XİNdən Paşinyana cavab


Siyasət 16 İyn 2023 14:50:00 169 0

XİNdən Paşinyana cavab

16 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis olunmasının "gərgin humanitar vəziyyət" yaratdığı, Azərbaycanın "erməni sakinlərin gündəlik tələbat malları və tibbi məhsullarla təmin olunmasınının qarşısını aldığı", "etnik təmizləmə siyasəti həyata keçirdiyi", Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb.

Bildirilib ki, Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

Görünür ki, bu məntəqənin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir.

Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.

15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin "blokada" kimi qiymətləndirilməsi qəbuledilməzdir.

Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik.

Laçın postunda düyün salmaq istəyirlər  İrandan like
  • 16 İyn 14:48  
Siyasət Laçın postunda düyün salmaq istəyirlər İrandan

Ermənistan bütün qırmızı çizgiləri keçməyə başlayıb. Ötən gün La

arrow Ətraflı
Bir qrup səhiyyə işçisi təltif edildi like
  • 16 İyn 14:46  
Siyasət Bir qrup səhiyyə işçisi təltif edildi

Bir qrup səhiyyə işçisi təltif edilib.

arrow Ətraflı
Qaynana oğlunu gəlini ilə elə vəziyyətdə tutdu ki...  Qız vəziyyətdən belə çıxdı  VİDEO like
  • 16 İyn 14:42  
Digərləri Qaynana oğlunu gəlini ilə elə vəziyyətdə tutdu ki... Qız vəziyyətdən belə çıxdı VİDEO

Sosial şəbəkədə gülüş məqsədi ilə çəkilən video izlənmə rekordu

arrow Ətraflı
Kredit faizləri azaldıla bilər? like
  • 16 İyn 14:31  
Digərləri Kredit faizləri azaldıla bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

arrow Ətraflı
Ruslara “Laçın”da atəş açıldı: nəticəsi olacaq like
  • 16 İyn 14:24  
Digərləri Ruslara “Laçın”da atəş açıldı: nəticəsi olacaq

Ermənistan hələ də 44 günlük müharibənin travmasından və məğlubiyyə

arrow Ətraflı
Elnarə iddialara cavab verdi like
  • 16 İyn 14:13  
Şou-biznes Elnarə iddialara cavab verdi

Müğənni Elnarə Xəlilova ünvanına yazılan iddialara cavab verib. 

arrow Ətraflı
Çin Zatulini Putinin yerinə gətirmək istəyir like
  • 16 İyn 14:02  
Digərləri Çin Zatulini Putinin yerinə gətirmək istəyir

Çin hazırda Rusiya Prezidenti Vladimir Putini əvəz edəcək iki şəxs üzə

arrow Ətraflı
“Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var” like
  • 16 İyn 13:51  
Şou-biznes “Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var”

Aparıcı Zümrüd Bədəlovanın İçərişəhər Tarix-memarlıq Dövlət Qoru

arrow Ətraflı
Çovdarov əsgər rütbəsinə endirilib like
  • 16 İyn 13:40  
Digərləri Çovdarov əsgər rütbəsinə endirilib

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovd

arrow Ətraflı
Rusiya Qafanda konsulluq açır like
  • 16 İyn 13:29  
Digərləri Rusiya Qafanda konsulluq açır

Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə real

arrow Ətraflı
“Günahın böyük deyilsə, bağışlayar” like
  • 16 İyn 13:18  
Şou-biznes “Günahın böyük deyilsə, bağışlayar”

Müğənni Günel Zeynalova instaqramda sual-cavab edib.

arrow Ətraflı
Vəfat etmiş baş həkim şirkət rəhbəri ilə birgə 44 min mənimsəyibmiş like
  • 16 İyn 13:07  
Kriminal Vəfat etmiş baş həkim şirkət rəhbəri ilə birgə 44 min mənimsəyibmiş

İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin m�

arrow Ətraflı
18 məktəb direktoru vəzifəsindən like
  • 16 İyn 12:59  
Digərləri 18 məktəb direktoru vəzifəsindən

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

arrow Ətraflı
2050ci ilədək Azərbaycanda adambaşına gəlir 40 faiz, hətta daha çox arta bilər like
  • 16 İyn 12:56  
Digərləri 2050ci ilədək Azərbaycanda adambaşına gəlir 40 faiz, hətta daha çox arta bilər

Dünya Bankı hesab edir ki, Azərbaycanda adambaşına düşən gəlir 2050-ci

arrow Ətraflı