Nikolas Rallo Bakıda səfərdədir FOTO
Siyasət 06 İyn 2023 20:08:00 246 0
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo iyunun 6-da Bakıya rəsmi səfərə gəlib.
Bu xəbəri də oxu: Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib
Son.az Trend-ə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin kollektivi ilə görüş zamanı N.Rallo Azərbaycan Respublikası mülki aviasiyasının dinamik inkişaf etdiyini vurğulayaraq, ümumilikdə bu sahənin aktual məsələlərinə toxunub. O, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək aviasiya təhlükəsizliyi üzrə ICAO auditinə hazırlıq çərçivəsində bu təşkilatla daha sıx əməkdaşlıq edilməsi təklifini irəli sürüb.
Öz növbəsində, Agentliyin rəhbərliyi Azərbaycanda mülki aviasiya sahəsində mövcud vəziyyət və perspektiv planlar barədə ICAO bürosunun rəhbərini məlumatlandırıb.
Sonra N.Rallo "Azərbaycan Hava Yolları" QSC və "Silk Way Holding" MMC-nin rəhbərliyi ilə görüşlər keçirib. Qonağa yeni təyyarələrin alınması və gələcək inkişaf planları barədə ətraflı məlumat verilib. N.Rallo eyni zamanda "Silk Way Technics" müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Qeyd edək ki, N.Rallo Bakıya ICAO Şurasının prezidenti Salvatore Şikitanonun 7-9 iyunda ölkəmizə nəzərdə tutulan rəsmi səfəri ilə əlaqədar gəlib.
İyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrini
Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır.
Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Ed
"Mən toya getmirəm! Haqqımda qoy deməsinlər ki, Niyam Salami toya getm
Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Zati-al
Asim Mollazadə "Vətənə xidmətə görə" ordeni ilə təltif edili
Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərql
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğ
Türkiyənin Sivas vilayətində bu il gənə dişləmələri nəticəsində ort
Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Prezident İlham Ə
İyunun 6-da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğu
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbəri Kamal Kılıçdaroğl