Qəbrinin rəsmini çəkən, yuxuda xanımına mahnı yazan,


Kriminal 28 May 2023 14:00:00 233 0

Qəbrinin rəsmini çəkən, yuxuda xanımına mahnı yazan,

Son.az Kulis.az-a istinadən dahi bəstəkar Qara Qarayev haqqında maraqlı faktları təqdim edir.

Qara Qarayev çağdaş Azərbaycan musiqi mədəniyyətinin yetirdiyi ən böyük simalardan biridir. Bəstəkarın özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri yalnız Azərbaycanda, keçmiş Sovetlər Birliyində deyil, dünyada - ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazanıb.

1918-ci ildə Bakı şəhərində dünyaya gələn Qara Qarayevin atası məşhur həkim-pediatr Əbülfəz Qarayev həm də öz dövrünün tanınmış ziyalılarından biri olub. Anası Sona xanım isə yüksək musiqi təhsili görmüş, sayılıb seçilən aristokrat, kübar xanımlardan idi.

Musiqi təhsilini davam etdirmək üçün Qara Qarayev böyük Üzeyir bəyin xeyir-duası ilə 1939-cu ildə Moskvaya gedir və 1946-cı ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını, böyük bəstəkar Dmitri Şostakoviçin sinfini bitirir.

Dimtiri Şastakoviç hələ lap gənc olan Qara Qarayevə yazırdı: "Mən Sizi musiqimizi irəli apara bilən və bunu etməyə borclu olan bəstəkarlardan hesab edirəm. Buna görə də çox bəstələyin..."

1946-cı ildə, 28 yaşında, hələ konservatoriyanın tələbəsi olarkən o, Cövdət Hacıyev ilə birlikdə "Vətən" operasına görə Stalin mükafatına layiq görülüb. 1948-ci ildə isə 30 yaşında "Leyli və Məcnun" simfonik poemasına görə ikinci Stalin mükafatını alır.

1952-ci il - "Yeddi gözəl" baletinin parlaq premyerası, 1957-ci il - Q.Qarayevin musiqi bəstələdiyi "Don Kixot" filminin uğuru, həmin ildə - "İldırımlı yollarla" baletinin premyerası, 1959-cu il - SSRİ xalq artisti adının verilməsi... Və sair və sair. Bəstəkarın həyat xronometrajı sanki finiş xəttinə çıxmış insanın getdikcə artan nəbzini xatırladır.

Böyük türk şairi Nazim Hikmətin Qara Qarayevlə görüşündən maraqlı dialoq xatirələrdə öz əksini tapır. Mühüm bir tədbirdə iştirak etmək üçün birlikdə salona daxil olarkən qapıda Qarayev şairə hörmətlə "Nazim əfəndi, buyurun" deyir. Nazim Hikmət də cavabında "Xeyr, öncə siz buyurmalısınız" deyə israr edir. Bəstəkar şairdən yaşca kiçik olmasını və onun şəxsiyyətini nəzərə alaraq "Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz" söyləyir. Nazim Hikmət isə "Əvvəlcə dahilər, sonra böyüklər" deyərək, Qarayevi qucaqlayıb salona salır.

Münhendə görkəmli bəstəkar Karl Orf Qara Qarayevi "dünya miqyasında böyük bəstəkar" adlandırıb.

Qara Qarayev hobbi olaraq fotoqrafiya ilə məşğul olurdu, kibrit şəkillərini yığırdı.

Qurani-Kərimi yaxşı bilir və söhbətlərində həmişə ondan misallar gətirərdi.

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri - prelüdiyanı Qarayev yuxuda eşitmiş, səhər qələmə alaraq Tatyanaya hədiyyə etmişdi.

Bəstəkarın oğlu Fərəc Qarayev atası ilə bağlı xatirələrini bölüşəndə nənəsinin, babasının Qara Qarayevə yalnız "Yeddi gözəl" baletindən sonra ciddi yanaşdıqlarını deyir. O zamana kimi Əbülfəs Qarayev oğlunu bu yoldan çəkindirmək istəyib.

Daha öncəki illərdə fortepiano üçün yazdığı "üçsəsli fuqa", simfonik orkestri üçün "Passakaliya və üçmövzulu fuqa", nəfəsli alətlər üçün "İdman" süitası, "Ömər Xəyyamın sözlərinə 6 rübai" romanslar məcmuəsi ilə bəstəkar uğur qazansa da, ailəsi məhz "Yeddi gözəl" seviləndə, ümumittifaq səviyyəsində, dünya səviyyəsində qəbul olunanda, afişaları şəhəri bəzəyəndə ürəkdən sevinirlər və Əbülfəs Qarayev həyat yoldaşına "Onu daha rahat buraxaq" deyir.

Ailəsində Qara Qarayevin sənətinə çox böyük hörmət olub. Səməd Vurğun küçəsindəki ikiotaqlı mənzildə otağın biri bəstəkarın ixtiyarına verilib.

Fərəc Qarayevin xatirələrindən: "Atam işləyəndə evdə hamı barmaqlarının ucunda gəzərdi. Telefonun naqildən ayırardıq ki, o, narahat olmasın. "Ata işləyir" sözü bütün söhbətlərin, səsin, küyün kökündən kəsilməsi komandası sayılırdı".

İlk baxışda Qara Qarayevin taleyi çiçək səpilmiş böyük və hamar bir yola bənzəsə də böyük bəstəkarın qazandığı bütün uğurların fonunda həm də keçirtdiyi sarsıntılar, aldığı zərbələr dayanır.

Rusların Qara Qızılov, yaxud da Qızıl Qızılov dediyi bəstəkarı Sovet dövründə formalizmdə günahlandırır, guya milli ənənələrdən uzaq düşməsi və s. cürbəcür böhtanlarla ləkələmək istəyirdilər. Bunu onun yaxın dostları da sonradan öz yazılarında etiraf edəcəkdilər. Deyilənə görə, Qara Qarayev ona qarşı çıxanlara heç vaxt cavab verməz, təmkini, böyüklüyü, yazdığı gözəl əsərləri ilə bu bədxahların cavabını verib və onları susdurardı. Amma bütün bunlar bəstəkarın səhhəti, əsəbləri bahasına başa gəlib.

Günlərin birində uşaqlıq dostu, yazıçı İmran Qasımova "Küncdə dayanan royalı görürsən; ... mən qısa xoşbəxt saatlarımı yalnız onun arxasında keçirmişəm" deyən bəstəkar içindəki burulğandan musiqinin gücü ilə xilas olduğunu izah etməyə çalışıb.

Tələbələrinin Qara Qarayevlə bağlı xatirələrindən də bəlli olur ki, o, böyük bəstəkar olmaqla yanaşı, həm də böyük ürəyə malik insan olub. Şəfiqə Axundova Leninqradda oxumaq üçün Qara Qarayevdən kömək istəyib. Onun yanına gedərək, deyib ki, Qara müəllim, bir məktub yazın mənə, oxumağa icazə versinlər. Qara Qarayevin sözü ilə Şəfiqə Axundovanı Leninqrad Konservatoriyasına qəbul ediblər.

O, həm də daxilində əsl azərbaycanlı ruhu daşıyan, vətənpərvər bir insan olub. 1969-cu ildə Fransada Andranikin at üstündəki heykəli qarşısında ermənilərin Azərbaycan xalqına yaşatdığı faciələrdən danışıb.

Bolqarıstanın prezidenti barədə çəkilən filmin musiqisini yazmaq üçün Qara Qarayevi bu ölkəyə dəvət ediblər. O, həmin filmə mahnı bəstələmək üçün üç ay orada qalıb.

Vəfat etməzdən əvvəl qəbrinin şəklini çəkib. Onun qəbrinin üstündə nə şəkli, nə də heykəli var.

1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, 1961-ci ildən ömrünün sonuna qədər isə SSRİ Bəstəkarlar İttifaqının katibi olub.

Moskvada xəstəxana yatarkən Bibliyanı oxuyurmuş.

Qara Qarayev 1982-ci ildə may ayının 13-də 64 yaşında uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib. Böyük bəstəkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.

Türkiyə MİT nəzdində Milli Kəşfiyyat Akademiyası yaradılacaq like
  • 28 May 13:58  
Digərləri Türkiyə MİT nəzdində Milli Kəşfiyyat Akademiyası yaradılacaq

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) nəzdində Milli Kəşfiyyat

arrow Ətraflı
İlham Əliyev Laçından ermənilərə səsləndi: “Miatsum” kitabı bağlandı! like
  • 28 May 13:54  
Siyasət İlham Əliyev Laçından ermənilərə səsləndi: “Miatsum” kitabı bağlandı!

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan s

arrow Ətraflı
Qızı Beyonsla səhnədə like
  • 28 May 13:51  
Şou-biznes Qızı Beyonsla səhnədə

Dünya ulduzu Beyonsun Parisdə baş tutan konserti tamaşaçıların daha çox

arrow Ətraflı
Ağız ətrafındakı qırışları bununla yox edin like
  • 28 May 13:40  
Digərləri Ağız ətrafındakı qırışları bununla yox edin

Ağız ətrafındakı qırışlar yaşlanmanın ilkin göstəricilərindəndir.

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir” like
  • 28 May 13:37  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”

"105 il bundan öncə, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik res

arrow Ətraflı
Rusiya Almaniya səfirliyinin 100dən çox əməkdaşını ölkədən qovub like
  • 28 May 13:31  
Dünya Rusiya Almaniya səfirliyinin 100dən çox əməkdaşını ölkədən qovub

Rusiya Almaniyanın ölkədəki diplomatik nümayəndəliklərində işləməyə

arrow Ətraflı
Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur like
  • 28 May 13:24  
Digərləri Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur

Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur.

arrow Ətraflı
Azərbaycanda bu şəxs yüksək vəzifəsindən like
  • 28 May 13:22  
Digərləri Azərbaycanda bu şəxs yüksək vəzifəsindən

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, profess

arrow Ətraflı
2023ün yazının ən önəmli SEÇİMİ like
  • 28 May 13:20  
Digərləri 2023ün yazının ən önəmli SEÇİMİ

Stilist Roqov 2023-cü ilin yaz mövsümünün olmazsa olmazını açıqlayıb.

arrow Ətraflı
Ərdoğan səs verdi like
  • 28 May 13:14  
Digərləri Ərdoğan səs verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən ikinci tur p

arrow Ətraflı
Aygün Kazımova ilə Miri Yusifin kulisdəki görüşü like
  • 28 May 13:11  
Şou-biznes Aygün Kazımova ilə Miri Yusifin kulisdəki görüşü

Xalq artisti Aygün Kazımova bu gün Bakı-2023 Taekvando üzrə Dünya Çempio

arrow Ətraflı