“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”


Şou-biznes 25 May 2023 13:49:00 124 0

“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”

"Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kimi oynaya bilmərəm. Onlar bizim kimi oynaya bilərlərsə, lap yaxşı. Bu gün taksidən istifadə edirdim, cavan bir uşaq idi, məni o dəqiqə tanıdı. Maşından düşənə qədər "Bəxt üzüyü" filmindən danışdı. Mən özüm də köhnə filmlərimizə böyük həvəslə baxıram. "Bəxtiyar" filmində Ağasadıq Gəraybəylinin obrazı mənim üçün bütün dünya aktyorlarının obrazına bərabərdir. İndiki cavanlar bu yolu tutublar, tamaşaçını bu cür tərbiyə edirlər. Öz işləridir. Onlar da bu gün üçün yadda qalırlar. Müğənnilərdə də bu var. Bu gün qulaq asdığın mahnı, sabah yaddan çıxır. Amma Şövkət Ələkbərovaya həmişə qulaq asırsan. Yadda qalmaq, içəriyə hopmaq başqa şeydir"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.

"Bəxt üzüyü" filmini qətiyyən izləmirəm. Mən ona çəkilmişəm, bitib. Özümə daha niyə baxım ki?! Gün ərzində saçımı darayanda təkcə güzgüyə baxıram. Mən başqasının çəkildiyi filmləri izləyirəm. Bu mənim xasiyyətimdir. Mən bu əsərin tamaşasını Sumqayıt Dövlət Dram Teatrında da oynamışam. Böyük aktyor kollektivi var idi. Tamaşada Seda obrazını teatrımızın istedadlı aktrisası Yasəmən Məmmədova (Malik) oynayırdı. Filmdə də o çəkiləcəkdi, amma elə alındı ki, rəhmətlik Firəngiz Rəhimbəyova çəkildi. Tamaşanı götürüb filmə köçürmək kino yaradıcılığından bir az uzaqdır. Tamaşa çox məşhur idi. Teatrda oynayanları artıq qəbul etmişdilər. Afaq xanımla mənim obrazımı başqa aktyor, aktrisa bəlkə də bizdən yaxşı oynayardı, amma bizi tamaşaçılar teatr tamaşasından artıq qəbul etmişdilər. Əliağa Ağayevdən sonra nə qədər aktyor Məşədi İbad rolunu oynadı, amma heç biri onun qədər sevilmədi" deyə sənətkar bildirib.

"Filmdə Moşu ilə Sedanın o vaxt üçün çox açıq-saçıq sayılan sözləri, səhnəcikləri var idi. Sizi bu rolunuzdan sonra tənqid edənlər oldu?" sualına sənətkar belə cavab verib.

"Xeyr, heç bir tənqid olunmayıb. Əksinə, yolda görəndə məndən soruşurlar ki, "sən o açarı niyə götürmədin?" (gülür). Orada söyüş, falan yox idi. Müəllif tragikomediya janrında yazdığı əsərinə bir az yumor qatıb" deyə aktyor bildirib.

Valeh Kərimov 45 il çalışdığı Sumqayıt Dövlət Dram Teatrından işdən çıxarılmasını hələ də qəbul edə bilmir.

"Teatrda yaşlı aktyorun da öz yeri var, cavan aktyorun da. Mən demirəm ki, "Romeo və Cülyetta" əsərində Romeonu oynayım. Ən azından Romeonun dədəsini oynaya bilərdim. Cavanın başına pudra töküb, bığını, saqqalını ağartmaqla deyil ki. Teatrda cavan yaxud qoca sözü yoxdur. Aktyor sözü var. "Qaraca qız" tamaşasını səhnələşdirib mənə Piri baba rolunu verə bilərsən də. Bu bəhanədir. Ştatları boşaldıb, cavan aktyorları işə götürmək bəhanəsidir. Məndən çox cavanlara dəstək olan yoxdur. Onlara həmişə hörmət etmişəm, dəstək olmuşam. 45 ildir çalışdığım Sumqayıt Dövlət Dram Teatrında heç bir gənc deyə bilməz ki, Valeh müəllim bizə mane olub. Hazırda Mingəçevir Dövlət Dram Teatrında çalışıram" deyə aktyor bildirib.

Bu il ABŞ vətəndaşları Türkiyədə 240a yaxın daşınmaz əmlak alıb like
  • 25 May 13:47  
Digərləri Bu il ABŞ vətəndaşları Türkiyədə 240a yaxın daşınmaz əmlak alıb

2023-ci ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 237 daş

arrow Ətraflı
Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib like
  • 25 May 13:41  
Şou-biznes Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib. 

arrow Ətraflı
Bu, Rusiyanın ən bahalı əməliyyatı oldu like
  • 25 May 13:38  
Digərləri Bu, Rusiyanın ən bahalı əməliyyatı oldu

Baxmut kampaniyası insan itkiləri baxımından Rusiya üçün ən bahalı əm�

arrow Ətraflı
Eldəniz Babayevın “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi sərgisi açılacaq like
  • 25 May 13:34  
Kriminal Eldəniz Babayevın “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi sərgisi açılacaq

Muzey Mərkəzində, 26 may saat 18:00-da, Eldəniz Babayevın "ZƏFƏR MÜ

arrow Ətraflı
“Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir” like
  • 25 May 13:29  
Digərləri “Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazad

arrow Ətraflı
Çirkab su sakinlərin həyətinə dolur... like
  • 25 May 13:27  
Digərləri Çirkab su sakinlərin həyətinə dolur...

Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sa

arrow Ətraflı
ABŞ təsdiqlədi: like
  • 25 May 13:16  
Dünya ABŞ təsdiqlədi:

ABŞ administrasiyası Ukraynaya bir NASAMS yaxın və orta mənzilli hava hücu

arrow Ətraflı
Elmira Axundova 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib like
  • 25 May 13:13  
Siyasət Elmira Axundova 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Elmira Axundovanın 2-ci dərəcəli "Vətənə xi

arrow Ətraflı
Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI like
  • 25 May 13:12  
Siyasət Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI

2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürü

arrow Ətraflı
Ferdinand Romualdez Markos İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 25 May 13:12  
Siyasət Ferdinand Romualdez Markos İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Filippin Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbri

arrow Ətraflı
Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb like
  • 25 May 13:11  
Digərləri Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb

Şuşada elektrik enerjisinin paylanması üçün infrastrukturun yaradılması

arrow Ətraflı
Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub like
  • 25 May 13:10  
Digərləri Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub

Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub.

arrow Ətraflı
Laçına qayıdışa SAYILI günlər qalıb... like
  • 25 May 13:05  
Digərləri Laçına qayıdışa SAYILI günlər qalıb...

Laçınlıların 31 illik həsrəti bitir.

arrow Ətraflı
CNN: Ərdoğanın qələbəsi artıq müzakirə edilmir… like
  • 25 May 12:54  
Digərləri CNN: Ərdoğanın qələbəsi artıq müzakirə edilmir…

Türkiyədə baş verən fəlakətli zəlzələdən sonra çoxları düşünürd

arrow Ətraflı
Məşhur aktyor qızlarına sevgililərindən ayrılmağa necə kömək edir? like
  • 25 May 12:43  
Şou-biznes Məşhur aktyor qızlarına sevgililərindən ayrılmağa necə kömək edir?

Hollivud ulduzu Silvestr Stallonenin qızları atalarının onlara şəxsi həya

arrow Ətraflı