Azərbaycan Fərid Səfərliyə görə
Siyasət 02 İyn 2023 12:39:00 309 0
Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb.
Bu xəbəri də oxu: İrəvan yenə siyasi təlxəklik edir
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması ilə bağlı deyib.
"Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə, F.Səfirlinin ailəsinə müvafiq məlumat verilib.
Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır.
Bununla yanaşı, F.Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür", - A.Hacızadə deyib.
Əməkdar artist Abbas Bağırov uzun müddətdir efirlərə çıxmama səbəbin
ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) yeddi aya yaxındır araşdı
İrəvan metrosunun "Respublika Meydanı" stansiyasında yerləşdiril
Kişinyov görüşü qeyri-formal olduğundan orda hansısa ciddi sənədin imza
Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi p
Uşaq pulu məsələləsinə biz ünvanlı olaraq baxırıq. Bu gün 615 min uş
Ermənistan ordusunun sərhəddə qurduğu yeni səngər və bunkerləri sel sul
Yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüks�
Dövlət büdcəsinin gəlirləri proqnozlara qarşı əhəmiyyətli dərəcəd�
Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Dav
Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şa
Son beş ildə 4 sosial islahat paketi icra olunub.
"Ümid", "Babək", "Abşeron", "Naxçıvan&qu
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktub