Müxalifətçinin Türkiyəni silkələyən çıxışı: Kamal qumar oynadı…


Digərləri 17 May 2023 23:30:00 195 0

Müxalifətçinin Türkiyəni silkələyən çıxışı: Kamal qumar oynadı…

Tanınmış türkiyəli müstəqil jurnalist, seçkilərdə CHP-nin və "Altılı masa"nın qatı tərəfdarı kimi çıxış edən Səbahəddin Önkibarın sosial şəbəkə hesabından çıxışı Türkiyədə şok effekti yaradıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Onkibar seçki öncəsi və seçki günü baş verənləri bu cür xarakterizə edib:

"Böyük bir təəssüf hissi ilə qarşınızdayam. Ortaya çıxan seçki nəticəsinin açıqlaması yoxdur. Doğrudur, seçki hələ bitməyib, bunun ikinci ikinci turu da var. Amma birinci turda aşkar məğlubiyyət ortadadır. Gördüyünüz kimi seçki qışqır-bağırla qazanılmır. Səhvləri, əskikləri deyib, ikinci tura hazırlanmaq lazımdır.

"Anadolu" agentliyi seçki günü axşam yenə psixoloji əməliyyat apardı. Rəcəb Tayyip Ərdoğanı 60 faiz öndə göstərən məlumat axını ilə qavrayışlara nəzarəti ələ aldı. Tüncay Özkanın yönətdiyi CHP-nin ANKA agentliyi isə buna qarşılıq verə bilmədi.

Ərdoğan seçkini gözlədiyi kimi 1-2 faizlə geridə deyil, öndə bitirdi. Demək olar ki, bütün sorğu şirkətləri Kamal Kılıçdaroğlunu 4-5 xal öndə göstərsə də, nəticə tamamilə tərsinə oldu. Əlavə olaraq qeyd edim ki, Ərdoğanın hədəfi ilk turda parlament seçkilərini qazanıb, prezident seçkilərini ikinci tura saxlamaq idi. Amma Ərdoğan ilk turda parlament seçkilərini, həm də demək olar ki, prezident seçkilərini qazandı. İqtisadi böhranın ölkəni yerə sərdiyi, inflyasiyanın toplumu sarsıtdığı, soğanın bir kilosunun 30 lirəyə çatdığı, anaların uşaqlarını məktəbə ac göndərdiyi, on milyonlarla insanın ən aşağı maaş aldığı bir ölkədə xəstə və 21 illik yorğunluğuna rəğmən Ərdoğan bu nəticəni əldə edirsə, bunun necə bitəcəyi ortadadır.

İkinci turda nə olacaq? Dürüst olaq, Kılıçdaroğlunun nəticə əldə etməsi asan olmayacaq. Birinci turda Ərdoğana səs verənlər ikinci turda seçimlərini dəyişdirməyəcəklərinə görə nəticəni Sinan Oğana səs verən kütlə müəyyən edəcək. Kılıçdaroğlunun seçilməsi üçün 5.3 faiz səs alan Sinan Oğanın səsinin əksərini (5,3-ün 4-nü) alması lazımdır. Sual bu səsləri alıb-almamasıdır. Kılıçdaroğlu əlbəttə dəstəyini almaq üçün Oğanla görüşəcək. Ona vitse-prezident və ya nazirlik təklif edəcək. Ancaq eyni şeyi Ərdoğan da edəcək. Bu vəziyyətdə Sinan Oğan kimi seçəcək, bilmirəm. Onun seçkini qazanacağı yaxın görünən Ərdoğanı seçəcəyini deyənlər var. Amma hamımız bilirik ki, Sinan Oğanın istəyi türk miliyyətçilərinin lideri, öndəri, sədri olmaqdır. Bu kimi təklifləri dəyərləndirərkən hadisəyə bu pəncərədən baxacaq. Onu lider edəcək imkanı harda tapsa, orada da mövqeyini tutacaq.

Bir başqa məsələ isə odur ki, Sinan Oğan ona səs verənlərdən ümumi bir etibarnamə almayıb, onların adına səs verə bilməz. Yəni Sinan Oğana səs verən kütlə yenidən seçkiyə gedib, səs verəcək. Bu etibarla o milyonların Sinan Oğan tərəfindən nəzarət edilməsi mümkün deyil. Yəni seçimin nəticəsi tam olaraq Sinanın əlində deyil. Ərdoğanın ikinci turda böyük üstünlüyü TBMM-də üstünlük qazanması, üstəgəl 4 xalla üstün olmasıdır. Buna dövlət media üstünlüklərini də əlavə etsək, Ərdoğanın şansı daha da artır. Şənbə axşamı gördük, 29 kanal eyni anda Ərdoğanı yayımladı. İkinci turda bu say daha da artacaq. İkinci turda əlavə olaraq istiqrar və təhlükəsizlik başlıqları önə çıxacaq. "Macəra axtarmayın" deyib, PKK üzəridən vurmağa davam edəcək. Məlumdur ki, insanlar güclüyə və qalib gəlmək ehtimalı yüksək olana axın edir. İstanbul seçkilərində olan isə narazılıqlara etiraz idi. Əkrəm İmamoğlunun qalib gəldiyi seçki rəsmən qəsb edilmişdi və insanlar buna münasibət bildirmişdi. Əslində AKP-nin səsləri 35 faizə qədər gerilədi. Yəni bu nöqtədə iqtidar uğursuz idi.

Problem müxalifətdir. Sözü uzatmayacam, Ərdoğan seçkidə qalib gəlmədi, müxalifət uduzdu. Sual verirəm sizə, belə bir yıxılmış Türkiyə nəticələrində CHP səsi 25, İYİ Partiyasının səsi 9.78 faiz olmalı idi? Videolarım ortadadır. Aylardır eyni şeylərlə fərqli nəticə əldə etməyin mümkünsüzlüyünü qışqırdım. Belə ikən Kamal Kılıçdaroğlu 10-cu seçki kampaniyasında 9 seçki kampaniyasında dediklərini dedi. Aylardır "islamçılardan ələvi Kılıçdaroğluna səs gəlməz" dedim. Gəldi?

Millətin faciəsi ortada ikən, "Əli Babacanla Əhməd Davudoğlu boş xəyal və macəradır" dedik, haqsız idik? Bunu 1 dəfə deyil, 5 dəfə deyil, onlarca dəfə dedim. Eyni şəkildə "Türkiyədə yüksələn islamçılıq deyil, milliyyətçilikdir" dedim. "Kılıçdaroğlu o kütləyə xitab etsin" demədimmi? MHP, İYİ Partiyası, Zəfər Partiyası, Sinan Oğan, hətta Böyük Birlik Partiyasının aldığı səs ortadadır. Hamısının səsi CHP-dən üstündür. Aylarca "PKK üzərindən vuracaqlar" dedik, "önləm alın" dedik, əksinə, "PKK səsimiz Kılıçdaroğluya" deyərək, Ərdoğana qarşı açıq şəkildə kömək etmədilərmi? Yenə aylar əvvəl "8 faizlik HDP üzərindən seçki strategiyası qurmayın" demədikmi? 2018-də eyni HDP ilə məğlub olmuşdunuz deyə, xatırlatma etmədik? Baxın, zarafat deyil, seçkidən sonra CHP-nin məclis qurumu islamçılardan ibarətdir ki, aralarında Əminə Ərdoğanın köməkçisi belə var. DEVA, Gələcək, Səadət Partiyası kimilərə 40-a yaxın yer verilərkən milliyətçilərdən səs alacaq bir ad belə millət vəkili namizədi edilmədi. Möhsün Yazıçıoğlunun oğlu ilə Sinan Atəşin yoldaşı, ya da bacısı millət vəkili namizədi edilə bilərdi. Bunu neçə dəfə təklif etdik. İnsanlar namizədlərə görə səs verir ki, bunu da Mustafa Sarıgül CHP-nin millət vəkili çıxarmasına imkansız olan Ərzincandan seçilməklə təsdiqlədi.

Dəyərli izləyicilərim, bərbad nəticələrdə daha bu kimi onlarca səbəb var. CHP reklamçıları bahar romantikliyi ilə nəticə əldə etməyə çalışdılar. Düşünün ki, zəlzələ bölgələrində AKP tarixinin ən yüksək səsini aldı. Kılıçdaroğlu zəlzələ evlərini pulsuz təmir edilməsini belə təqdim edə bilmədi.

Şübhəsiz, bu nəticələrin ən böyük günahkarlarından biri də Maral Akşənərdir. Masadan qalxıb, həm özünü, həm də Kılıçdaroğlunun etibarını heç elədi. "Kamal bəy seçilə bilməz" deyərək rəsmən sabotaj etdi. Akşənərin bu səhvi İYİ Partiyasının 5 xal itirməsinə səbəb olarkən, MHP-yə 4 xal qazandırdı. Seçimdə böyük sürpriz edən MHP-nin qazandığı səsdə Maral Akşənərin payı böyükdür. Göstərdiyi şəxsiyyətsiz, güvənilməz görkəmi ilə ölü MHP-ni yenidən diriltdi. Təqdim etdiyi namizədlərlə öz partiyasını yerə sərdi.

Xülasə, indi başa düşdüz bu müxalifətə nə üçün müxalifətlik etdiyimizi? Aylardır deyirəm ki, mən müxalifətə müxalifət etmirəm. Doğru bir müxalifət axtarıram, deyin, haqsızam? Bunu da əlavə edim ki, Əkrəm İmamoğlu ilə Mansur Yavaş seçki kampaniyaları aparmasaydılar, Ərdoğan əmin olun ki, ilk turdan açıq fərqlə seçilərdi. Bu, təsdiq edildi. Kamal bəy Türkiyənin ən namuslu, şərəfli və bilikli siyasətçisidir. Ancaq Türkiyənin sosial siyasi sistemləri ortadadır. Və onlar Kamal bəyin seçilməsinə mane olacaq demişdim. Aylar əvvəl dəfələrlə Kılıçdaroğluna PKK-nın adamı deyə hücum edəcəklər və seçilə bilməyəcək demişdim. "Ölkənin üstünə qumar oynamayın" deyə yalvarmışdım. CHP-də bir qrup və mediadakı fraksiyalar bunun üzərində qiyamətlər qoparmışdı. Xalq TV-dəki Cəfər Mahiroğlu kimilərlə yoldaşlıq edəcəksənsə, yolda gedəcəksənsə, olacaqlar bu idi.

Sadəcə onlar deyil, FETÖ hadisəsi bir başqa biabırçılıq idi. FETÖ-çü itlər Kılıçdaroğlunu açıq-aşkar dəstələklədikdə, dedim ki, heyf. Elə FETÖ qatil və casus təşkilatıdır. Cəmiyyətin baxışı budur. Kamal bəyə açıq-aşkar dəstək verən mən belə FETÖ-nün dövlətə qayıtma ehtimalı ilə dəliyə döndüm.

Seçimlə əlaqəli bir başqa qətiyyət İstanbul, Ankara, İzmir və Adanadakı nəticələrin daha çox iqtisadi böhranın göstəricisi oldu. Müxalifət ərazidə varlıq göstərə bilmədi. Müxalifət həm PKK ittihamının altında qaldı, həm də güvən, ümid qazana bilmədi. Əslində seçkini qazanmaq çox asan idi. Heç şişirtmirəm. Müxalifət qazanılmış seçkini Ərdoğana qızıl sinidə hədiyyə etdi.

Əkrəm İmamoğlu, ya da Mənsur Yavaşı namizəd göstərərdisə, 55-60 faiz arası fərqlə Ərdoğan göndərilmişdi. Baxın, bu vəziyyət sirr deyildi. Aylar əvvəldən ortada idi, sorğulara əks etdirilmişdi. Belə vəziyyətdə Kılıçdaroğlu təəssüf ki, ölkə üzərində qumar oynadı. Yoxlanılmış Ankara və İstanbul modeli varkən, öz şəxsi istəyinə görə, Türkiyəni fəda etdi. İstanbul və Ankaranı necə qazandınsa, eynisini et deyə mən daxil onlarca insan yalvardı. Bəli, hər şey hələ bitməyib. Lakin bunları demək məcburiyyətindəyəm. Edilənlər ölkəyə xəyanətdir. Mütləq qazanmaq varkən macəra axtarmağın başqa izahı ola bilməz. Təəssüf və əsəblə bunları deyirəm. Amma görəcəksiniz, Ərdoğan ikinci turda seçilirsə, CHP-dən seçilən islamçı 30 millət vəkilinin bir hissəsi AKP-yə, digərləri isə Fateh Ərbakanın partiyasına qatılacaq. CHP bu müddətdə alt-üst olacaq. İYİ-dən də AKP-yə qatılanlar olacaq. Maral Akşənər sədrlikdə qalmaq üçün hər şeyi yoxlayacaq. Lakin əsla partiyanın başında qala bilməz. Çünki İYİ onun pensiyaya çıxanda açdığı yun mağazası deyil. Dediyim kimi, bu faciədə ən böyük günahkar odur. Masadan qalxması xəta idi. Sabahı gün təkrar oturması daha böyük bir xəta idi. Bir həftə də gözləsə idi, Kılıçdaroğlu vaz keçib, Mənsur Yavaşa, ya da Əkrəm İmamoğluna razı olacaqdı. Əlavə olaraq Kılıçdaroğlunu istəmirsənsə, bir il susub son anda masadan qalxmaq sabotaj etmək deyil?

"Seçimin qalibi kimdir" deyirsinizsə, Sinan Oğan, Zəfər Partiyasi, Yenidən Rifah Partisi və bu faciəvi mənzərəyə rəğmən müxalifətin qarşısına keçən Ərdoğanla, Akşənərin sayəsində səslərini ikiqat qaldıran MHP, yəni Baxçalıdır".

Nazirlə jurnalist arasında maraqlı dialoq  VİDEO like
  • 17 May 23:22  
Digərləri Nazirlə jurnalist arasında maraqlı dialoq VİDEO

Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilə

arrow Ətraflı
Ukraynaya F16 verə bilmərik  Polşa like
  • 17 May 23:21  
Dünya Ukraynaya F16 verə bilmərik Polşa

Polşa Ukraynaya MiQ-29 qırıcılarının tədarükünü davam etdirməyə haz�

arrow Ətraflı
Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilə...  FOTOlar like
  • 17 May 23:00  
Digərləri Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilə... FOTOlar

Xəbər verdiyimiz kimi, mayın 15-də Bakının Binəqədi rayonunda yerləş�

arrow Ətraflı
Keçmiş baş nazirin evi mühasirədə like
  • 17 May 22:22  
Dünya Keçmiş baş nazirin evi mühasirədə

Pakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıbla

arrow Ətraflı
SEPAH qüvvələri bəluc gənci qətlə yetirdilər  FOTO like
  • 17 May 21:27  
Digərləri SEPAH qüvvələri bəluc gənci qətlə yetirdilər FOTO

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində 24 yaşl�

arrow Ətraflı
Solovyov: Kreml Almaniyanı vurmalıdır  VİDEO like
  • 17 May 21:18  
Digərləri Solovyov: Kreml Almaniyanı vurmalıdır VİDEO

Rusiyalı aparıcı Vladimir Solovyov yeni qalmaqallı açıqlama yayıb. O, Alm

arrow Ətraflı
Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu like
  • 17 May 21:09  
Digərləri Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmç

arrow Ətraflı
Samir Piriyevin ailəsində ağır itki like
  • 17 May 21:01  
Şou-biznes Samir Piriyevin ailəsində ağır itki

Müğənni Samir Piriyevin ailəsində ağır itki üz verib. 

arrow Ətraflı
Yaxın 5 ildə rekord temperaturlar gözlənilir like
  • 17 May 20:52  
Digərləri Yaxın 5 ildə rekord temperaturlar gözlənilir

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya

arrow Ətraflı
Güclü fırtına məscidlərin minarəsini uçurdu  FOTO like
  • 17 May 20:42  
Digərləri Güclü fırtına məscidlərin minarəsini uçurdu FOTO

Ankarada güclü leysan yağışları yağıb və fırtına olub.

arrow Ətraflı
2023cü ilin ilk rübündə boşanmaların sayı artıb like
  • 17 May 20:17  
Digərləri 2023cü ilin ilk rübündə boşanmaların sayı artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car

arrow Ətraflı
14 yaşlı qızla evlənən şəxs həbs edildi like
  • 17 May 20:05  
Digərləri 14 yaşlı qızla evlənən şəxs həbs edildi

Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə gör�

arrow Ətraflı
Şəki DYPnin rəisi işdən çıxarılıb like
  • 17 May 19:54  
Digərləri Şəki DYPnin rəisi işdən çıxarılıb

Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ed

arrow Ətraflı
Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb like
  • 17 May 19:43  
Digərləri Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb

Şəki sakini iddia edir ki, ona verilən əlillik pensiyası vaxtından əvvəl

arrow Ətraflı