YARAT Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisini və rəssamlarının “Yeddinci tənhalıq” qrup sərgisini təqdim edir


Kriminal 05 İyn 2023 16:58:00 168 0

YARAT Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisini və rəssamlarının “Yeddinci tənhalıq” qrup sərgisini təqdim edir

YARAT Aida Mahmudovanın "Cənnət gözləyə bilər" adlı fərdi sərgisini və rəssamlarının "Yeddinci tənhalıq" qrup sərgisini təqdim edir.

YARAT Müasir İncəsənət Məkanı iyunun 8-i YARAT Mərkəzində Azərbaycan rəssamı Aida Mahmudovanın "Cənnət gözləyə bilər" adlı fərdi sərgisini və Azərbaycan rəssamlarının "Yeddinci tənhalıq" qrup sərgisini təqdim edir.

Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır. Burada rəssam Aida Mahmudova bizi "mənlik klaustrofobiyasından" xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır.

Rəssamın "Cənnət gözləyə bilər" sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, "mən"in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var.

Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü  bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ipucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir.

Aida Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu rəssamın çağırışıdır: İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsəsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ipuclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A. Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır. İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir.

Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız və introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilmişdir. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, məna üçün maneələrin aradan qaldırıldıqda daha çox səmimiyyətə və yaradıcılığa çağırır.

Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A. Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq, və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ipucları verəcək.

"Yeddinci tənhalıq" qrup sərgisinində  YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir. 

Sərgi, alman filosofu F. Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü "yeddinci tənhalıq" sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma/yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır. 

Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının "konveyer istehsalı" individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə "yeddinci tənhalığa" çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur. Bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli "yeddinci tənhalıq" axtarışında olması sərginin əsas leytmotivini təşkil edir.    

Sərgi "tənhalıq" məfhumunun ilkin təzahüründən "yeddinci tənhalıq" deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, "mənə" aparan Yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi/şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu Yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır: azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır.

Sərginin kuratoru: Fərəh Ələkbərli

"Yasak elma"nın finalından  FOTOlar like
  • 05 İyn 16:54  
Şou-biznes "Yasak elma"nın finalından FOTOlar

"Fox" kanalında yayımlanan "Yasak Elma" serialı iyunun 5-

arrow Ətraflı
İranın Səudiyyə Ərəbistanındakı səfirliyi like
  • 05 İyn 16:50  
Dünya İranın Səudiyyə Ərəbistanındakı səfirliyi

İranın xarici işlər nazirliyi iyunun 6-da İran İslam Respublikasının Ər

arrow Ətraflı
Bakıda silah gəzdirən şəxs tutuldu  VİDEO  FOTO like
  • 05 İyn 16:42  
Kriminal Bakıda silah gəzdirən şəxs tutuldu VİDEO FOTO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdar

arrow Ətraflı
Son sutkada 1 nəfər koronavirusa yoluxdu like
  • 05 İyn 16:38  
Digərləri Son sutkada 1 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxm

arrow Ətraflı
Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq like
  • 05 İyn 16:22  
Digərləri Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq

Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol

arrow Ətraflı
“Məni boşasa da, gəlib sizi almayacaq” like
  • 05 İyn 16:18  
Şou-biznes “Məni boşasa da, gəlib sizi almayacaq”

Aktrisa Ülviyyə Xəlilbəyli dünənki açıqlamasını tənqid edənlərə ca

arrow Ətraflı
Naxçıvana ucuz uçuşlar təşkil ediləcək like
  • 05 İyn 16:10  
Digərləri Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

Aşağı büdcəli hava nəqliyyatı şirkətləri Naxçıvan MR ilə yerli və

arrow Ətraflı
Bulvarda yeni attraksionlar quraşdırılacaq like
  • 05 İyn 15:54  
Digərləri Bulvarda yeni attraksionlar quraşdırılacaq

Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tət

arrow Ətraflı
Dövlət Uşaq Filarmoniyası “Sizi gözləyirik” adlı konsert proqramı ilə çıxış edib  FOTO like
  • 05 İyn 15:50  
Kriminal Dövlət Uşaq Filarmoniyası “Sizi gözləyirik” adlı konsert proqramı ilə çıxış edib FOTO

Hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalan Dövlət Uşaq Filarmon

arrow Ətraflı
Xalq artistinin qızının toyundan VİDEO like
  • 05 İyn 15:42  
Şou-biznes Xalq artistinin qızının toyundan VİDEO

Xalq artisti Məmmədsəfa Qasımovun qızı Röya ailə qurub.

arrow Ətraflı
Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi like
  • 05 İyn 15:30  
Digərləri Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin edib.

arrow Ətraflı
Naxçıvanda azad iqtisadi zona yaradılacaq like
  • 05 İyn 15:26  
Digərləri Naxçıvanda azad iqtisadi zona yaradılacaq

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisa

arrow Ətraflı
Naxçıvanın sosialiqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqləndi like
  • 05 İyn 15:20  
Siyasət Naxçıvanın sosialiqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisa

arrow Ətraflı