İlham Əliyev bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb
Siyasət 28 May 2023 14:33:00 221 0
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan iki hərbçimizdən danışıb.
Bu xəbəri də oxu: Azərbaycanda bələdiyyələr qrant ala biləcək
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, düyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?".
Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu bildirdiyini deyən Prezident İlham Əliyev qeyd edib: "Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz".
Son.az
Köhnə cins şalvarlara ikinci həyat bəxş etməyin yolları açıqlanıb.
Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə (Qarab
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərində Ukr
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni "məmurlar"
Son.az Kulis.az-a istinadən dahi bəstəkar Qara Qarayev haqqında maraqlı fak
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) nəzdində Milli Kəşfiyyat
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan s
Dünya ulduzu Beyonsun Parisdə baş tutan konserti tamaşaçıların daha çox
Ağız ətrafındakı qırışlar yaşlanmanın ilkin göstəricilərindəndir.
Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qara
Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il
"105 il bundan öncə, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik res
Rusiya Almaniyanın ölkədəki diplomatik nümayəndəliklərində işləməyə
Həmrəyliyimizin əbədi olmasını arzu edirik.