İranın növbəti Azərbaycan planı


Siyasət 05 İyn 2023 17:58:00 110 0

İranın növbəti Azərbaycan planı

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Tehranda Səfirliyimizin işinin bərpası üçün İran tərəfindən müraciət daxil olub. Əslində İran rejimi Azərbaycana bu cür təşəbbüslə çıxış etməklə Bakıya münasibətlərin normallaşdırılması istiqamətində addım atdıqlarını, iki dövlət arasında diplomatik əlaqələrin əvvəlki səviyyəyə qayıtmasında maraqlı olduqlarını göstərmək üçün bir manevrdir.

Lakin gerçəkdə heç də belə deyil. İran Azərbaycana qarşı düşmənçilik siyasətini qaldığı yerdən davam etdirir. İranda azərbaycanlı tələbə Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir.

Əslində bu, İran rejiminin köhnə üsuludur. Məsələn, vaxtilə 2 gənc yazarımız İrana səfəri zaman həbs edildi və uzun müddət zindanda saxlanıldı. Sonradan isə bütün ittihamlar götürüldü. Bundan başqa 2008-ci ilin oktyabrında İranda qondarma bəhanə ilə həbs edilən azərbaycanlı alim Rəşid Əliyevlə bağlı anoloji hadisəni qeyd etmək olar. İrana səfər edən Azərbaycanlı alim casus adı ilə İranda həbs edildi, mənəvi və fiziki işgəncələrə məruz qaldı.

İrana səfər edən Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı bu kimi bir çox faktları xatırlamaq olar. Hadisələri analiz etdikdə belə anlaşılır ki, İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır, bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar.

Xüsusilə bu məsələ son dövrlər daha intensiv hal almağa başladı. Biz bunu əsas da Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görməkdəyik. Lakin indi İran tərəfi Azərbaycanla münasibətləri normallaşdırmaq görüntüsü yaradaraq Bakıya qarşı "jest" belə etməyə hazır kimi görünürlər. Konkret desək, istisna edilmir ki, rəsmi Tehran Bakının, Azərbaycan xalqının gözündən pərdə asmaq üçün hətta "casus" kimi qondarma ittiham ilə ələ keçirdiyi Fəridi Azərbaycana qaytarmağa razılıq da verə bilər.

Bununla İran tərəfi elə görüntü yaratmağa çalışacaq ki, "görürsünüz, bizim üçün heç nə Azərbaycanla münasibətlrəi normallaşdırmaq vacib deyil". Amma reallıqda da bu belədirmi? Qəti! Digər yandan İran tərəfi ötən axşam Azərbaycanın İrana bütün uçuşlara qadağa qoyduğu ilə bağlı dezinformasiya yaydılar. Bakıdan bu məlumat təkzib edildi.

Göründüyü kimi, molla rejimi hər vəchlə Azərbaycanla İran arasındakı göründüyünün əksinə olaraq uçurumu daha da dərinləşdirmək niyyətindədir. İranın indki davranışları Bakıya cavab tədbirinə daha çox bənzəyir. İran guya öz aləmində Azərbaycanın təhlükəsizlik orqanlarının molla rejiminin ölkədəki şəbəkəsinə qarşı keçirdiyi əməliyyatlara cavab verir, Bakı-Tehran gərginliyini fürsət bilərək xarici ölkə vətəndaşını saxlayır və onun İrana girişini casus əməli kimi təqdim etməyə çalışır. Sonra isə əlindəki bu şəxsləri öz maraqları naminə "xərcləmək" barədə düşünür.

Fərid Səfərlinin həbsi geosiyasi və qlobal konyunkturdakı dəyişikliklər fonunda Azərbaycanın strateji yüksəlişinə cavab məqsədlidir. İranı ən əsasda narahat edən Ermənistanla sülh sazişinin yaxınlaşması məsələsidir. Bu gün Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Bakı ilə İrəvan arasında sülh danışıqlarının hazırki vəziyyətindən bəhs edərkən bildirib: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər". Bu həm də o deməkdir ki, bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır.

Bəli, rəsmi Tehran Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün gördüyü işləri intensivləşdirməsindən narahatdır. Bu narahatlıq səbəbindən məkirli planlar qurub, qondarma ittihamlar, əsassız məlumatlar yaymaqla molla rejimi nəyəsə nail olacağını düşünrsə, yanılır. Yaxşı olar ki, İran region dövləti kimi bölgənin təhlüksəziliyi istiqamətində vacib addım ataraq, Bakı ilə İrəvan arasındakı danışıqları prosesinə müdaxilə olacaq addımlardan çəkinsin.

Təhməz Əsədov TREND

Leysan Krasnodarı nəhəng hovuza çevirdi like
  • 05 İyn 17:48  
Digərləri Leysan Krasnodarı nəhəng hovuza çevirdi

Krasnodarda əlverişsiz hava şəraiti hökm sürür.

arrow Ətraflı
"Biganə məşuq" tamaşasının premyerası keçiriləcək like
  • 05 İyn 17:40  
Kriminal "Biganə məşuq" tamaşasının premyerası keçiriləcək

İyunun 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının

arrow Ətraflı
Məşuquna çılpaq şəkillərini göndərən ərli qadının başına görün nə oyun açdılar like
  • 05 İyn 17:36  
Kriminal Məşuquna çılpaq şəkillərini göndərən ərli qadının başına görün nə oyun açdılar

Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tan

arrow Ətraflı
Paşinyanın oğlu oğurlanmasına cəhddən danışdı like
  • 05 İyn 17:28  
Digərləri Paşinyanın oğlu oğurlanmasına cəhddən danışdı

Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhddən danışıb.

arrow Ətraflı
Dənizdə boğulan 14 yaşlı Məhəmmədin FOTOsu like
  • 05 İyn 17:12  
Digərləri Dənizdə boğulan 14 yaşlı Məhəmmədin FOTOsu

Xəbər verdiyimiz kimi, iyunun 3-də Mərdəkan qəsəbəsinsə 14 yaşlı Məh

arrow Ətraflı
"Yasak elma"nın finalından  FOTOlar like
  • 05 İyn 16:54  
Şou-biznes "Yasak elma"nın finalından FOTOlar

"Fox" kanalında yayımlanan "Yasak Elma" serialı iyunun 5-

arrow Ətraflı
İranın Səudiyyə Ərəbistanındakı səfirliyi like
  • 05 İyn 16:50  
Dünya İranın Səudiyyə Ərəbistanındakı səfirliyi

İranın xarici işlər nazirliyi iyunun 6-da İran İslam Respublikasının Ər

arrow Ətraflı
Bakıda silah gəzdirən şəxs tutuldu  VİDEO  FOTO like
  • 05 İyn 16:42  
Kriminal Bakıda silah gəzdirən şəxs tutuldu VİDEO FOTO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdar

arrow Ətraflı
Son sutkada 1 nəfər koronavirusa yoluxdu like
  • 05 İyn 16:38  
Digərləri Son sutkada 1 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxm

arrow Ətraflı
Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq like
  • 05 İyn 16:22  
Digərləri Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq

Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol

arrow Ətraflı
“Məni boşasa da, gəlib sizi almayacaq” like
  • 05 İyn 16:18  
Şou-biznes “Məni boşasa da, gəlib sizi almayacaq”

Aktrisa Ülviyyə Xəlilbəyli dünənki açıqlamasını tənqid edənlərə ca

arrow Ətraflı
Naxçıvana ucuz uçuşlar təşkil ediləcək like
  • 05 İyn 16:10  
Digərləri Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

Aşağı büdcəli hava nəqliyyatı şirkətləri Naxçıvan MR ilə yerli və

arrow Ətraflı