Makiyaj edərkən buraxılan səhvlər
Digərləri 27 May 2023 16:40:00 252 0
Qüsursuz görünmək hər bir xanım üçün vacibdir. Bu səbəbdən makiyajla gözəlliyi daha önə çıxartmağa çalışırlar. Lakin bəzən yanlış rəng və məhsul seçimi onları olduğundan daha yaşlı görünməsinə səbəb olur.
Bu xəbəri də oxu: Bu il universitetlərə qəbul balları artacaq?
Son.az Axşam.az-a istinadən xəbər verir ki, makiyajdan düzgün və yerində istifadə mütləqdir. Gecə makyajı ilə bütün gün gəzmək düzgün deyil. Bu həm dərinin nəfəs almasını əngəlləyir, həm də zamanla yaşlanma prosesini sürətləndirir. Günlük makiyajdan az və təbii görünəcək şəkildə istifadə etməyə çalışın. Bunun üçün aşağıdakı nüanslara diqqət yetirmək sizə yardımçı olacaqdır.
Tonal krem
Hamar və bərabər şəkildə ton əldə etmək üçün öncə düzgün rəngi seçmək lazımdır. Tonal krem dəri rəngindən bir ton tünd olmalıdır. Tonal kremi seçərkən məhsulun keyfiyyətli olduğunu yoxlayın. Məsələn, alacağınız məhsulu mağazada üzünüzə çəkib gün ərzində rənginin dəyişib-dəyişmədiyini yoxlayın. Çox çəkmək, rəngi yanlış seçmək və üzdə düzgün formada yaymamaq sizi yaşlı göstərməklə yanaşı gizlətməyə çalışdığınız qüsurları daha da büruzə verəcəkdir.
Tuşdan istifadə
Tuşun səliqəsiz və sıx istifadəsi kirpiklərin ağırlaşmasına səbəb olur. Təbii və daha gənc görünməsi üçün az istifadə edin. İstifadə etdiyiniz tuşun kirpiklərinizdə yetərsiz olduğunu düşünürsünüzsə, laynerlə kontur çəkərək istədiyiniz həcmi tarazlaya bilərsiniz.
Konturu səhv çəkmək
Konturu qalın və ya düzgün olmayan şəkildə çəkmək sizi daha yaşlı göstərərcəkdir. Üz cizgilərinizi olduğundan daha zərif və kiçik göstərməyə çalışarkən, tam əksi ola bilər. Tünd çalarlardan deyil, ənlik kimi daha xəfif tonlarla təbii kontur çəkmək üzünüzü daha təravətli göstərəcəkdir.
Qaş aralarını doldurmaq
Qaşdakı boşluqları həddindən artıq tünd karandaşla doldurmaq üzünüzü kobud göstərəcəkdir. Daha açıq rəng və ya daha az istifadə edərək fırça və ya qaş darağı ilə yaymağa çalışın. Artıq olan tündlüyü silməyə çalışın. Bu zaman təbii qaşlara sahib olacaqsınız ki, bu da sizi yaşınızdan daha gənc görünməyinizə imkan verəcək.
Son.az
Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelind
"Uzun fasilədən sonra yenidən "Zarafatyana" ilə səhnəyə qa
Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibət
Sürətlə uzanan, güclü, sağlam və canlı saçlara sahib olmaq hər bir qad
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə
Son.az Kulis.az-a istinadən Əməkdar artist Vəfa Fətullayeva haqqında maraq
Mayın 27-də Kəlbəcər rayonunda "Qamışlı" Kiçik Su Elektrik St
Qadınlar hər zaman gözəl görünmək istəyir. Gözəl görünmək istədikl
Stilist Caitlin James qadın fiqurasını korlayan geyimi açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə
Bu gün Azərbaycan tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir
Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzd�
Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərin