İran saatı Mübariz Əhmədoğlu ilə Fransaİran: Platonik məhəbbət


Digərləri 18 May 2023 18:04:00 125 0

İran saatı Mübariz Əhmədoğlu ilə Fransaİran: Platonik məhəbbət

Fransa məhz Qacarların dövründə İrana gəlmişdi, daha dəqiqi dəvət olunmuşdu. Böyük Britaniya artıq o vaxt İranda idi və Böyük Britaniyanın təsiri altında olan İrana çar Rusiyası müharibə elan etdi, İran uduzdu. Gülüstan müqaviləsi bağlandı və İranın tabeçiliyində olan ərazilərinin bir qismi çar Rusiyasına verildi. Fransaya güvənən İran hakimiyyətində Rusiyaya uduzulan torpağı geri qaytarmaq  məsələsi gündəliyə gətirildi. Əmin idilər ki, qalib gələcəkdilər. Ona görə 1827-ci ildə İran torpaqlarını geri qaytarmaq məqsədilə müharibə elan etdi. İngiltərə ilə Fransa arasında olan intriqalar İranı daha ağır vəziyyətə saldı. Əvvəlkindən böyük ərazini çar Rusiyasına uduzmalı oldu. Çar ordusu Təbrizdən Tehrana gedən yolun ortasında dayandı. Avropa tərəfindən gərginliyi nəzərə alaraq çar ordusu geri qayıtdı və Təbrizin altında Türkmənçay kəndində yeni müqavilə imzalandı.

602 il ömrü olan, 3 qitədən torpaq götürən Osmanlı imperiyasının dağılması o dövrdə çox böyük hadisə oldu və Avropada ən azı 2 dövlətin-İngiltərə və Fransanın iştahı xeyli artdı. Fransa İngiltərə ilə danışıqlarda İranı da özünə götürmək istədi, vermədi. Əvəzində İraq və Suriya Fransanın payına düşdü. Az keçmiş İraqı da Fransanın təsir zonasından çıxartdılar. O zaman yaranan coğrafi landşaft indiyə qədər davam edir. Şah İranının SSRİ ilə iqtisadi əlaqələri ABŞ-ı narahat edirdi. İran əhalisini dolandırmaq üçün SSRİ ilə əməkdaşlığa getdi. Ağır sənaye, metallurgiya sahəsində iri layihələr reallaşdırıldı.  İranda taxıl qıtlığı var idi. SSRİ də taxıl bolluğu idi. Bu variantlar SSRİ üçün də sərfəli idi. Çünki o zaman Xəzərdə qaz, neft yataqları kəşf olunmamışdı. Qafqaz üçün qazı Tümendən  (Sibir) nəql etməli idi. Tümendən nəql etməkdənsə İran qazını nəql etmək SSRİ-yə daha ucuz başa gəlirdi. 1970-ci illərdə Astara-Qazıməmməd-Qazax qaz kəməri istifadəyə verildi. Kənd əhalisini dolandırmaqdan ötrü torpağı kəndliyə vermək məcburiyyətində qaldı. Çünki o vaxta qədər torpaq mülkiyyətçiliyi bir neçə dəfə dəyişdirilmişdi, effekt verməmişdi. O zaman bu, ABŞ-a İran şahının "qırmızı" SSRİ-ni təqlid etdiyi kimi göründü və islahatını "ağ inqilab" adlandırdılar. Beyində Sovet İttifaqındakı "qırmızı inqilab" yada düşürdü. V.İ.Lenin də torpağı kəndlilərə verməklə əhalinin xeyli hissəsini özünə tərəf çəkmişdi və şah getməli idi. 

ABŞ Xomeyninin fəaliyyətindən xəbərdar idi və hətta bəzi mötəbər mənbələrə görə Xomeyni ABŞ prezidentlərinə müraciətlər edirdi. Şərikli idarəçiliyə müəyyən çağırışlar edirdi. Şahdan narazılığın müəyyən bir həddində ABŞ Xomeyniyə fikir verdi və onu Fransaya gətirdi.

İran İslam inqilabının startının həlledici tamamlama işləri məhz Fransada, paytaxt Paris ətrafında Nofl-le-Şato kəndində baş verdi. İmam Xomeyni həmişə şahın əleyhinə olub. Əleyhinə olduğuna görə də Türkiyəyə sürgün etdilər. Bir müddətdən sonra şah hökuməti onun Türkiyədəki fəaliyyətini də təhlükəli bilərək oradan çıxartdı və İraqın Nəcəf şəhərinə gəldi. 13 il Nəcəfdə yaşadıqdan sonra Fransaya köçürüldü. Baş verənlər təsadüfi deyildi. Çünki ABŞ-ın diqqəti onun üzərində idi və məhz bu səbəbdən də Parisin kənarında təhlükəsizlik zəmanəti ilə altı ay müddətinə yaşadı. Əslində bu, İran İslam inqilabının liderinin öz arzusu ilə reallaşdı. Çünki Nəcəfdən İrana məktub göndərmək, İranda məktubu çoxaltmaq və sonradan məscidlərdə moizə şəklində təqdim etmək uzun vaxta başa gələn proses idi. Xomeyninin hər gün başına Qərb jurnalistləri toplaşırdı və onlar istər-istəməz onun fikirlərini dünya mətbuatına çıxarırdılar. Bu fikirlər İranda da oxunurdu. Hadisələr yetişdikcə artıq mətbuata çıxışlarının, hətta mətbuat konfranslarının sayı da artırdı. Xomeyninin İranda islamı inqilab, ABŞ-ın şahı devirmək planlarının reallaşması ən yaxı vəziyyət yaradılmışdı. Parisdən Tehrana Seyid Ruhulla Xomeynini gətirən təyyarədən düşərkən Xomeyninin qoluna girən də iranlı deyildi, Fransa təhlükəsizlik xidmətinin zabiti idi və şəxsən S.R.Xomeyninin təhlükəsizliyinə başı ilə cavab verirdi. Bütün bunların ümumilikdə kuratoru ABŞ idi.

Əlcəzairdə soyqırım törədən Fransa digər ərəblərə zülm edib. Bu da İranın Fransaya sevgisini artıran parametrdir.

Total və Aerobusla müqavilələrin iki ölkə arasındakı münasibətlərdə rolu var, amma həlledici olmadı. 

İndi İranda mollalar hakimiyyətdədir və onların hakimiyyətə gətirilməsində Fransanın vacib mərhələ olduğunu nəzərə alaraq Fransaya xüsusi məhəbbətləri var. İranda uzun müddət Fransanın mədəniyyət mərkəzi fəaliyyət göstərib. Bu Tehranda böyük institut idi. Bu dövr ərzində Fransa siyasətçiləri İran İslam inqilabının rəhbərinin və İranın indiki dini liderinə ünvanına kəskin fikirlər səsləndirirdilər. Fransa mətbuatında anti-İran, anti-din yazılar gedirdi. Hər il "Şarl Edbo" jurnalı da Həzrəti Peyğəmbərin karikaturasını çəkirdi və nəhayət ali dini liderin karikaturasını çəkən kimi Tehranda Fransanın mədəniyyət mərkəzinin fəaliyyətini dayandırdılar. Xüsusi olaraq qeyd edək ki, uzun müddət anti-İslam, anti-Peyğəmbər təbliğat apardığı dövrdə Fransanın Tehranda mədəniyyət mərkəzi fəaliyyət göstərib. O İran ki, Fransada hər il anti-İslami hərəkatlarda digər müsəlman dövlətlərinin başına qışqırırdı ki, niyə Fransaya cavab vermirsiniz. Özü isə Fransaya böyük şərait yaratmışdı. Mədəniyyət mərkəzinin ləğv olunması Fransa ilə İran arasında əlaqələrin zəifləməsinə gətirib çıxartmadı. Əlaqələr eyni ilə əvvəlki vəziyyətdə davam edir.

Bu siyasi-tarixi ekskurs İranın Fransa ilə olan münasibətlərinin tarixini göstərsə də, indiki dövrdə iki ölkənin münasibətlərində baş verənlər qat-qat irəliyə gedib. Bu tək Sepahın Avropada terrorçu təşkilatlar siyahısına salınmamasında Fransanın köməyi ilə bağlı  deyil. Fransanı  İrana şirin göstərən indiki amillərdən biri Fransanın Avropa dövlətləri içərisində ən qatı anti-Azərbaycan ermənipərəst olmasıdır. Hazırda Fransanın anti-Azərbaycançılığı ermənipərəstliyindən bəlkə də daha çoxdur. Çünki Fransada Azərbaycan Türkiyənin əlavəsi kimi görünür və buna görə də Fransada  belə hesab edirlər ki, Türkiyəyə qarşı mübarizə aparmağın ən vacib tərkib hissələrindən biri Azərbaycana təzyiq etməkdir. Ona görə də Ermənistana bu qədər dəstək verirlər. Ortada elə arqumentlər var ki, Fransanın erməni məsələsinə laqeyd olduğunu göstərir. Vaxtilə Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, hətta yaxında fəaliyyətini dayandıran casus peykimiz "Azərsky"nin Fransa tərəfindən verilməsi faktdır. 

Fransada erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Armen Papazyan Mitterandan bu yana bütün Fransa prezidentləri ilə ən azı ildə iki dəfə görüşüb, onların məclisində iştirak edib və yaxud Papazyan tədbir təşkil etdikdə Fransa prezidentləri o tədbirlərdə iştirak ediblər. Nikol Paşinyan 5-6 ay bundan öncə A.Papazyanı Ermənistana buraxmadı. Həmin o hadisədən də sonra Paşinyanla Makron qucaqlaşıb, öpüşməkdə davam edir. Fransada erməninin  sifəti A.Papazyan idi. Ehtimal ki, bu ermənilik məsələsi deyil, 

Fransa sadəcə Ermənistana anti-Türkiyə plastarm kimi baxır. Ermənistanı, xristianı müdafiə adı ilə özü üçün Avropada yeni imic, qazanmaq, nüfuz dairəsini genişləndirmək istəyir. 

Cənubi Qafqazı İslam-xristian qarşıdurma məkanına çevirmək Fransanın maraqlarına cavab verir. Bu anlamlarda da İran Fransaya daha çox maraq göstərir.  Çünki Fransa Avropada Ermənistanın ruporuna çevrilib. İran isə Ermənistanın güclənməsində maraqlıdır, çünki Ermənistan çox güclü anti-Azərbaycan fəaliyyətə başlayıb.  Ermənistandan  təxminən 150 km məsafədə, Araz çayının qırağında İran Fransa üçün baza rolu oynaya bilən ərazi "verib". Bu, Ərdəbil vilayətinin Parsabad şəhərində İran-Fransa birgə aqro müəssisədir. Beləliklə çox asanlıqla Fransa istəsə məhsullarını, ikili texnologiyalarını, lazım olsa hərbi silahlarını İran ərazisi ilə Ermənistan ərazisinə göndərə bilər. 

Mübariz Əhmədoğlu Siyasi İnnovasiya və Texnologiya Mərkəzi 18 may 2023-cü il

Yeni boşanan Demet Umutla eşq yaşayır?  FOTO like
  • 18 May 17:24  
Şou-biznes Yeni boşanan Demet Umutla eşq yaşayır? FOTO

"Adım Farah" serialında rol alan aktrisa Demet Özdəmirin yeni eş

arrow Ətraflı
Azərbaycanda pensiya və müavinətlər artırılıb  16,1 faiz like
  • 18 May 16:58  
Digərləri Azərbaycanda pensiya və müavinətlər artırılıb 16,1 faiz

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdiril

arrow Ətraflı
Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır  VİDEO like
  • 18 May 16:54  
Digərləri Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır VİDEO

Mağazalarda satılan hazır və ya  şəkərli qidalar, fəst fud məhsulları

arrow Ətraflı
Böyük ölçülü modeldən bədən nümayişi  FOTO like
  • 18 May 16:42  
Şou-biznes Böyük ölçülü modeldən bədən nümayişi FOTO

Böyük ölçülü model İzabelle Nikolls çimərlik geyimində fotosunu yayım

arrow Ətraflı
Markov: Əgər Aşotu qaçırmağa cəhd edirlərsə... like
  • 18 May 16:30  
Digərləri Markov: Əgər Aşotu qaçırmağa cəhd edirlərsə...

Paşinyanla bağlı dram. Onun oğlu Aşotu "Oğulların çağırışı&quo

arrow Ətraflı
"Ermənistan təxribata davam edərsə, Azərbaycan daha sərt addım atacaq" like
  • 18 May 16:28  
Siyasət "Ermənistan təxribata davam edərsə, Azərbaycan daha sərt addım atacaq"

Ermənistan təmas xəttində təxribatı məqsədli şəkildə törədir.

arrow Ətraflı
Şahzadə və xanımı qəzaya düşdü like
  • 18 May 16:26  
Dünya Şahzadə və xanımı qəzaya düşdü

Şahzadə Herri və xanımı Meqan Markl avtomobil qəzası keçirib.

arrow Ətraflı
Bu məktəb bağlanır  VİDEO like
  • 18 May 16:18  
Digərləri Bu məktəb bağlanır VİDEO

Şirvan şəhərində yerləsən 14 saylı məktəbin bağlanacağı barədə m�

arrow Ətraflı
Ermənistan sülh danışıqlarını yenidən pozmaq istəyir  Ekspert like
  • 18 May 16:08  
Digərləri Ermənistan sülh danışıqlarını yenidən pozmaq istəyir Ekspert

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellic�

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 18 May 16:08  
Digərləri Azərbaycanda zəlzələ olub

Mayın 18-də Xınalıq seysmoloji stansiyasından 14 kilometr şərqdə - Quba

arrow Ətraflı
41 yaşlı model yarıqlı libası ilə diqqət çəkdi  FOTO like
  • 18 May 16:06  
Şou-biznes 41 yaşlı model yarıqlı libası ilə diqqət çəkdi FOTO

Braziliyalı supermodel, keçmiş "Victoria's Secret"in "məl

arrow Ətraflı
Ordumuz Ermənistana girməlidir  Hərbi ekspert like
  • 18 May 15:52  
Dünya Ordumuz Ermənistana girməlidir Hərbi ekspert

Biz dəfələrlə Ermənistanın sülh danışıqları ilə bağlı proseslər �

arrow Ətraflı