Antiterror əməliyyatı başlaya bilər
Siyasət 27 May 2023 13:54:00 238 0
Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu bir daha onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri hər zaman istənilən təxribatın qarşısını almağa qadirdir.
Son.az xəbər verir ki, bu barədə Trend-ə hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.
O qeyd edib ki növbəti dəfə Ermənistan tərəfinə bir mesajdır ki, hər hası bir təxribat və fəaliyyət olarsa buna adekvat cavab tədbirləri görüləcək.
"Bir müddət öncə hava şəraitinin dumanjlı olması səbəbindən iki hərbi qulluqçumuz azaraq Ermənistan tərəfinə keçiblər. Ermənistan tərəfi bu hadisəylə bağlı hərbi qulluqçularımıza qarşı absurd iddialar irəli sürdülər və onları uzun müddətli həbsə məhkum etdilər. İki erməni diversantının hərbçilərimiz tərəfindən tutulması Ermənistan tərəfinə mesaj olacaq. Tutulan erməni hərbçiləriylə bağlı Azərbaycan tərəfi ciddi araşdırma aparacaq", - o vurğulayıb.
Ekspert qeyd edib ki, sülh danışıqlarının intensiv getdiyi bir vaxtda Ermənistanaın hərbi-siyasi rəhbərliyinin bir daha riyakarlığının göstəricisi kimi qiymətləndirilməlidir.
"Ciddi bir prosesin gedişində Ermənistan tərəfinin təxribata əl atması onların iç üzünü göstərdi. Ermənistan belə təxribatlarla heç nəyə nail olmayacaq. Düşmənlərimiz belə təxribatlarla Azərbaycanı da təxribata çəkib beynəlxalq aləmdə fikir formalaşdırmaq istəyir ki, hazırda sülhlə bağlı əlverişli vəziyyət yoxdur. Ancaq, Azərbaycan belə ucuz təxribatlara getməyəcək. Bütün beynəlxalq ictimaiyyət və təşkilatlar bunu bilir. Bunun da nəticəsi olaraq Azərbaycan tutduğu yoldan geri addım atmayacaq. Nəzərə alsaq ki, bu təxribatların fonunda antiterror əməliyyatları lokal və ya kiçik əməliyyatlar keçirilə bilər. Lakin əməliyyatların geniş olacağını düşünmürəm. Azərbaycan həmişə ermənilərin bizə qarşı təxribatlara qarşı əməliyyatlar keçirir. Ermənistanın hərbi-siyasi rejimi, daxilində olan qruplar və separatçı rejimi öz məkirli niyyətlərinə çata bilməyəcək", - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, May 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumat yayıb.
Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərin
Barəsində cinayət işi açılmış və istintaq aparılan "Anadolu Hospi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq taksi şirkətlərinə və
"Xalq Əmanəti" layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan ş
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azə
ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü (hərbi muzeylər, hə
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu
Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşı
"PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləc
"Windows" 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problem
Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi �