Qarabağın vətəndaş cəmiyyəti kimi qəbul edilməsi üçün orada yaşamış azərbaycanlıların öz doğma yurdlarına qayıtması mütləqdir Mübariz Əhmədoğlu


Digərləri 02 İyn 2023 14:36:00 148 0

Qarabağın vətəndaş cəmiyyəti kimi qəbul edilməsi üçün orada yaşamış azərbaycanlıların öz doğma yurdlarına qayıtması mütləqdir  Mübariz Əhmədoğlu

Vətəndaş cəmiyyətinin xətti ilə iş görməkdən ötrü mütləq aydın konsepsiya olmalıdır. Qarabağ erməniləri ayrıca vətəndaş cəmiyyəti kimi qəbul edilə bilməz. Bu istiqamətdə görülən işlər əks-effektlidir və əvvəlkilərdən daha böyük müharibənin təməlini qoyur. SSRİ kimi nəhəng dövlət ermənilərin konfliktogenlik potensialının qabağını ala bilmədi.  

Qarabağda ilk növbədə orada arzu olunan, legitim modeli bərpa etmək lazımdır. Bunun üçün mütləq orada yaşamış azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdırlar. Hazırda Qarabağ ermənilərinin Azərbaycan cəmiyyəti ilə əlaqəsi minimumdur. 2016-cı ildən sonra Qarabağ erməniləri ilə azərbaycanlıları arasında təmaslar artmışdı. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinin digər təmsilçiləri ilə əlaqəsi yüksək idi. Bir müddət Qarabağda "nazir" işləmiş Masis Mailyan və Ayk Xanumyan Aİ layihələri ilə keçirilən tədbirlərdə Azərbaycanın təmsilçiləri ilə görüşüblər. Hraçya Arutyunyan hətta "Xankəndi/Stepanakert" terminindən istifadə edib. Aşot Sərkisyan belə tədbirlərdə iştirak edib. Qarabağ erməniləri ilə Azərbaycan arasında əlaqə heç zaman kəsilməyib. 1991-ci ilin M.Qorbaçovun QKÇP-si dövründən  Qarabağ ermənilərinin Azərbaycana münasibəti tam dəyişdi. Az keçmiş Qarabağda separatçılıq hərəkatının təməlində dayanan  dörd hadrutludan biri A.Mkrtçyan artıq parlamentin spikeri olarkən səhvini başa düşdü və Azərbaycana müraciət etdi. Öz xidməti maşınında R.Köçəryanla bilikdə gələrkən avtomatdan açılan atəşlə öldürüldü. R.Köçəryanın Qarabağda və Ermənistanda rəhbər vəzifədə olduğu dövrdə öldürülənlərin sayı- hesabı yoxdur. Bütün bunların yəqin ki, R.Köçəryanın iştirakı ilə baş verməsi təsadüfi deyil. Qarabağda "Helsinki-92" təşkilatının rəhbəri Karen Ohancanyanın Azərbaycan rəhbərliyinə müraciəti, Bakıya gəlişi, Azərbaycanın dövlət rəsmiləri ilə görüşü olduğu kimi yadımdadır. 44 günlük müharibədən iki il sonra i Qarabağ erməniləri Azərbaycandan uzaqlaşırlar. Qərb isə Qarabağa marağını artırır,  

Qarabağda Azərbaycanla əlaqələrin tərəfdarı olan ermənilər var. Onların sayı bəlkə də bir neçə min nəfərdir. Çox sadə misal bunu aydın göstərir; Həm Ruben Vardanyanın, həm də Samvel Babayanın təşkilatçılığı ilə Qarabağda iki mitinq keçirildi. R.Vardanyanın mitinqi gur idi. 20-25 min adamın iştirak etdiyini açıqladılar. Bu onların özlərinin rəqəmi idi. Reallıqda iştirakçıların sayı 10 min nəfər hüdudlarında idi. S.Babayanın mitinqində isə iştirakçıların sayı bir neçə yüz nəfərlə ölçülürdü. Petisiya imzalatdırmağa başladılar və sonradan petisiyanı imzalayanların sayını da açıqlaya bilmədilər. Qarabağ və Ermənistan separatçılarının rəhbərlərinin iddia etdiyinə görə Qarabağda güya 120 min əhali yaşayır. Tutalım, "120 min" əhalinin 20-25 mini Vardanyanın  mitinqində iştirak etdi. Ən azı, yaşlı əhalinin təxminən 40 faizi iştirak edib, bəs qalan 60 faiz haradadır?! Ehtimal ki, onların böyük bir qismi Azərbaycanın hərəkətini gözləyirlər. Azərbaycanın Qarabağ erməniləri əlaqə qurması üçün baryerləri aşmaq lazımdır. Bu istiqamətdə Azərbaycanda müəyyən təsəvvürlər var. Amma Qərbin və ya Qarabağda birgə yaşayışı arzulayan qüvvələrin köməyinə də ciddi ehtiyac var. Bu amil nəzərə alınmalıdır.

Kompleks tədbirlər işlənməli və təcili reallaşdırılmalıdır:

I.Aİ qurumlarının təşkilatçılığı ilə Qarabağın azərbaycanlı icması ilə erməni icmasının, onların ayrı-ayrı təbəqələrinin Gürcüstan ərazisində azərbaycanlılar və ermənilərin kompakt yaşadığı məskənlərdə təmaslarını təşkil edilə bilər. Bir neçə həftə birgə yaşayışlarını təşkil edə bilər, sonradan onları birgə Qarabağa qaytara bilərlər.

II. Qarabağın erməni ekspertləri ilə Azərbaycanın Qarabağ bölgəsindən olan  ekspertlərinin Avropada və Gürcüstanda görüşlərini, müzakirələrini təşkil etmək.

III. Üçüncü müharibə ideyası erməni ekspertlərinin beyinlərdən silinməlidir.

IV. Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olduğu dövrdə Avropadan xoş münasibətlər görəcəyi fikirlər aşılanmalıdır.

V. RF belə  qarantiya verərsə, bu Azərbaycana çox baha başa gələ bilər. Rusiya Azərbaycana "ermənisiz Qarabağı"  vəd verə bilər. Azərbaycan üçün nə olacaq, bu barədə təsəvvürümüz var.

VI. Müzakirə mövzularından biri də Azərbaycanın polietnik, polikonfensional cəmiyyət olmasıdır. Azərbaycanda ruslar, ukraynalılar, yəhudilər yaşayır. Katoliklər, pravoslavlar yaşayır. Hamısı ilə ayrı-ayrılıqda görüşlər təşkil etməklə, onların münasibətini öyrənmək olar. Bəlkə də biz Azərbaycan cəmiyyətində nəyisə şişirdirik. Əgər katoliklər, pravoslavlar, yəhudilər neqativ münasibət görüblərsə, desinlər. Biz də çalışarıq ki, nöqsanları aradan qaldıraq.

VII. Ermənistan SSR ərazisindən deportasiya olunmuş azərbaycanlıların Ermənistan Respublikası ərazisinə qaytarılması ümumilikdə ermənilərlə azərbaycanlılar arasında münasibətləri normallaşdıran ən böyük drayverdir. Strateji sabitliyin ən böyük təminatçısıdır.

Mübariz Əhmədoğlu Siyasi İnnovasiya və Texnologiya Mərkəzi. 02 iyun 2023 cü il

Nikol prosesdən yayınır: like
  • 02 İyn 14:26  
Digərləri Nikol prosesdən yayınır:

Kişinyovda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir

arrow Ətraflı
Kapital Bankdan nağd pul kreditini illik 10,9 %lə əldə edin! like
  • 02 İyn 14:18  
Digərləri Kapital Bankdan nağd pul kreditini illik 10,9 %lə əldə edin!

Kapital Bank-dan nağd pul krediti almaq istəyənlərə müjdə! Çoxdan gözl�

arrow Ətraflı
"Afaqa dedim ki, həmin gün işdə olmasan, səni bloka atacağam" like
  • 02 İyn 14:15  
Şou-biznes "Afaqa dedim ki, həmin gün işdə olmasan, səni bloka atacağam"

Aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində həmkarı Af

arrow Ətraflı
Ödəmə terminalında növbə üstündə DAVA... like
  • 02 İyn 14:04  
Digərləri Ödəmə terminalında növbə üstündə DAVA...

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə yaranan dava

arrow Ətraflı
ABŞ Bakını dəstəklədi, biz uduzduq like
  • 02 İyn 13:53  
Dünya ABŞ Bakını dəstəklədi, biz uduzduq

ABŞ Dövlət Departamentinin Azərbaycan lideri İlham Əliyevin aministiya il�

arrow Ətraflı
Kirayə evlər UCUZLAŞIR...  Hansı ərazilərdə? like
  • 02 İyn 13:42  
Digərləri Kirayə evlər UCUZLAŞIR... Hansı ərazilərdə?

Yayda əksər kirayə evlərin qiymətləri nəzərəçarpacaq dərəcədə dü�

arrow Ətraflı
Brüsseldə sülh müqaviləsi imzalana bilər like
  • 02 İyn 13:32  
Siyasət Brüsseldə sülh müqaviləsi imzalana bilər

Kişinyov görüşü əslində Brüssel görüşünün başqa bir formatıdır.

arrow Ətraflı
60 milyona villa aldılar like
  • 02 İyn 13:31  
Şou-biznes 60 milyona villa aldılar

Hollivud ulduzu Cennifer Lopez və aktyor həyat yoldaşı Ben Afflek yeni mali

arrow Ətraflı
Mərakeş çəyirtkələri bölgədə... like
  • 02 İyn 13:20  
Digərləri Mərakeş çəyirtkələri bölgədə...

Bir neçə gündür Lerik rayonunun Barzavu və Ambu kəndlərindəki əkin sah�

arrow Ətraflı
Xaricdən gətirilən işlənmiş avtomobillərə yeni VERGİ... like
  • 02 İyn 12:58  
Digərləri Xaricdən gətirilən işlənmiş avtomobillərə yeni VERGİ...

Ölkəyə işlənmiş avtomobil gətirənlər utilizasiya haqqı da ödəyəcək

arrow Ətraflı
Şənbə günü Bakıda 31 dərəcə isti olacaq like
  • 02 İyn 12:49  
Digərləri Şənbə günü Bakıda 31 dərəcə isti olacaq

İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Məşhur jurnalist vəfat etdi like
  • 02 İyn 12:47  
Şou-biznes Məşhur jurnalist vəfat etdi

Türkiyəli məşhur jurnalist Mehmet Barlas vəfat edib.

arrow Ətraflı
Azərbaycan Fərid Səfərliyə görə like
  • 02 İyn 12:39  
Siyasət Azərbaycan Fərid Səfərliyə görə

Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, F�

arrow Ətraflı
Əməkdar artist efirlərdən bezdirən SƏBƏB like
  • 02 İyn 12:36  
Şou-biznes Əməkdar artist efirlərdən bezdirən SƏBƏB

Əməkdar artist Abbas Bağırov uzun müddətdir efirlərə çıxmama səbəbin

arrow Ətraflı