Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi


Digərləri 18 May 2023 14:11:00 115 0

Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi

Xidmət keyfiyyətinin yüksəkliyinə önəm verən Ziraat Bank Azərbaycan, müştərilərinin rahatlığı üçün  son texnoloji yenilikləri tətbiq etməyə davam edir. Belə ki, Bank Google PayTM xidmətini  Mastercard istifadəçiləri üçün  aktiv etdi. Qeyd edək ki, daha öncə bu xidmət Ziraat Bank Azərbaycan tərəfindən VİSA kart sahibləri üçün aktiv edilmişdir. Artıq Bankın müştəriləri Ziraat Bank Azərbaycana məxsus istənilən kartı Google WalletTM-ə əlavə etməklə rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.

Qeyd edək ki, Google PayTM  ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet™ tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus ödəniş kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.

Ziraat Bank Azərbaycana məxsus ödəniş kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Link: https://ziraatbank.az/az/onlayn-bank-kart-sifarisi. Qeyd edək ki, kart sifarişini həmçinin bankın istənilən filialına tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən ödəniş kartları AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, BankınFacebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azərbaycan on minlərlə insanın ölümünə səbəb olan virusa qarşı like
  • 18 May 14:02  
Digərləri Azərbaycan on minlərlə insanın ölümünə səbəb olan virusa qarşı

Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Bi

arrow Ətraflı
Məşhur müğənni arvadının 35 yaşını bu foto ilə təbrik etdi like
  • 18 May 14:01  
Şou-biznes Məşhur müğənni arvadının 35 yaşını bu foto ilə təbrik etdi

Amerikalı musiqiçi Adam Levin həyat yoldaşı model Behati Prinslunun ad gün

arrow Ətraflı
Meryem Üzerli Kann Festivalında görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ like
  • 18 May 13:50  
Şou-biznes Meryem Üzerli Kann Festivalında görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ

Ötən gün Kann Film Festivalının açılışında dəvətlilər arasında par

arrow Ətraflı
ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT Hava Hücumundan Müdafiə sistemi sınaqdan keçiriləcək like
  • 18 May 13:44  
Digərləri ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT Hava Hücumundan Müdafiə sistemi sınaqdan keçiriləcək

Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT yaxın mənzilli Hava

arrow Ətraflı
Azərbaycan nə etdiyini bilir: Vaşinqton nə istədiyini anlayırmı? like
  • 18 May 13:40  
Siyasət Azərbaycan nə etdiyini bilir: Vaşinqton nə istədiyini anlayırmı?

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini və vicdan azadlıqların

arrow Ətraflı
“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi like
  • 18 May 13:35  
Siyasət “Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi

Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlx

arrow Ətraflı
Tanınmış aktyor boşandı like
  • 18 May 13:28  
Şou-biznes Tanınmış aktyor boşandı

"Mucize" filmi ilə daha da məşhurlaşan aktyor Mert Turak şəxsi h

arrow Ətraflı
Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi? like
  • 18 May 13:17  
Digərləri Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi?

Türkiyədə 14 may seçkiləri yalnız Türkiyə daxilində hadisə deyildi, ql

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib  FOTO like
  • 18 May 13:12  
Siyasət İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Pərəstişkarını polisə verdi like
  • 18 May 13:06  
Şou-biznes Pərəstişkarını polisə verdi

Məşhur amerikalı müğənni Ledi Qaqa Malibuda yerləşən evinin ətarfında

arrow Ətraflı
Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq like
  • 18 May 12:57  
Digərləri Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışı

arrow Ətraflı
Oğan ona nifrət edir, dəstək verməyəcək like
  • 18 May 12:55  
Digərləri Oğan ona nifrət edir, dəstək verməyəcək

Qələbə qazanacağı yönündə proqnozlara baxmayaraq, Türkiyə müxalifəti

arrow Ətraflı
İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib like
  • 18 May 12:51  
Siyasət İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Af

arrow Ətraflı