FHN yaşayış kompleksində təlim keçirib VİDEO FOTO


Digərləri 06 İyn 2023 19:24:00 186 0

FHN yaşayış kompleksində təlim keçirib   VİDEO  FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə, 15 ünvanında yerləşən "Belıy Lebed" MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.

FHN-dən Son.az-a verilən xəbərə görə, təlim "şərti yanğın" həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı "tapşırıqlar" verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Türkiyədə gənə dişləməsindən növbəti ölüm halı qeydə alındı  FOTO like
  • 06 İyn 19:00  
Digərləri Türkiyədə gənə dişləməsindən növbəti ölüm halı qeydə alındı FOTO

Türkiyənin Sivas vilayətində bu il gənə dişləmələri nəticəsində ort

arrow Ətraflı
Luis Lakalye Pou Prezident İlham Əliyevi təbrik edib like
  • 06 İyn 18:56  
Siyasət Luis Lakalye Pou Prezident İlham Əliyevi təbrik edib

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Prezident İlham Ə

arrow Ətraflı
Lənkəranın hərbi prokuroru təqaüdə göndərildi  FOTO like
  • 06 İyn 18:52  
Digərləri Lənkəranın hərbi prokuroru təqaüdə göndərildi FOTO

İyunun 6-da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğu

arrow Ətraflı
Bu gömrük yığımı ləğv edildi like
  • 06 İyn 18:50  
Digərləri Bu gömrük yığımı ləğv edildi

Nazirlər Kabineti "Gömrük yığımlarının məbləğləri"ndə də

arrow Ətraflı
CHPdə daxili seçkilər keçirilə bilər like
  • 06 İyn 18:46  
Digərləri CHPdə daxili seçkilər keçirilə bilər

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbəri Kamal Kılıçdaroğl

arrow Ətraflı
Bakıda intihara cəhdin qarşısı alınıb  FOTO like
  • 06 İyn 18:40  
Digərləri Bakıda intihara cəhdin qarşısı alınıb FOTO

Bakıda intihara cəhdin qarşısı alınıb.

arrow Ətraflı
Bu gün aparıcı Amil Xəlilin toyudur  FOTO like
  • 06 İyn 18:08  
Şou-biznes Bu gün aparıcı Amil Xəlilin toyudur FOTO

Space TV-nin məşhur aparıcısı Amil Xəlilin toyu olacaq.

arrow Ətraflı
Azərbaycanda məktəbli qız qaçırıldı like
  • 06 İyn 17:58  
Digərləri Azərbaycanda məktəbli qız qaçırıldı

Salyan rayonunda məktəbli qız qaçırılıb. 

arrow Ətraflı
Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik ünvanlayıb like
  • 06 İyn 17:54  
Siyasət Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham

arrow Ətraflı
Bəhreyn Krallığının Baş naziri Prezident İlham Əliyevi təbrik edib like
  • 06 İyn 17:52  
Siyasət Bəhreyn Krallığının Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlif

arrow Ətraflı
Eldar Əzizov qəzalı binalardan danışdı like
  • 06 İyn 17:50  
Digərləri Eldar Əzizov qəzalı binalardan danışdı

Müxtəlif dövlət qrumlarından ibarət yaradılmış komissiya Azərbaycanda

arrow Ətraflı