Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran əməllərini qətiyyətlə pisləyirik Nazirlik


Siyasət 07 İyn 2023 23:24:00 239 0

Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran əməllərini qətiyyətlə pisləyirik  Nazirlik

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı bəyanat yayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.

Bu Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir.

Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

Həmçinin Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi.

Bildiririk ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır.

Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.

Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib.

Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırırıq".

Nazir məşhur Xalq artistini yüksək vəzifəyə təyin etdi  FOTO like
  • 07 İyn 23:19  
Kriminal Nazir məşhur Xalq artistini yüksək vəzifəyə təyin etdi FOTO

Məşhur xanəndə Səxavət Məmmədovun qardaşı, xalq artisti Firuz Səxavə

arrow Ətraflı
Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik edib like
  • 07 İyn 23:06  
Digərləri Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi

arrow Ətraflı
Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır  ABŞ Dövlət Departamenti like
  • 07 İyn 22:55  
Siyasət Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır ABŞ Dövlət Departamenti

Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarı

arrow Ətraflı
Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb like
  • 07 İyn 22:51  
Digərləri Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Gəncə şəhərində avtomobil qəzası nəticəsində ağır xəsarət alan ş

arrow Ətraflı
Azərbaycan  İtaliya hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  FOTO like
  • 07 İyn 22:36  
Siyasət Azərbaycan İtaliya hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub FOTO

İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-

arrow Ətraflı
11 yaşlı uşaq yanan maşında qaldı — like
  • 07 İyn 22:30  
Digərləri 11 yaşlı uşaq yanan maşında qaldı —

Moskvada müstəntiqlər 11 yaşlı qızın dayanmış avtomobildə az qala yana

arrow Ətraflı
Türkiyəli müğənni vəfat etdi like
  • 07 İyn 22:22  
Şou-biznes Türkiyəli müğənni vəfat etdi

Türkiyəli müğənni Yıldız Tezcan vəfat edib.

arrow Ətraflı
Bakıda AMANSIZ QƏTL: 74 yaşlı qonşusunu buna görə öldürdü  DETALLAR like
  • 07 İyn 22:15  
Kriminal Bakıda AMANSIZ QƏTL: 74 yaşlı qonşusunu buna görə öldürdü DETALLAR

2021-ci il dekabrın 19-u saat 22 radələrində Xətai rayonunda qətl hadisəs

arrow Ətraflı
Saunada qadın meyitləri tapıldı  36 və 21 yaşlı... like
  • 07 İyn 21:54  
Dünya Saunada qadın meyitləri tapıldı 36 və 21 yaşlı...

Rusiyada saunada baş verən yanğın zamanı iki qadın ölüb.

arrow Ətraflı
Düşmənin növbəti təxribatının qarşısı alındı like
  • 07 İyn 21:46  
Siyasət Düşmənin növbəti təxribatının qarşısı alındı

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı i�

arrow Ətraflı
Şirniyyatdan necə imtina etmək olar? like
  • 07 İyn 21:44  
Digərləri Şirniyyatdan necə imtina etmək olar?

Endokrinoloq Zuxra Pavlova şirniyyata olan həvəsi azaltmağın yollarını a�

arrow Ətraflı
Xocavənd və Şuşa istiqamətlərində mövqelərimiz atəşə tutuldu like
  • 07 İyn 21:38  
Siyasət Xocavənd və Şuşa istiqamətlərində mövqelərimiz atəşə tutuldu

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müv

arrow Ətraflı
"WhatsApp"dan növbəti YENİLİK  Bundan sonra like
  • 07 İyn 21:30  
Digərləri "WhatsApp"dan növbəti YENİLİK Bundan sonra

"WhatsApp" HD fotoşəkilləri ölçüsünü qoruyaraq paylaşmağa im

arrow Ətraflı