Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub" FOTO


Siyasət 26 May 2023 20:28:00 194 0

Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub"  FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun BƏƏ-yə səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin də iştirak etdiyi görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru və "Masdar" şirkətinin sədri Sultan Əhməd Əl Caberlə görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və "yaşıl" enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə "Masdar" şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş icraçı direktoru, "Masdar" şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının "Masdar" şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı (upstream) və neft-kimya üzrə layihələr (downstream), həmçinin karbohidrogen resurslarının nəqli (midstream) və "yaşıl" enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində "Sustainable Water Solutions" Holdinqinin sədri Əhməd Əl Şəmsi ilə keçirilən görüşdə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində ölkəmizlə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Daha bir rayona sel gəldi like
  • 26 May 20:08  
Digərləri Daha bir rayona sel gəldi

Sədərək rayonuna güclü leysan yağıb, bəzi ərazilərdən sel keçib.

arrow Ətraflı
Bu marşrutun sərnişinlərinə şad xəbər  Avtobuslar yeniləndi  FOTO like
  • 26 May 20:00  
Digərləri Bu marşrutun sərnişinlərinə şad xəbər Avtobuslar yeniləndi FOTO

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göst

arrow Ətraflı
“WhatsApp” Teleqramın daha bir funksiyasını oğurladı  FOTO like
  • 26 May 19:48  
Digərləri “WhatsApp” Teleqramın daha bir funksiyasını oğurladı FOTO

"WhatsApp" mesencerinin "Android"lər üçün 2.23.11.15 bet

arrow Ətraflı
Şvartsenegger rol almaq istədiyi filmi açıqladı like
  • 26 May 19:36  
Şou-biznes Şvartsenegger rol almaq istədiyi filmi açıqladı

Avstriya əsilli məşhur Hollivud kino ulduzu, 75 yaşlı Arnold Şvartsenegger

arrow Ətraflı
Saç tökülməsinə qarşı olan losyonların hansısa təhlükəsi var?  VİDEO like
  • 26 May 19:24  
Digərləri Saç tökülməsinə qarşı olan losyonların hansısa təhlükəsi var? VİDEO

Saç tökülməsi hazırki dövrdə tez - tez rast gəlinən problemlərdən bir

arrow Ətraflı
"Pul verib kökəlirəm, niyə arıqlayım?" like
  • 26 May 19:00  
Şou-biznes "Pul verib kökəlirəm, niyə arıqlayım?"

"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə

arrow Ətraflı
Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 26 May 18:52  
Siyasət Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident

arrow Ətraflı
Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü  FOTO like
  • 26 May 18:50  
Siyasət Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü FOTO

26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
BPnin regional prezidenti İlham Əliyevə təbrik ünvanlayıb like
  • 26 May 18:49  
Siyasət BPnin regional prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri C

arrow Ətraflı
NyuYorkda “Türk Evi”nə hücum edən şəxs saxlanıldı like
  • 26 May 18:46  
Dünya NyuYorkda “Türk Evi”nə hücum edən şəxs saxlanıldı

ABŞ-ın Nyu-York şəhərində yerləşən "Türk Evi"nə hücumda ş

arrow Ətraflı
Ermənistan XİN: Bu məsələ Kişinyev danışıqlarının gündəliyində deyil like
  • 26 May 18:44  
Siyasət Ermənistan XİN: Bu məsələ Kişinyev danışıqlarının gündəliyində deyil

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyev danışıql

arrow Ətraflı
İpoteka ilə bağlı qalmaqallı qərara like
  • 26 May 18:40  
Digərləri İpoteka ilə bağlı qalmaqallı qərara

Son günlərdə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 269.1,

arrow Ətraflı