Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib


Siyasət 27 May 2023 16:03:00 154 0

Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda "Meydan" Kiçik Su Elektrik Stansiyasının açılışını edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı "AzərEnerji" daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.

"Meydan" Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan "Meydan" Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev "Meydan" Kiçik Su Elektrik Stansiyasını işə saldı.

Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə "AzərEnerji" ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.

Son.az 

Aktrisa olmaq üçün uşağını tələf etdi, sevdiyindən ötrü intihara qalxdı like
  • 27 May 16:00  
Kriminal Aktrisa olmaq üçün uşağını tələf etdi, sevdiyindən ötrü intihara qalxdı

Son.az Kulis.az-a istinadən Əməkdar artist Vəfa Fətullayeva haqqında maraq

arrow Ətraflı
Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib  FOTO like
  • 27 May 15:57  
Siyasət Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib FOTO

Mayın 27-də Kəlbəcər rayonunda "Qamışlı" Kiçik Su Elektrik St

arrow Ətraflı
Hamiləlik dövründə həm rahat, həm də cazibəli necə görünmək olar? like
  • 27 May 15:20  
Digərləri Hamiləlik dövründə həm rahat, həm də cazibəli necə görünmək olar?

Qadınlar hər zaman gözəl görünmək istəyir. Gözəl görünmək istədikl

arrow Ətraflı
“O gecədən sonra parladım” like
  • 27 May 14:51  
Şou-biznes “O gecədən sonra parladım”

Xalq artisti Faiq Ağayev "Nargis" jurnalına müsahibə verib.

arrow Ətraflı
Stilist qadınların fiqurasını korlayan geyimi açıqladı like
  • 27 May 14:20  
Digərləri Stilist qadınların fiqurasını korlayan geyimi açıqladı

Stilist Caitlin James qadın fiqurasını korlayan geyimi açıqlayıb. 

arrow Ətraflı
İlham Əliyev Kəlbəcər rayonuna səfər edib like
  • 27 May 13:57  
Siyasət İlham Əliyev Kəlbəcər rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə

arrow Ətraflı
Bu gün Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayır like
  • 27 May 13:56  
Siyasət Bu gün Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayır

Bu gün Azərbaycan tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir

arrow Ətraflı
Antiterror əməliyyatı başlaya bilər like
  • 27 May 13:54  
Siyasət Antiterror əməliyyatı başlaya bilər

Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzd�

arrow Ətraflı
Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır like
  • 27 May 13:51  
Digərləri Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır

Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərin

arrow Ətraflı
Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU like
  • 27 May 13:22  
Digərləri Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU

Barəsində cinayət işi açılmış və istintaq aparılan "Anadolu Hospi

arrow Ətraflı
“Playboy” gözəli saçını boyadı: like
  • 27 May 12:53  
Şou-biznes “Playboy” gözəli saçını boyadı:

"Playboy" jurnalının modeli Sammer Karen keçəl qalıb.

arrow Ətraflı
Taksi şirkətlərinə ağır cəza tətbiq oluna bilər like
  • 27 May 12:23  
Digərləri Taksi şirkətlərinə ağır cəza tətbiq oluna bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq taksi şirkətlərinə və

arrow Ətraflı
Braziliya Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb like
  • 27 May 11:54  
Siyasət Braziliya Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azə

arrow Ətraflı
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb like
  • 27 May 11:52  
Digərləri Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb

ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü (hərbi muzeylər, hə

arrow Ətraflı