Anasını küçədə öldürən şəxs: “TikTok”da kişilərlə yazışırdı, atama xəyanət etdi, məktəbə gedə bilmirdim”


Kriminal 17 May 2023 23:10:00 169 0

Anasını küçədə öldürən şəxs: “TikTok”da kişilərlə yazışırdı, atama xəyanət etdi, məktəbə gedə bilmirdim”

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin cinayət işinin bəzi detalları məlum olub.

Son.az Pravda.az-a istinadən bildirir ki, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında anası zərərçəkmiş Ülviyyə İsmayılovanın (şərti) istifadəsində olan mobil telefona baxıb.

O, "TikTok" və digər sosial şəbəkələrdə anasının müxtəlif kişilərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb və bu barədə atasına məlumat verib. Anasının bu hərəkətlərinə görə valideynləri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşayıb. 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə və qonşuluqda yaşayan həmyaşıdları ona mütəmadi irad bildiriblər. Buna görə İdeal anasının əxlaqsızlığı namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib, qisas almaq niyyəti ilə qadını qəsdən öldürmək qərarına gəlib.

İdeal Məmmədzadə 19 aprel 2022-ci il tarixdə, saat 20:05 radələrində özünə məxsus mobil telefondan anasının telefonuna mesaj yazaraq növbəti gün, yəni 20 aprel 2022-ci il tarixdə, saat 12 radələrində onu "Kapital Bank"ın yaxınlığına görüşə çağırıb. O, hadisə günü babasının yaşadığı mənzilin mətbəxindən bıçaq götürərək məktəbli çantasına qoyub anası ilə görüşə gedib. Həmin gün saat 12 radələrində Ülviyyə İsmayılova ona yaxınlaşan zaman İdeal mətbəx bıçağını çantasından çıxarıb, anasının qarın nahiyəsinə qəsdən zərbələr endirib. O, zərərçəkmişə ümumilikdə 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar və yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qadını qəsdən öldürüb.

İdeal Məmmədzadə məhkəmə iclasında ifadəsində özünü Cinayət Məcəlləsinin 120.1-cü (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilməyib.

O deyib ki, anasını atasına xəyanət etdiyinə görə bıçaqlayıb. Anasının xəyanət etməyini isə onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxıb evə gec qayıtdığından, evə gəldikdə isə yataq otağına girib saatlarla kiminləsə telefonla danışmasından, nəhayət, məqam tapıb anasının telefonundakı məlumatlara baxarkən qadının kənar kişilərlə intim yazışmalarını aşkar etməsindən bilib. Artıq o qənaətə gəlib ki, anası atasına xəyanət edir. Atası işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün o, bacısı və anası evdə tək qalıblar. Anasının evə gec gəlməsi, başqa şəxslərlə telefon əlaqəsi saxlaması məhz həmin müddətlərə təsadüf edib. Şübhələri barədə babasının evində olan zaman, 2019-cu ilin dekabr ayında bibisinə deyib. Bibisi də atasına xəbər verməyini məsləhət bilib. Bundan sonra İdeal atasına olanları söyləyib. Atası da dərhal evlərində olan qayınanasına zəng edərək Ülviyyə ilə birlikdə evi tərk etmələrini bildirib. Həmin vaxtdan atası və anası boşanıb, İdeal isə bacısı ilə atası evində, bəzən isə babası evində qalıblar. Anasının başqa kişilərlə "Instagram"da olan yazışmaları sinif yoldaşları və məhəllədəki həmyaşıdlarının əlinə keçib. Onlar İdealı bu səbəbdən təhqir ediblər. Buna dözməyərək atasının vasitəsilə oxuduğu məktəbi dəyişib, lakin küçəyə utandığından çıxa bilməyib. Elə o zaman fikirləşib ki, ailəsinə düşən ləkəni yumalıdır.

Onun sözlərinə görə, boşandıqdan sonra artıq anası ilə danışmamış, ümumiyyətlə, onunla əlaqələrinin tamamilə kəsib. 19 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Əhmədli qəsəbəsində getdiyi dərs məşğələsindən çıxıb babasının Nizami rayonu ərazisində yerləşən evlərinə yollanıb. Belə ki, həmin gün onun qeyd etdiyi ünvanda ingilis dili və riyaziyyat fənlərindən fərdi məşğələ dərsləri olub. Babasıgilə gəldikdən sonra anasına mesaj yazaraq görüşmək istədiyini, qadına deyəcək sözlərinin olmasını bildirib. Anası onunla görüşməyə razı olduğunu deyib. Ülviyyə isə İdeala 20 aprel 2022-ci il tarixdə, saat 12-də babasıgilin evinə yaxın olan "Kapital Bank"ın qarşısında görüşmək istədiyini yazıb.

İdeal 19 aprel 2022-ci il tarixdə gecə babasıgildə qalıb səhər mətbəxdən bıçaq götürüb çantasına qoyub. Növbəti gün saat təxminən 11:15-də o, babasıgilin yaşadığı evdən çıxıb piyada görüş yerinə gəlib, zərərçəkmiş şəxsin piyada "Neftçilər" dairəsi adlanan yerdən "Kapital Bank"a tərəf gəldiyini görüb. Təqsirləndirilən şəxs ona yaxınlaşıb, əlində olan bel çantasını yerə qoyub və əvvəlcədən içərisinə qoyduğu bıçağı çıxarıb. İdeal bundan sonra nə olduğunu isə xatırlamadığını söyləyib.

Çantasını və bıçağı yerə ataraq oradan təslim olmaq üçün 24-cü Polis Bölməsinə gedib, lakin bölmənin yerinin dəyişdirildiyini görüb babasıgilə qayıdıb. Orada nənəsinə bildirib ki, anasını bıçaqla vurub, gedib ona kömək etsinlər. Nənəsi də həmin vaxt babasına bu barədə deyib. Həmin vaxt evdə babası və nənəsindən başqa bibisi qızı da olub. Evdə olanlar onun anasını bıçaqladığını biliblər. Buna görə atasına zəng edib məlumat veriblər. Təxminən 15 dəqiqədən sonra atası da evə gəlib. O, anasını bıçaqla vurduğunu atasına da söyləyib. Atası onu polis idarəsinə aparmaq istəyib. Həmin vaxt da polis əməkdaşları babasıgilin yaşadığı ünvana gələrək onu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar.

İdeal Məmmədzadə qeyd edib ki, onun anasını bıçaqla vurmaqda məqsədi məhəllədə olan və onu tanıyan uşaqların qınağından qurtulmaq olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdeal Məmmədzadənin şikayətini təmin etməyib.

Son.az 

Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilə...  FOTOlar like
  • 17 May 23:00  
Digərləri Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilə... FOTOlar

Xəbər verdiyimiz kimi, mayın 15-də Bakının Binəqədi rayonunda yerləş�

arrow Ətraflı
Keçmiş baş nazirin evi mühasirədə like
  • 17 May 22:22  
Dünya Keçmiş baş nazirin evi mühasirədə

Pakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıbla

arrow Ətraflı
SEPAH qüvvələri bəluc gənci qətlə yetirdilər  FOTO like
  • 17 May 21:27  
Digərləri SEPAH qüvvələri bəluc gənci qətlə yetirdilər FOTO

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində 24 yaşl�

arrow Ətraflı
Solovyov: Kreml Almaniyanı vurmalıdır  VİDEO like
  • 17 May 21:18  
Digərləri Solovyov: Kreml Almaniyanı vurmalıdır VİDEO

Rusiyalı aparıcı Vladimir Solovyov yeni qalmaqallı açıqlama yayıb. O, Alm

arrow Ətraflı
Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu like
  • 17 May 21:09  
Digərləri Qida sahəsində fəaliyyət göstərən 9 müəssisədə nöqsanlar aşkar olundu

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmç

arrow Ətraflı
Samir Piriyevin ailəsində ağır itki like
  • 17 May 21:01  
Şou-biznes Samir Piriyevin ailəsində ağır itki

Müğənni Samir Piriyevin ailəsində ağır itki üz verib. 

arrow Ətraflı
Yaxın 5 ildə rekord temperaturlar gözlənilir like
  • 17 May 20:52  
Digərləri Yaxın 5 ildə rekord temperaturlar gözlənilir

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya

arrow Ətraflı
Güclü fırtına məscidlərin minarəsini uçurdu  FOTO like
  • 17 May 20:42  
Digərləri Güclü fırtına məscidlərin minarəsini uçurdu FOTO

Ankarada güclü leysan yağışları yağıb və fırtına olub.

arrow Ətraflı
2023cü ilin ilk rübündə boşanmaların sayı artıb like
  • 17 May 20:17  
Digərləri 2023cü ilin ilk rübündə boşanmaların sayı artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car

arrow Ətraflı
14 yaşlı qızla evlənən şəxs həbs edildi like
  • 17 May 20:05  
Digərləri 14 yaşlı qızla evlənən şəxs həbs edildi

Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə gör�

arrow Ətraflı
Şəki DYPnin rəisi işdən çıxarılıb like
  • 17 May 19:54  
Digərləri Şəki DYPnin rəisi işdən çıxarılıb

Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ed

arrow Ətraflı
Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb like
  • 17 May 19:43  
Digərləri Sakinin əlillik pensiyası vaxtından əvvəl dayandırılıb

Şəki sakini iddia edir ki, ona verilən əlillik pensiyası vaxtından əvvəl

arrow Ətraflı
"Mən dərimi soymağa və yenidən doğulmağa çalışıram” like
  • 17 May 19:32  
Şou-biznes "Mən dərimi soymağa və yenidən doğulmağa çalışıram”

Kanadalı pop müğənni səhnə adı "The Weeknd"i əsl adı Eybel Te

arrow Ətraflı
“Whatsapp” tətbiqi vasitəsilə bonus qazanmaq adı ilə mesajlar göndərilir like
  • 17 May 19:21  
Digərləri “Whatsapp” tətbiqi vasitəsilə bonus qazanmaq adı ilə mesajlar göndərilir

"Whatsapp" tətbiqi vasitəsilə vətəndaşlara iş tapmağı və 10

arrow Ətraflı
Həyatın dibindən təhsilə: Sığınacaqdakı qızlar gələcək planlarından danışdılar like
  • 17 May 19:10  
Digərləri Həyatın dibindən təhsilə: Sığınacaqdakı qızlar gələcək planlarından danışdılar

Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağının iki şagirdi ümumi (9

arrow Ətraflı