“Sülh” vasitəçilərinə sığınıb, sülhü gecikdirən Ermənistan


Siyasət 18 May 2023 14:31:00 135 0

“Sülh” vasitəçilərinə sığınıb, sülhü gecikdirən Ermənistan

Tərəfləri sülhə çağıran vasitəçilər normallaşma prosesinə hər vəchlə zərbə vurmağa çalışan, iki ölkə arasında sülh müqaviləsinin imzlanmasını ləngitməyə çalışan Ermənistanı və onun Qarabağdakı qanunsuz silahlı birləşmələrini görməzdən gəlməyə davam edir.

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Xəbərdarlıqlara baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan Vaşinqton görüşü iki ölkə arasında münasibətlərin normallaşması, sülhə addım kimi görünsə də, reallıq tam fərqlidir. Ermənistan sülhə maraqlı deyil və bunu hər fürsətdə göstərməyə davam edir. Ermənistan tərəfindən sərhəddə təxribatın mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş fonunda törədilməsidə də bunun göstəricisi idi.

İrəvan kənardan, özünün belə hardan gələcəyini dəqiqləşdirə bilmədiyi yardım əlinə ümid bəsləyərək yeni reallıqları inkar edir. Yeniliklərə açıq olmadığı elə davranışlarından bəllidir. 30 illik işğal boyunca və işğaldan sonrakı dövrdə eyni təxribatlar, eyni iddialar...

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşdə də Ermənistan hər zaman olduğu kimi gözlədiyi nəticəni ala bilmədi. Ş.Mişel görüşün yekunlarına dair mətbuata açıqlaması zamanı qeyd edib ki, əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi.

"Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır", - deyə bəyanatda qeyd edilib.

Mətbuata bəyanatdan dərhal sonra Ermənistanın daha bir uğursuz çırpınışı gecikmədi. Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutdu.

Vasitəçilərlə keçirilən görüşlərdən Ermənistanın hər hansı bir gözləntisi olmadığı, sülh tərəfdarı olmadığı destruktiv yanaşmasından bəllidir. Azərbaycan isə bir daha sərgildəyi mövqe ilə, sülh tərəfdarı olması və sülhü təklif edən tərəf olmasını hər kəsə sübut etdi. Ermənistan görüşlərdən öncə sərhəddə təxribatlar törədərək gündəliyi dəyişməyə çalışsada, reallıq göz qabağındadır. Bu cür manipulyativ davranışlarla İrəvan yalnızca xalqını aldadıb vaxt qazana bilər.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan yenə də beynəlxalq platformada qəbul etdi ki, Qarabağ Azərbaycandır. Baxmayaraq ki, Paşinyan ara-sıra bu cür sülh tərəfdarı olması yönündə çıxşlar edir. Lakin görünür bu çıxışlar sadəcə beynəlxalq arenadan xal yığımağa hesablanıb.

Ermənistanın sülhə tezliklə razı olması və qəbul etməsinə inanmaq yumşaq desək sadəlövhlük olardı. Necə ki, onlar hələ də sədaləövhcəsinə revanşist düşüncələrə sahibdir və yaranan reallığı dəyişə biləcəyinə ümid bəsləyirlər. Bu zaman qədər kənardan gələn düşüncə və fikirlərlə idarə olunan və hərəkət edən, xalqının gələcəyini günbəgün qaranlıqlaşdırmağa davam edən Paşinyan qarşısına çıxan şansı əldən buraxmağa davam edir. Arxasında duran qüvvələrə güvənərək sülhü gecikdirməyə çalışıb vaxt qazanmağa çalışsa da, gözlədiyi və istədiyi nəticəni əldə edə bilmir. Gec ya tez ona dəstək olan havadarları da nəticəsizlikdən və zəif dövlətə daima dəstək olmaqdan boyun qaçıracaq.

Maraqlıdır ki, regionda sülhə vasitəçilik etmək istəyənlər, danışıqlar təşkil edənlər Ermənistanı bu düşüncələrdən çəkindirmədən sülhə nail oluna biləcəyini necə düşünürlər?

Azərbaycan üçün əsas nəticədir. Ermənistanın nə düşündüyündən və nə etdiyindən asılı olmayaraq, Azərbaycan öz hədəflərinə addım-addım çatır.

Humay Ağacanova TREND  

Türkiyə yerli F16 istehsal edəcək like
  • 18 May 14:23  
Digərləri Türkiyə yerli F16 istehsal edəcək

Türkiyə müdafiə sənayesində xaricdən asılılığı azaltmaq üçün &quo

arrow Ətraflı
Erməni deputat hakimiyyəti narkomafiya ilə əlaqədə like
  • 18 May 14:12  
Dünya Erməni deputat hakimiyyəti narkomafiya ilə əlaqədə

Ermənistan rəhbərliyində olan adamlar narkotik mafiyası ilə bağlıdır v�

arrow Ətraflı
Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi like
  • 18 May 14:11  
Digərləri Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi

Xidmət keyfiyyətinin yüksəkliyinə önəm verən Ziraat Bank Azərbaycan, m�

arrow Ətraflı
Azərbaycan on minlərlə insanın ölümünə səbəb olan virusa qarşı like
  • 18 May 14:02  
Digərləri Azərbaycan on minlərlə insanın ölümünə səbəb olan virusa qarşı

Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Bi

arrow Ətraflı
Məşhur müğənni arvadının 35 yaşını bu foto ilə təbrik etdi like
  • 18 May 14:01  
Şou-biznes Məşhur müğənni arvadının 35 yaşını bu foto ilə təbrik etdi

Amerikalı musiqiçi Adam Levin həyat yoldaşı model Behati Prinslunun ad gün

arrow Ətraflı
Meryem Üzerli Kann Festivalında görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ like
  • 18 May 13:50  
Şou-biznes Meryem Üzerli Kann Festivalında görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ

Ötən gün Kann Film Festivalının açılışında dəvətlilər arasında par

arrow Ətraflı
ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT Hava Hücumundan Müdafiə sistemi sınaqdan keçiriləcək like
  • 18 May 13:44  
Digərləri ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT Hava Hücumundan Müdafiə sistemi sınaqdan keçiriləcək

Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT yaxın mənzilli Hava

arrow Ətraflı
Azərbaycan nə etdiyini bilir: Vaşinqton nə istədiyini anlayırmı? like
  • 18 May 13:40  
Siyasət Azərbaycan nə etdiyini bilir: Vaşinqton nə istədiyini anlayırmı?

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini və vicdan azadlıqların

arrow Ətraflı
“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi like
  • 18 May 13:35  
Siyasət “Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi

Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlx

arrow Ətraflı
Tanınmış aktyor boşandı like
  • 18 May 13:28  
Şou-biznes Tanınmış aktyor boşandı

"Mucize" filmi ilə daha da məşhurlaşan aktyor Mert Turak şəxsi h

arrow Ətraflı
Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi? like
  • 18 May 13:17  
Digərləri Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi?

Türkiyədə 14 may seçkiləri yalnız Türkiyə daxilində hadisə deyildi, ql

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib  FOTO like
  • 18 May 13:12  
Siyasət İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Pərəstişkarını polisə verdi like
  • 18 May 13:06  
Şou-biznes Pərəstişkarını polisə verdi

Məşhur amerikalı müğənni Ledi Qaqa Malibuda yerləşən evinin ətarfında

arrow Ətraflı