Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir?


Digərləri 25 May 2023 13:55:00 124 0

Nizamsız taksi xaosu: problemdən çıxış yolu nədir?

Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlərin həm sürücüləri, həm də sərnişinləri narahat etməsi barədə sosial mediada bir çox narazılıqlara rast gəlinir. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən, vətəndaşlar isə nəzarətsiz və ehtiyacdan çox taksilərin paytaxt küçələrində yaratdığı uzun tıxaclar, eyni zamanda xaosdan şikayətlənir. Sadalanan problemlərdən çıxış yolu kimi müxtəlif versiyalar səslənsə də, vəziyyət dəyişməz olaraq qalır. Problemin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər və yeniliklər edilməsi də səslənən versiyalar arasındadır.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynli "Report"a açıqlamasında mövcud problemin əsas səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, bu problemlərin əsas səbəbi taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır.

Ekspert ölkədə taksi ilə sərnişindaşımada böyük bir xaosun, eyni zamanda qanundankənar vəziyyətin mövcud olduğunu söyləyib: "Nə qədər qəribə olsa da, bu, ilk növbədə taksi sürücülərini narahat edir. Çünki onlar gün ərzində 12-14 saat işləyir, yuxusuz və yorğun olduqları üçün qəzalar törədirlər. Həmçinin demək olar ki, həmin nəqliyyat vasitələrini idarə edənlərin çoxunda sürücü hazırlığı yoxdur. Tıxacların yaranma səbəblərindən biri də məhz bu haldır".

Ə.Hüseynov əlavə edib ki, sərnişinlərin də bəzi məsələlərlə əlaqədar haqlı narazılıqları olur:

"Qiymətlər ucuz və əlçatan olsa da xidmətin keyfiyyəti ilə bağlı problemlər kifayət qədərdir. Hər kəsə aid olmasa da, sürücülərlə sərnişinlər arasında kobud rəftar ucbatından xoşagəlməz halların yaşanması heç kimə sirr deyil. Bu problemlərin əsas səbəbi də Azərbaycanda taksi fəaliyyətinin hüquqi tənzimində və taksi fəaliyyətinə dövlət nəzarətində çox ciddi problemlərin olmasıdır. Ona görə də birinci növbədə qanunvericiliyi təkmilləşdirmək lazımdır. Qanunvericilikdə taksi aqreqatorlarının statusu, onların taksi sürücüləri ilə qarşılıqlı münasibətləri, öhdəlikləri dəqiq müəyyən olunmalıdır. Sürücülərin hansı tələblərə cavab verməli olduğu, eyni zamanda avtomobilin necə olması ilə bağlı məsələlər də öz həllini tapmalıdır. Sürücülərin iş və istirahət müddəti də dəqiq təyin edilməlidir".

Ekspert vurğulayıb ki, qaydalar müəyyən edildikdən sonra onu pozan aqreqatorlar ciddi sürətdə nəzarətə götürülməli və onlar barəsində sanksiyalar tətbiq olunmalıdır: "Bir sözlə konkret tələblərə cavab verməyənlər bu işlə məşğul ola bilmir. Bu isə özü bir limit yaradır və ölkədə həddindən artıq taksilərin fəaliyyətinin qarşısını alır. Buna dövlət nəzarəti də əslində çox qəliz məsələ deyil. Belə ki, məsələnin həlli üçün xüsusi sistem yaradılır, aqreqatorların internet portalları dövlətin nəzarət sisteminə inteqrasiya olunur. Bununla da dövlət qurumu sürücünün tələblərə uyğun olub- olmadığını asanlıqla görə bilir. Beləliklə yaranmış bir çox problem aradan qaldırılmış olur".

Naxçıvanda DYP rəisi vəzifəsindən like
  • 25 May 13:53  
Digərləri Naxçıvanda DYP rəisi vəzifəsindən

Naxçıvan Muxtar Rüspublikasının Culfa Rayon Dövlət Yol Polisi İdarəsini

arrow Ətraflı
Türkiyə Malayziyaya PUA ixrac edəcək like
  • 25 May 13:51  
Digərləri Türkiyə Malayziyaya PUA ixrac edəcək

Türkiyənin Aerokosmik Sənayesi şirkəti Malayziya Hərbi Hava qüvvələri �

arrow Ətraflı
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?” like
  • 25 May 13:49  
Şou-biznes “Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”

"Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kim

arrow Ətraflı
Bu il ABŞ vətəndaşları Türkiyədə 240a yaxın daşınmaz əmlak alıb like
  • 25 May 13:47  
Digərləri Bu il ABŞ vətəndaşları Türkiyədə 240a yaxın daşınmaz əmlak alıb

2023-ci ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 237 daş

arrow Ətraflı
Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib like
  • 25 May 13:41  
Şou-biznes Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib. 

arrow Ətraflı
Bu, Rusiyanın ən bahalı əməliyyatı oldu like
  • 25 May 13:38  
Digərləri Bu, Rusiyanın ən bahalı əməliyyatı oldu

Baxmut kampaniyası insan itkiləri baxımından Rusiya üçün ən bahalı əm�

arrow Ətraflı
Eldəniz Babayevın “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi sərgisi açılacaq like
  • 25 May 13:34  
Kriminal Eldəniz Babayevın “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi sərgisi açılacaq

Muzey Mərkəzində, 26 may saat 18:00-da, Eldəniz Babayevın "ZƏFƏR MÜ

arrow Ətraflı
“Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir” like
  • 25 May 13:29  
Digərləri “Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad

arrow Ətraflı
Çirkab su sakinlərin həyətinə dolur... like
  • 25 May 13:27  
Digərləri Çirkab su sakinlərin həyətinə dolur...

Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sa

arrow Ətraflı
ABŞ təsdiqlədi: like
  • 25 May 13:16  
Dünya ABŞ təsdiqlədi:

ABŞ administrasiyası Ukraynaya bir NASAMS yaxın və orta mənzilli hava hücu

arrow Ətraflı
Elmira Axundova 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib like
  • 25 May 13:13  
Siyasət Elmira Axundova 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Elmira Axundovanın 2-ci dərəcəli "Vətənə xi

arrow Ətraflı
Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI like
  • 25 May 13:12  
Siyasət Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI

2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürü

arrow Ətraflı
Ferdinand Romualdez Markos İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 25 May 13:12  
Siyasət Ferdinand Romualdez Markos İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Filippin Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbri

arrow Ətraflı
Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb like
  • 25 May 13:11  
Digərləri Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb

Şuşada elektrik enerjisinin paylanması üçün infrastrukturun yaradılması

arrow Ətraflı
Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub like
  • 25 May 13:10  
Digərləri Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub

Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub.

arrow Ətraflı