onlara xoş təəssürat bəxş edib cütlüyü Allaha tapşırırıq. Din xadimləri də deyir ki, axı biz belə şeyə adət etməmişik. Onlara cavab verirəm ki, heç bir mərasimdə dinin əleyhinə addım atmıram. Orada hər bir addım ya Quran ayəsidir, ya da Peyğəmbərimizdən gələn bir hədisdir".

Türk serialında qalmaqallı səhnə  20 nəfər eyni anda lüt soyundu  FOTO like
  • 16 İyn 16:06  
Digərləri Türk serialında qalmaqallı səhnə 20 nəfər eyni anda lüt soyundu FOTO

Onlayn platformada yayımlanan serialın soyunma səhnəsi etiraz doğurub.

arrow Ətraflı
Bu qan qrupundan olan kişilər ən yaxşı sevgilidir like
  • 16 İyn 15:54  
Digərləri Bu qan qrupundan olan kişilər ən yaxşı sevgilidir

Kişilərin temperamenti və cinsiyyəti qan qrupundan asılı ola bilər.

arrow Ətraflı
Məmmədyarovun səhv başa düşdüyü açıqlaması gündəm oldu like
  • 16 İyn 15:42  
Digərləri Məmmədyarovun səhv başa düşdüyü açıqlaması gündəm oldu

AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədy

arrow Ətraflı
Çingizlə Günay 16 il sonra bunu etdi  VİDEO like
  • 16 İyn 15:30  
Şou-biznes Çingizlə Günay 16 il sonra bunu etdi VİDEO

Müğənnilər Çingiz Mustafayev və Günay İbrahimli illər sonra bir aray

arrow Ətraflı
"İstərdim ki, bu hadisələr dayansın və ölkələr sülhə qovuşsun" like
  • 16 İyn 15:28  
Digərləri "İstərdim ki, bu hadisələr dayansın və ölkələr sülhə qovuşsun"

Ermənilər tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsində törəd

arrow Ətraflı
Teylor Fətişoğlu həbs edildi like
  • 16 İyn 15:18  
Digərləri Teylor Fətişoğlu həbs edildi

Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişo�

arrow Ətraflı
Zakir Həsənov tapşırıq verdi: Təxribatların qarşısı dərhal alınsın like
  • 16 İyn 15:10  
Siyasət Zakir Həsənov tapşırıq verdi: Təxribatların qarşısı dərhal alınsın

Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda

arrow Ətraflı
Azərbaycanda bu benzin ucuzlaşa bilər  Açıqlama like
  • 16 İyn 15:06  
Digərləri Azərbaycanda bu benzin ucuzlaşa bilər Açıqlama

"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözlən

arrow Ətraflı
Hande Erçel yenə tənqid olundu  FOTO like
  • 16 İyn 14:54  
Şou-biznes Hande Erçel yenə tənqid olundu FOTO

Türkiyəli aktrisa Hande Erçel növbəti dəfə tənqdilərə tuş gəlib.

arrow Ətraflı
XİNdən Paşinyana cavab like
  • 16 İyn 14:50  
Siyasət XİNdən Paşinyana cavab

16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclas

arrow Ətraflı
Laçın postunda düyün salmaq istəyirlər  İrandan like
  • 16 İyn 14:48  
Siyasət Laçın postunda düyün salmaq istəyirlər İrandan

Ermənistan bütün qırmızı çizgiləri keçməyə başlayıb. Ötən gün La

arrow Ətraflı
Bir qrup səhiyyə işçisi təltif edildi like
  • 16 İyn 14:46  
Siyasət Bir qrup səhiyyə işçisi təltif edildi

Bir qrup səhiyyə işçisi təltif edilib.

arrow Ətraflı