Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi?


Digərləri 18 May 2023 13:17:00 143 0

Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi?

Türkiyədə 14 may seçkiləri yalnız Türkiyə daxilində hadisə deyildi, qlobal məna kəsb edirdi. Regional ölçüsü və miqyası vardı. Ona görə dünyanın əksər ərazilərində və bütün qitələrdə izlənilirdi. Bütün bu illər ərzində həqiqətən Türkiyənin siyasi və könül coğrafiyası genişlənib. Yəni Türkiyə bu gün yalnız məhəlli miqyaslı proseslərə müdaxilə edən dövlətdən qlobal siyasətdə əsas aparıcı aktor kimi iştirak edən bir dövlətə çevrilib. Bu isə öz-özlüyündə Türkiyəsiz bir sıra regionlarda hansısa mühüm beynəlxalq məsələnin həll oluna bilmədiyi və onun rəyinin müstəsna əhəmiyyət daşıdığı anlamına gəlir. Biz bunu hazırda Rusiya-Ukrayna savaşında, Yaxın Şərq kimi bölgələrdə görürük.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, daim müxtəlif siyasi zərbələrə məruz qalan, həmişə xarici diktə və təsir əsasında idarə olunan Türkiyə bu gün artıq dünyada həlledici söz sahibidir:

"Ona görə də bir sıra qüvvələr 14 may seçkilərini Türkiyəni bu xüsusi statusdan məhrum etmək üçün bir şans olaraq görürdülər. Bu səbəbdən mübarizənin təkcə Ərdoğan və Kılıçdaroğlu arasında getdiyini düşünmək məsələyə çox çərçivəli, məhdud yanaşma olardı. Bu bir gerçəkdir ki, Ərdoğan bir sıra antitürk dairələrlə savaşırdı və bu savaş hələ bitməyib. Hesab edirik ki, 14 mayda hətta qalibin elan olunmaması fonunda belə mənəvi-siyasi qələbə Türkiyənin, Azərbaycanın və Ərdoğanın aktivinə yazıla bilər. Çünki daxildə və xaricdə bəziləri Türkiyə liderini diktator adlandırıb, müxtəlif antidemokratik vasitələrlə seçkidə öz qələbəsini təmin edən bir lider obrazı yaratmaq istədilər. Tam əksinə, bu seçkilər həqiqətən demokratiyanın təntənəsi oldu.

Baxmayaraq ki, ATƏT-in yerli müşahidə missiyası seçkilərdə müxtəlif problemlər tapıb. Çünki Türkiyəni Qərblə, AB və ATƏT-lə toqquşdurmaq üçün o institut hər zaman siyasi, özünəməxsus müşahidələr imkanına malikdir. Əgər müxalifət qalib gəlsəydi, dərhal onun nəticələrini Gürcüstan və Ukraynadakı kimi öz maraqları aspektindən təntənə kimi dəyərləndirəcəkdilər".

Z.Oruc qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri son illər yüksək strateji səviyyəyə çatıb:

"Biz bunu seçki prosesi zamanı da gördük. Ancaq 90-cı illərdə müstəqilliyimizi ilk tanıyan ölkə olmasına rəğmən, Türkiyə hakimiyyəti bir mülki helikopterin verilməsini belə risk faktoru kimi dəyərləndirirdi. 2020-ci il savaşı dövründə isə F-16-lar Azərbaycanın ərazisindəydi. Bu mənəvi-psixoloji üstünlük müharibədə çox önəmli rol oynadı. 2000-ci illərdən bu yana Türkiyə-Azərbaycan arasındakı münasibətlər, iqtisadi, siyasi, mədəni, xəlqi, ticari əlaqələr, qarşılıqlı investisiyalar, 2010-cu ildə Yüksək Səviyyəli Qarşılıqlı Strateji Tərəfdaşlıq Şurasının yaradılması, nəhayət, Vətən müharibəsində Türkiyənin bütün siyasi resurslarının - istər xalq, istərsə də siyasi liderinin Azərbaycanın yanında olması bu seçkilərə Azərbaycan insanının mövqeyini formalaşdıran faktdır.

Məhz bütün bunlara görə əgər Azərbaycan insanının bir seçim hüququ olsaydı, mütləq şəkildə Ərdoğana səs verərdi. Bunu təkcə müşahidəçi kimi yox, Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi olaraq deyə bilərəm ki, elmi metodlar və beynəlxalq standartlarla hazırlanmış rəy sorğusuna əsasən, Azərbaycan respondentlərinin 90 faizə qədəri seçkilərdə Ərdoğanın qalibiyyətini istəyir, 87 faizi isə onun qələbəsini real görür.

Burada bizim Türkiyənin daxili həyatında iştirak, müdaxilə, basqı etməyimiz və rəqib qüvvələri düşmən kimi görməyimizdən söhbət gedə bilməz. Əksinə, onların bəzi qüvvələri öz-özlüyündə Azərbaycanı hədəfə çevirirdi. Bu da sanki qlobal güclərin, bir sıra hallarda Qərb dairələrinin ssenarisi kimi görünürdü. Məsələn, ən sonda "Türk Yolu" deyə təqdim olunan xəritənin mənası nəydi? ("Altılı masa"nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçki öncəsi, 9 mayda "Yeni İpək Yolu" ilə bağlı dəstəklədiyi layihəni elan etməsi və orada Azərbaycanın olmaması - red.) Ondan əvvəl Vətən müharibəsi zamanı həmin ittifaqda yer alan digər partiyaların mövqeyi açıq-aşkar antiazərbaycan xarakteri daşıyırdı. Yəni bəzilərinin dediyi kimi, bizim insanımıza hakimiyyət orqanları xüsusi tapşırıq verməmişdi ki, Ərdoğanı, ya Kılıçdaroğlunu, ya da digər namizəndi müdafiə edin, bu, insanların daxilindən gələn bir istək idi".

Z.Oruc 28 mayda keçiriləcək ikinci turda 14 may seçkisində ciddi mənəvi-siyasi üstünlük qazanan Türkiyə lideri Ərdoğanın seçilmə imkanlarına artıq böyük əksəriyyətin şübhə etmədiyini də əlavə edib.

İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib  FOTO like
  • 18 May 13:12  
Siyasət İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Pərəstişkarını polisə verdi like
  • 18 May 13:06  
Şou-biznes Pərəstişkarını polisə verdi

Məşhur amerikalı müğənni Ledi Qaqa Malibuda yerləşən evinin ətarfında

arrow Ətraflı
Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq like
  • 18 May 12:57  
Digərləri Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışı

arrow Ətraflı
Oğan ona nifrət edir, dəstək verməyəcək like
  • 18 May 12:55  
Digərləri Oğan ona nifrət edir, dəstək verməyəcək

Qələbə qazanacağı yönündə proqnozlara baxmayaraq, Türkiyə müxalifəti

arrow Ətraflı
İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib like
  • 18 May 12:51  
Siyasət İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Af

arrow Ətraflı
Ermənistana bu PUAları kim verib? like
  • 18 May 12:47  
Siyasət Ermənistana bu PUAları kim verib?

Ermənistanın mayın 18-i Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə

arrow Ətraflı
Xalq artistinin məzarı ziyarət edildi like
  • 18 May 12:44  
Şou-biznes Xalq artistinin məzarı ziyarət edildi

Xalq artisti Azər Paşa Nemətovun vəfatından 40 gün keçir. 

arrow Ətraflı
İranda “Məcburi hicaba yox deyək” kampaniyası: like
  • 18 May 12:22  
Digərləri İranda “Məcburi hicaba yox deyək” kampaniyası:

İranda "Məcburi hicaba yox deyək" kampaniyası davam edir.

arrow Ətraflı
37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızla bağlı AÇIQLAMA like
  • 18 May 12:11  
Digərləri 37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızla bağlı AÇIQLAMA

Bakıda 37 yaşlı qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailə

arrow Ətraflı
14 mayda qazandığımız uğuru zəfərə aparmağın zamanıdır like
  • 18 May 12:04  
Digərləri 14 mayda qazandığımız uğuru zəfərə aparmağın zamanıdır

Türkiyədə 14 may tarixində keçirilən seçkilərin qalibi türk demokratiya

arrow Ətraflı
Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi like
  • 18 May 12:00  
Digərləri Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi

Bu gündən etibarən Wolt Azərbaycanda abunəlik əsasında çatdırılma xidm

arrow Ətraflı
Qərb mediası Kılıçdaroğlunu dəstəkləsə də Ərdoğan seçkilərdə üstünlük əldə etdi like
  • 18 May 11:57  
Digərləri Qərb mediası Kılıçdaroğlunu dəstəkləsə də Ərdoğan seçkilərdə üstünlük əldə etdi

Qərb mediası Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kıl�

arrow Ətraflı
Bu ölkə nüvə dövləti olacaq like
  • 18 May 11:48  
Dünya Bu ölkə nüvə dövləti olacaq

Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər.

arrow Ətraflı
PASHA Bankın kredit portfeli 2022ci ildə 9% artıb like
  • 18 May 11:42  
Digərləri PASHA Bankın kredit portfeli 2022ci ildə 9% artıb

PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artaraq 2 milyarddan 2,28 milyar

arrow Ətraflı