AŞPAnın həmməruzəçiləri Ermənistanın mina terroru barədə məlumatlandırılıb
Siyasət 06 İyn 2023 21:06:00 251 0
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.
Bu xəbəri də oxu: Denis Beçiroviç İlham Əliyevə başsağlığı verdi
Son.az bildirir ki, bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüşdə S.Əliyeva ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman Konstitusiya Qanununda təsbit edilmiş mandatının mövcud müsbət beynəlxalq təcrübəyə uyğun olaraq genişləndirilməsi ilə bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişikliklərdən bəhs edib.
Müvəkkil Milli Preventiv Mexanizm (MPM) qrupu ilə birgə insanların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirildiyini bildirib. Eyni zamanda, MPM fəaliyyəti ilə bağlı illik hesabatların dərc olunduğu, indiyədək hazırlanmış hesabatlarda qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş 200-dən çox təklif və tövsiyənin öz əksini tapdığı qeyd edilib.
Ombudsman əlilliyi olan şəxslərin, ahılların, uşaqların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsinə daim diqqətlə yanaşıldığını vurğulayıb.
S.Əliyeva Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları bu günədək təqdim etmədiyini bildirib. Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terroru həyata keçirildiyi, basdırılmış minaların azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngitdiyi, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb.
Görüşdə qonaqların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Türkiyədə "Maraş" dondurmasını satan şəxsin yeniyetmə ilə ko
Dünya Bankı 2023-cü ildə neftin qiyməti ilə bağlı proqnozunu 80 dollar/b
İtaliyada cərrahlar tarixdə ilk dəfə nadir xəstəlik səbəbiylə beyni bu
Mingəçevirdə ağacdan yıxılan şəxs xəstəxanada ölüb.
"Mən həmişə şou-biznesdə at oynatmışam...".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında iste
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocav�
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika Bü
İyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrini
Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır.
Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Ed
"Mən toya getmirəm! Haqqımda qoy deməsinlər ki, Niyam Salami toya getm
Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Zati-al
Asim Mollazadə "Vətənə xidmətə görə" ordeni ilə təltif edili
Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərql