Şuşa Bəyannaməsi regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq
Siyasət 27 May 2023 16:21:00 233 0
Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.
Bu xəbəri də oxu: Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyilir.
"Hörmətli cənab Prezident, əziz Qardaşım!
Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük.
Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm.
Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.
Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm.
"Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız
Fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram", - məktubda bildirilir.
Sürətlə uzanan, güclü, sağlam və canlı saçlara sahib olmaq hər bir qad
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə
Son.az Kulis.az-a istinadən Əməkdar artist Vəfa Fətullayeva haqqında maraq
Mayın 27-də Kəlbəcər rayonunda "Qamışlı" Kiçik Su Elektrik St
Qadınlar hər zaman gözəl görünmək istəyir. Gözəl görünmək istədikl
Stilist Caitlin James qadın fiqurasını korlayan geyimi açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə
Bu gün Azərbaycan tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir
Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzd�
Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərin
Barəsində cinayət işi açılmış və istintaq aparılan "Anadolu Hospi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq taksi şirkətlərinə və