Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb


Digərləri 27 May 2023 11:52:00 148 0

Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb

ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü (hərbi muzeylər, hərbi tarix və silah kolleksiyaları üzrə), "QƏSR" Mədəni İrsi və Tarixi Abidələrin Qoruyaq" QHT-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru (Ph.D.) Pərvin Fəxrəddin oğlu Gözəlov "Müharibə və silahlar. Yeni tədqiqatlar və materiallar" on birinci Beynəlxalq Elmi-Praktiki Konfransda, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2023-cü il 17-19 may tarixlərdə "Mühəndis və rabitə qoşunları Artilleriya Hərbi-Tarix Muzeyi"nin 320 illiyi də qeyd olunan konfransda iki elmi məruzə ilə çıxış edib.              

Yuxarıda qeyd olunan konfransda P.F.Gözəlovun iştirakı ənənəvi xarakter daşıyır, çünki 2014-cü ildən şəxsən iştirak edir (bütün səfərlər şəxsi maddi vəsaitlə baş tutub), Artilleriya Hərbi Tarix Muzeyinin Beynəlxalq Konfransın iclaslarında elmi məruzələr oxuyub.

Konfransın işində iştirak etmək və məruzələrin nəşr olunması ölkələr, təşkilatlar, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər arasında beynəlxalq mədəni, humanitar və hərbi əməkdaşlıq üçün yüksək potensial yaradır. Qeyd olunmalıdır ki, elmi dövriyyəyə daxil edilən nəşr olunmuş əsərlərin (tədqiqatların) nəticələri və qənaətləri erməni separatçılarının qanunsuz fəaliyyətləri haqqında obyektiv məlumatların və baş verən real hadisələrin yayılması üçün möhkəm zəmin yaradır.

Onu da əlavə etmək vacibdir ki, çap olunmuş əsərlərimdə Ermənistan-Azərbaycan münasibətlərinin münaqişəli vəziyyətlərində, o cümlədən xarici güvələrin xalqlar arasında qarşıdurmanı qızışdırmaq cəhdləri ətrafında anlaşılmazlıq baryerini aradan qaldırmaq üçün konstruktiv və məhsuldar nəticələrə nail olmaq imkanları qeyd olunub. Yuxarıda adı çəkilən konfransda Bakı (Azərbaycan Respublikası), Suriya, Moskva, Sankt-Peterburq, Vladimir, Tver, Volqoqrad, Novosibirsk, Vladivostok, Xabarovsk, Kursk, Belqorod, Tula, Ufa, İjevsk, Petrozavodsk, Arxangelsk, Pskov, Saratov, Ulyanovsk, Nijni Tagil, Syzran, Gatchina, Ardatov və başqa şəhərlərindən alim və tədqiqatçılar iştirak ediblər.

Konfransdakı ilk məruzəsində və dərc olunmuş məqaləsində doktor P.Gözəlov tarix elminə və tarixi fənlərə biganə olmayan dinləyicilərin və oxucuların diqqətinə 1919-1922-ci illərdə inqilab zamanı Azərbaycan, Ukrayna və Başqırd süvari alayının nadir bayraqları təqdim etmişdir. Yuxarıda qeyd edilən dövrdə Cənubi Qafqazda tarixi hadisələrlə müşayiət olunan, tarixi inkişaf yollarından və siyasi hadisələrdən asılı olaraq dəyişən dövlətçilik rəmzləri və atributlarının tədqiq edildiyi materiallar hörmətli oxucuların diqqətinə təqdim olunur. Çox geniş məna dairəsinə malik olan simvolların əhəmiyyəti xalq kütləsinə böyük təsiri ilə müəyyən edilir.

Rəmzlər və işarələr insanları ümumi məqsədə çatmaq üçün toplamaq, həzz, hörmət yaratmaq və ya əksinə qəzəb, təcavüz və düşmənçilik hissi yaratmaq üçün istifadə olunurdu.

İkinci məruzə Azərbaycan, Türkiyə və Rusiya Federasiyası kimi yaxın olan üç ölkələrinin muzeylərində qorunan tarixi dövlətçilik və hərbi atributlarının genetik oxşarlığına həsr olunmuşdu. Məruzədə və dərc olunmuş məqalədə vurğulanır ki, beynəlxalq mədəni-humanitar əməkdaşlıq həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası üçün böyük əhəmiyyət kəsb edir, çünki dialoq vasitəsilə Rusiya-Azərbaycan beynəlxalq mədəni-humanitar əlaqələrini təkmilləşdirmək və daha yüksək potensial yaratmaq mümkündür. Hansı ki, böyük qlobal əhəmiyyət kəsb edir və bununla da konstruktiv inkişaf, dövlətlərarası münasibətlərin və məhsuldar dialoqun möhkəmlənməsi və daha yüksək səviyyəyə çatması üçün böyük imkanlar yaradır.

Niderland kralı İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 27 May 11:22  
Siyasət Niderland kralı İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu

arrow Ətraflı
İnsident törədən transseksuallara bu maddə ilə cinayət işi açıldı like
  • 27 May 11:20  
Digərləri İnsident törədən transseksuallara bu maddə ilə cinayət işi açıldı

Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşı

arrow Ətraflı
PKK mayın 28də ölkədə xaos yaratmağa hazırlaşır like
  • 27 May 11:09  
Dünya PKK mayın 28də ölkədə xaos yaratmağa hazırlaşır

"PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləc

arrow Ətraflı
Ermənistan eyni səhvləri edir like
  • 27 May 10:43  
Siyasət Ermənistan eyni səhvləri edir

Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi �

arrow Ətraflı
Xaçmazda qəza olub like
  • 27 May 10:36  
Digərləri Xaçmazda qəza olub

Xaçmazda sürücü avtomobillə velosipedlə gedən şəxsi vurub.

arrow Ətraflı
Makiyajsız Afaq... like
  • 27 May 10:25  
Şou-biznes Makiyajsız Afaq...

Aparıcı Afaq Gəncəli makiyajsız fotosunu paylaşıb.

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 27 May 10:14  
Digərləri Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi

arrow Ətraflı
“Tesla” dünyanın ən çox satılan avtomobili oldu like
  • 27 May 10:03  
Digərləri “Tesla” dünyanın ən çox satılan avtomobili oldu

2023-cü ilin birinci rübündə dünyada ən çox satılan avtomobillərin reyt

arrow Ətraflı
Erməni qoyun oğurladı like
  • 27 May 09:52  
Dünya Erməni qoyun oğurladı

Yeni Zelandiyada çobanlıq etdiyi sürüdən qoyunları oğurlayan erməni həb

arrow Ətraflı
Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib like
  • 27 May 09:41  
Kriminal Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən

arrow Ətraflı
Məşhur aktyorun cəsədi tapıldı like
  • 27 May 09:30  
Şou-biznes Məşhur aktyorun cəsədi tapıldı

Bu ilin yanvarında yoxa çıxan və fevralda itkin düşmüş elan edilən mə�

arrow Ətraflı
Tovuz sakini minaya düşdü like
  • 27 May 09:15  
Digərləri Tovuz sakini minaya düşdü

Bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində

arrow Ətraflı
Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib like
  • 27 May 09:11  
Dünya Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib

Sutka ərzində Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib. Kiyev və Dn

arrow Ətraflı