"Seçkilərin ikinci turunun nəticələri..."


Dünya 28 May 2023 20:22:00 139 0

"Seçkilərin ikinci turunun nəticələri..."

Seçkilərin ikinci turunun nəticələri bir daha xalqın Prezident Ərdoğana güvəninin göstəricisidir.

Son.az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"Türkiyədə prezident seçkilərinin ikinci turunu da uğurla başa vurduq. Seçkilərin ikinci turunun nəticələri də xalqımızın Prezidentimiz Ərdoğana bir daha güvəninin göstəricisidir. Xalqımızın seçiminə hörmətlə yanaşırıq", - deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident seçkilərinin ikinci turu başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Prezident seçkilərinin ikinci turunda ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasının sədri (CHP) Kemal Kılıçdaroğlu iştirak edirlər.

May ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səsvermədə iştirak ediblər.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərin ikinci turunda səsvermədə 0 vətəndaşın iştirak etməsi gözlənilir.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermənin ikinci turu 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.

Bezos tənqid edildi like
  • 28 May 20:15  
Digərləri Bezos tənqid edildi

Planetin üçüncü ən zəngin insanı, 59 yaşlı "Amazon" qurucusu

arrow Ətraflı
Bu bürclərə ŞAD XƏBƏR  Yayın əvvəlində maddi vəziyyətiniz yaxşılaşacaq like
  • 28 May 20:08  
Digərləri Bu bürclərə ŞAD XƏBƏR Yayın əvvəlində maddi vəziyyətiniz yaxşılaşacaq

2023-cü ilin iyun ayı üçün ulduz falı bürclərin bütün nümayəndələr

arrow Ətraflı
Ermənistanın taleyi Bakının qərarından asılıdır like
  • 28 May 20:01  
Siyasət Ermənistanın taleyi Bakının qərarından asılıdır

Laçına ilk köç baş tutdu. Dünən artıq 20 ailə, 97 nəfər insan doğma

arrow Ətraflı
İsrail prezidenti Azərbaycana səfər edəcək like
  • 28 May 19:59  
Siyasət İsrail prezidenti Azərbaycana səfər edəcək

İsrail prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycana səfər edəcək

arrow Ətraflı
İsrail Prezidenti İlham Əliyevi təbrik edib like
  • 28 May 19:46  
Siyasət İsrail Prezidenti İlham Əliyevi təbrik edib

İsrail Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ü

arrow Ətraflı
Dünyanın ən çox ac qalan insanı: 382 gün heç nə yeməyib  FOTO like
  • 28 May 19:29  
Digərləri Dünyanın ən çox ac qalan insanı: 382 gün heç nə yeməyib FOTO

Oruc tutaraq arıqlamaq tarix boyu tez-tez istifadə edilən bir üsuldur. Ancaq

arrow Ətraflı
Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı like
  • 28 May 19:22  
Dünya Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı

Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı.

arrow Ətraflı
Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə like
  • 28 May 19:18  
Dünya Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə

İlkin hesablamalara görə seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ə

arrow Ətraflı
Seçkilərinin ikinci turunda heç bir insident yaşanmayıb  Ahmet Yener like
  • 28 May 19:15  
Dünya Seçkilərinin ikinci turunda heç bir insident yaşanmayıb Ahmet Yener

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda heç bir inside

arrow Ətraflı
Gəncədə süni göldə suyun səviyyəsi like
  • 28 May 19:07  
Digərləri Gəncədə süni göldə suyun səviyyəsi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
NATOdan Kosovoya çağırış: like
  • 28 May 18:51  
Dünya NATOdan Kosovoya çağırış:

Kosovo hökuməti regionda sabitliyi pozan birtərəfli addımlardan çəkinməl

arrow Ətraflı