Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü FOTO


Siyasət 26 May 2023 18:50:00 154 0

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü  FOTO

26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev arasında görüş keçirilib.

XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycanın BMT çərçivəsində fəaliyyətindən məmnunluq ifadə edilib, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüsləri, o cümlədən sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı yüksək qiymətləndirilib.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda, Azərbaycanın donor ölkə qismində yaxından əməkdaşlıq etdiyini bildirib. Tərəflər, həmçinin post‐münaqişə dövründə bölgədə son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikası tərəfindən bir çox ölkələrə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.

Nazir daha sonra, qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi məsələsini diqqətə çatdırıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. BMT nümayəndəsi ölkəmizi "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda mühüm beynəlxalq humanitar konfransın keçirilməsinə görə təbriklərini çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BPnin regional prezidenti İlham Əliyevə təbrik ünvanlayıb like
  • 26 May 18:49  
Siyasət BPnin regional prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri C

arrow Ətraflı
NyuYorkda “Türk Evi”nə hücum edən şəxs saxlanıldı like
  • 26 May 18:46  
Dünya NyuYorkda “Türk Evi”nə hücum edən şəxs saxlanıldı

ABŞ-ın Nyu-York şəhərində yerləşən "Türk Evi"nə hücumda ş

arrow Ətraflı
Ermənistan XİN: Bu məsələ Kişinyev danışıqlarının gündəliyində deyil like
  • 26 May 18:44  
Siyasət Ermənistan XİN: Bu məsələ Kişinyev danışıqlarının gündəliyində deyil

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyev danışıql

arrow Ətraflı
İpoteka ilə bağlı qalmaqallı qərara like
  • 26 May 18:40  
Digərləri İpoteka ilə bağlı qalmaqallı qərara

Son günlərdə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 269.1,

arrow Ətraflı
Paşinyan dilinin bəlasına düşdü  Sülhə "yox" deyə bilmir, like
  • 26 May 18:38  
Siyasət Paşinyan dilinin bəlasına düşdü Sülhə "yox" deyə bilmir,

Ermənistan Baş naziri Nikol Paşinyan sülhdən boyun qaçırır, sülhü təh

arrow Ətraflı
Bu regionda vəkil çatışmazlığı var  VİDEO like
  • 26 May 18:36  
Digərləri Bu regionda vəkil çatışmazlığı var VİDEO

Azərbaycanda 2300 nəfərdən çox vəkil var və orta hesabla yüz min vətən

arrow Ətraflı
“Plastik əməliyyata ehtiyacım yoxdur” like
  • 26 May 18:24  
Şou-biznes “Plastik əməliyyata ehtiyacım yoxdur”

"İfa etdiyim mahnılarda janr dəyişikliyi var. Nə edim? Çörək harada

arrow Ətraflı
Zakir Həsənov Gürcüstanda keçirilən hərbi paradda iştirak etdi  FOTO like
  • 26 May 18:20  
Digərləri Zakir Həsənov Gürcüstanda keçirilən hərbi paradda iştirak etdi FOTO

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri gen

arrow Ətraflı
Bu bağçanın müdiri həbs edildi  700 minlik cinayət like
  • 26 May 18:12  
Digərləri Bu bağçanın müdiri həbs edildi 700 minlik cinayət

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən i�

arrow Ətraflı
Elgiz toyda adam döyüb  Mənə deyirdi ki...  VİDEO like
  • 26 May 18:00  
Şou-biznes Elgiz toyda adam döyüb Mənə deyirdi ki... VİDEO

Aparıcı Elgiz Əkbər toyda adam döydüyünü etiraf edib.

arrow Ətraflı
Ceyhun Bayramov NATOnun xüsusi nümayəndəsi ilə görüşdü  FOTO like
  • 26 May 17:56  
Siyasət Ceyhun Bayramov NATOnun xüsusi nümayəndəsi ilə görüşdü FOTO

26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
7 yaşlı oğlunu evdə tək qoyması tənqid olundu  VİDEO like
  • 26 May 17:24  
Şou-biznes 7 yaşlı oğlunu evdə tək qoyması tənqid olundu VİDEO

Müğənni Səidə Dadaşovanın növbəti açıqlaması müzakirə yaradıb.

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı Özbəkistanda beynəlxalq festivalın mükafatına layiq görülüb  FOTO like
  • 26 May 17:22  
Kriminal Gənc Tamaşaçılar Teatrı Özbəkistanda beynəlxalq festivalın mükafatına layiq görülüb FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbək

arrow Ətraflı