Paşinyan terrora əl atdı: ermənilərə ölümcül cavab verilə bilər


Siyasət 26 May 2023 22:12:00 216 0

Paşinyan terrora əl atdı: ermənilərə ölümcül cavab verilə bilər

Yekun sülh sazişinin imzalanması prosesində hadisələrin aktivliyi artdığı zamanda rəsmi İrəvan yeni təxribatlara əl ataraq vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışır. Moskvada rüsvay olan Paşinyansa diversiyalar vasitəsilə erməniləri ələ almağa can atır.

Bu gün Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin Zəngilan rayonundan keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən ölkəmizin dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb. Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Siyasi və geosiyasi baxımdan da əməliyyat şəraiti Azərbaycanın tam nəzarətindədir.

Avrasiya İqtisadi İttifaqının (Aİİ) Moskvada keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları, reallıqdan və konstruktivlikdən çox uzaq açıqlamaları danışıqlar prosesinin ümumiyyətlə, pozulmasına yönəlmişdi.

"Varçapet"in Moskvadakı hərəkətləri və davranışı, xüsusilə də Aİİ liderlərinin geniş tərkibdəki iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə "diskussiya aparmaq" cəhdi gülüş obyektinə çevrildi.

Paşinyanın elementar siyasi etika və diplomatik etiket qaydalarından kənar davranışı ilə yanaşı, onun aqressivliyi, bisavadlığı və terminologiyadan bixəbərliyi Azərbaycanla yanaşı, Ermənistanda və Rusiyada da sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.

Xüsusilə də Ermənistanda Paşinyanın dedikləri ilə etdikləri çox kəskin tənqid olunur.

Ermənilər onu növbəti xəyanətdə, Azərbaycanın mövqeyinin açıqlandığı zaman faktiki olaraq "heç bir əks-arqument" səsləndirə bilməməsində, həddən ziyadə miskin və zavallı təsir bağışlamaqda suçlayırlar.

İrəvandakı müxalifətçilər isə Nikol Paşinyanın tam bacarıqsızlıqda, diletantlıqda və "ölkənin mənafelərini satmaqda" suçlayırlar.

Zəngilan rayonunda sərhədimizi keçən erməni diversantlarının qarşısına qoyulmuş məqsəd, hədəf və aldıqları tapşırıqdan asılı olmayaraq, bugünkü olay bilavasitə Nikol Paşinyanın göstərişi ilə reallaşdırılan diversiya cəhdidir.

Strateji baxımdan Azərbaycana tam məğlub olmuş Ermənistanda narazılığın artdığını, sosial bazasının kiçilməyə başladığını, elektoral bazasının isə müxalifətin təsirinin artması kimi real təhdidlərlə üzləşdiyini anlayan Nikol Paşinyan taktiki səviyyədə kiçik də olsa, uğurlar qazanmaq istəyir.

Effektivliyi şübhəli olan belə taktikatının görüntülərindən biri də "Ermənistanın zəifləməsinə rəğmən, Azərbaycan qarşısından geri çəkilməməsi" mifinin gündəmdə saxlanmasıdır.

Məhz bu səbəbdən Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyinə mövqelərimizin mütəmadi atəşə tutulması, imkan yarananda isə təxribat-diversiya qruplarının ərazimizə sızdırılması göstərişlərini verir.

Təbii ki, belə taktika şərti dövlət sərhədində kiçik "qələb"lərin əldə olunmasına hesablandığındani Azərbaycan hərbçilərinin və vətəndaşlarının qətlə yetirilməsi də "uğurlu əməliyyat nəticəsi" sayılır.

Çünki ermənilərin təxribat-diversiya qruplarının hədəfi ərazilərimizə sızandan sonra dinc vətəndaşların hədəfə alınmasıdır.

Bu isə Azərbaycana qarşı Ermənistanın dövlət səviyyəsində reallaşdırdığı terror fəaliyyəti, Nikol Paşinyanın birbaşa göstərişi ilə icra edilən cinayətlərdir.

Fəqət, Paşinyan və onun hakimiyyət komandası intellektual dərketmə səviyyəsinin çox aşağı olmasından dolayı, olduqca təhlükəli davranış sərgiləyirlər.

Bu gün baş vermiş təxribat-diversiya cəhdi Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyünə qarşı qəsd olmaqla yanaşı, vətəndaşlarımızın həyat və təhlükəsizlikləri üçün birbaşa ağır təhdiddir.

Təhditdlərin bəhs etdiyimiz formatdakı məcmusu beynəlxalq hüquqda terrora cəhd qismində təsnif olunduğundan, Azərbaycan belə cəhdlərin sürəkli davam edəcəyi təqdirdə antiterror əməliyyatına başlaya bilər.

Onda isə Nikol Paşinyanın "kiçik lokal qələbələr və taktiki uğurlar" planları Ermənistanın fəlakəti ilə nəticələnəcək.

Hələlik isə Ermənistanın hakimiyyət dairələri sərhədçilərimizin ələ keçirdikləri iki diversantın taleyini düşünsünlər.

Onlar Naxçıvanda yolu azaraq Ermənistan tərəfinə keçən, amma cinayətkarlar kimi tutulan, vəhşi işgəncələrə məruz qalan iki azərbaycanlını da xatırlasınlar.

Xatırladaq ki, həmin əsgərlərimizindən biri heç bir əsas və səbəb olmadan 11 il müddətinə azadlıqdan məhrum edilib, digəri ilə bağlı "istintaq davam edir".

Sərhədçilərimiz isə gerçək diversantları, vətəndaşlarımıza qarşı qanlı aksiyaları reallaşdırmaq istəyən iki erməni hərbçisini tutublar.

Bu ermənilər də layiq olduqları davranışı görəcəklər.

Elçin Alıoğlu (Trend)

"Jiquli" kanala aşdı, sürücü öldü  Masallıda like
  • 26 May 22:08  
Digərləri "Jiquli" kanala aşdı, sürücü öldü Masallıda

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rəqsanənin kürəkəni azadlığa buraxıldı  Çünki... like
  • 26 May 21:51  
Şou-biznes Rəqsanənin kürəkəni azadlığa buraxıldı Çünki...

Bir neçə gün əvvəl həbs olunan müğənni Aysun İsmayılovanın keçmiş

arrow Ətraflı
Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə like
  • 26 May 21:34  
Kriminal Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə

Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova b

arrow Ətraflı
NATO və Ukrayna dialoqa başladı like
  • 26 May 21:25  
Dünya NATO və Ukrayna dialoqa başladı

NATO və Ukraynanın nümayəndələri mayın 25-26-da Brüsseldə elmi və ekol

arrow Ətraflı
Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır like
  • 26 May 21:14  
Digərləri Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır

Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti mü�

arrow Ətraflı
İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 26 May 21:00  
Siyasət İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçi

arrow Ətraflı
Türkiyədə fevraldan bu yana 38 min afterşok baş verib like
  • 26 May 20:52  
Digərləri Türkiyədə fevraldan bu yana 38 min afterşok baş verib

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 3

arrow Ətraflı
Bakının mərkəzində QORXULU ANLAR like
  • 26 May 20:41  
Digərləri Bakının mərkəzində QORXULU ANLAR

Bakının mərkəzində qorxulu anlar yaşanıb.

arrow Ətraflı
Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək istədi  Saxlanılanlar var like
  • 26 May 20:32  
Siyasət Erməni diversantlar Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək istədi Saxlanılanlar var

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayon

arrow Ətraflı
Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub"  FOTO like
  • 26 May 20:28  
Siyasət Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub" FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏ

arrow Ətraflı
Daha bir rayona sel gəldi like
  • 26 May 20:08  
Digərləri Daha bir rayona sel gəldi

Sədərək rayonuna güclü leysan yağıb, bəzi ərazilərdən sel keçib.

arrow Ətraflı