Paşinyanın əməli ilə sözü uyğun gəlmir Ekspert


Siyasət 18 May 2023 18:26:00 113 0

Paşinyanın əməli ilə sözü uyğun gəlmir  Ekspert

Azərbaycan regionda sülhün təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində önəmli təşəbbüslərlə çıxış edir. Beynəlxalq birlik də bu təşəbbüsləri dəstəkləyir. Əslində, 10 noyabr birgə bəyanatının imzalanmasından sonra problemin köklü həllinə tezliklə nail olunacağına ümidlər çox olsa da, Paşinyanın ikili oyunları sülhün əldə edilməsinə mane olur. Çünki erməni tərəfi 10 noyabr razılaşmasının bir sıra bəndlərini hələ də yerinə yetirməyib. Buraya qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan tam çıxarılması, regionda bütün kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etmək daxildir. Rəsmi İrəvan hələ də bu yöndə öhdəliklərini yerinə yetirməyib".

Bunu Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş bir daha rəsmi Bakının iradəsini ortaya qoydu: "Ermənistan Brüsseldə bu formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda Paşinyan yenə də bu formatda iştiraka öz razılıq verməyə məcbur oldu. Paşinyan israrlı şəkildə bu formatda iştirak etməyəcəyini desə də Brüsselə gəlməli oldu. Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmir. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını sübut edən danılmaz faktdır".

Qurum rəsmisi bildirib ki, N.Paşinyan hər dəfə hərbi təxribat və insidentlərə əl atmaqla əslində sülhün imzalanmasına maraqlı olmadığını göstərir: "Yəni Paşinyanın rəhbərliyi altında Ermənistan hökumətinin atdığı addımlar sülhü istəmədiyini, lakin bəyanatda isə sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu göstərir. Belə olan halda aparılan təhlillərdən aydın olur ki, bəlkə, heç Paşinyan özü nə istədiyini bilmir. Məncə, bilir və onun əsas niyyəti budur ki, hakimiyyətini qoruyub-saxlasın. Bunun üçün isə ona manevr etmək lazımdır və hazırda Paşinyan məhz bununla məşğuldur. Kreml Paşinyandan inciyir, Ağ Ev isə onu öz tərəfinə çəkmək arzusundadır. Hər iki tərəf həm vəd verir, həm də hədələyir. Ermənistan da həmişə olduğu kimi bazar daxılında satılmalı olan keyfiyyətsiz mal kimi qalıb ortada - bilmir özünü kimə və neçəyə sırısın. Sürətlə dəyişən geosiyasi dinamikanın küləkləri Ermənistan adlı dövləti quyunun dibinə sala bilər".

Ekspert bildirib ki, Paşinyan unutmamalıdır ki, torpaqlarımızın 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan problemin sülh yolu ilə tənzimlənməsi üçün bütün mümkün cəhdləri etdi: "İşğala məruz qalan tərəf olmasına baxmayaraq, ölkəmiz bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Amma Ermənistanın qeyri-adekvat davranışları Azərbaycan dövlətinə əks-həmlə əməliyyatlarından başqa yol buraxmadı. 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atan N.Paşinyan bu gün sülhün təmin olunmasına qarşı çıxmaqla heç nəyə nail olmayacaq. Hazırda Ermənistanın baş naziri beynəlxalq vasitəçilər- Avropa İttifaqı, Rusiya və ABŞ arasında "manevrlər" etməyə çalışır və düşünür ki, bu addımlarla sülh prosesini uzadaraq ölkəsinin xeyrinə nəyisə dəyişdirə biləcək. Amma Paşinyan unudur ki, onun limiti də, bu kimi uğursuz cəhdləri də tükənmək üzrədir. Nəticədə uduzan yenə də Ermənistan olacaq".

"Tesla Bot" insan kimi yeriyir  VİDEO like
  • 18 May 18:24  
Digərləri "Tesla Bot" insan kimi yeriyir VİDEO

"Tesla", keçən ilin sonunda "Optimus" kod adlı pilotsuz r

arrow Ətraflı
"Bu da vətəndaşların cibinə sərf edir"  VİDEO like
  • 18 May 18:12  
Digərləri "Bu da vətəndaşların cibinə sərf edir" VİDEO

Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından biri Azərbayca

arrow Ətraflı
İran saatı Mübariz Əhmədoğlu ilə Fransaİran: Platonik məhəbbət like
  • 18 May 18:04  
Digərləri İran saatı Mübariz Əhmədoğlu ilə Fransaİran: Platonik məhəbbət

Fransa məhz Qacarların dövründə İrana gəlmişdi, daha dəqiqi dəvət olu

arrow Ətraflı
Yeni boşanan Demet Umutla eşq yaşayır?  FOTO like
  • 18 May 17:24  
Şou-biznes Yeni boşanan Demet Umutla eşq yaşayır? FOTO

"Adım Farah" serialında rol alan aktrisa Demet Özdəmirin yeni eş

arrow Ətraflı
Azərbaycanda pensiya və müavinətlər artırılıb  16,1 faiz like
  • 18 May 16:58  
Digərləri Azərbaycanda pensiya və müavinətlər artırılıb 16,1 faiz

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdiril

arrow Ətraflı
Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır  VİDEO like
  • 18 May 16:54  
Digərləri Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır VİDEO

Mağazalarda satılan hazır və ya  şəkərli qidalar, fəst fud məhsulları

arrow Ətraflı
Böyük ölçülü modeldən bədən nümayişi  FOTO like
  • 18 May 16:42  
Şou-biznes Böyük ölçülü modeldən bədən nümayişi FOTO

Böyük ölçülü model İzabelle Nikolls çimərlik geyimində fotosunu yayım

arrow Ətraflı
Markov: Əgər Aşotu qaçırmağa cəhd edirlərsə... like
  • 18 May 16:30  
Digərləri Markov: Əgər Aşotu qaçırmağa cəhd edirlərsə...

Paşinyanla bağlı dram. Onun oğlu Aşotu "Oğulların çağırışı&quo

arrow Ətraflı
"Ermənistan təxribata davam edərsə, Azərbaycan daha sərt addım atacaq" like
  • 18 May 16:28  
Siyasət "Ermənistan təxribata davam edərsə, Azərbaycan daha sərt addım atacaq"

Ermənistan təmas xəttində təxribatı məqsədli şəkildə törədir.

arrow Ətraflı
Şahzadə və xanımı qəzaya düşdü like
  • 18 May 16:26  
Dünya Şahzadə və xanımı qəzaya düşdü

Şahzadə Herri və xanımı Meqan Markl avtomobil qəzası keçirib.

arrow Ətraflı
Bu məktəb bağlanır  VİDEO like
  • 18 May 16:18  
Digərləri Bu məktəb bağlanır VİDEO

Şirvan şəhərində yerləsən 14 saylı məktəbin bağlanacağı barədə m�

arrow Ətraflı
Ermənistan sülh danışıqlarını yenidən pozmaq istəyir  Ekspert like
  • 18 May 16:08  
Digərləri Ermənistan sülh danışıqlarını yenidən pozmaq istəyir Ekspert

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellic�

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 18 May 16:08  
Digərləri Azərbaycanda zəlzələ olub

Mayın 18-də Xınalıq seysmoloji stansiyasından 14 kilometr şərqdə - Quba

arrow Ətraflı
41 yaşlı model yarıqlı libası ilə diqqət çəkdi  FOTO like
  • 18 May 16:06  
Şou-biznes 41 yaşlı model yarıqlı libası ilə diqqət çəkdi FOTO

Braziliyalı supermodel, keçmiş "Victoria's Secret"in "məl

arrow Ətraflı